Bugün:
Altun.az


Dünya - ŞEİR

26 noy 2016, 19:53, gunes
    Oxunub: 51
Oynadıb əl çalan şeytandır dünya,
Haqqa və nahaqqa meydandır dünya.

Dünyanın gör necə işləri varmış,
Pulsuzu pulluya satandır dünya.

Həyat yarışına yalan irəli,
Doğrunu geridə qoyandır dünya.

Maskalı insana şükr eyləyək,
Maskasız sırtığa hayandır dünya.

Özü yol göstərib təmiz qəlbliyə
Özü pusqu, tələ qurandır dünya.

Bir kəsi ucalan gördüsə bil ki,
Qiymətdən, mürvətdən salandır dünya.

Doğmanı doğmadan yalanlar ilə
Ayrı salan əfi ilandır dünya.

Hər nə veibdirsə insana, bir an
Əcəlin adıyla alandır dünya.

Səmalar fəth edən böyük insanı
Qurulmuş oyuncaq sayandır dünya.

Gülüncə qol-qanad verdikcə bir gün
Bir gülünc yerinə qalandır dünya.

Əgər belə getsə görərsiz bir gün
Özü özlüyündə dayandı dünya.

Oynadıb əl çalan şeytandır dünya,
Haqqa və nahaqqa meydandır dünya.

Zümrüd GÜNƏŞ
25.08.1995