Bugün:
Altun.az


Alma ağacda qaldı - ŞEİR

17 noy 2016, 20:25, gunes
    Oxunub: 170
Alma ağacda qaldı,
Qutabım sacda qaldı
Sənsiz dözməyən qəlbim
Sənə möhtacda qaldı.

Samovara saldım od,
Nədir, fikrə daldım, od.
Günəşəmsə, odum sən,
Gözlərindən aldım od.

Yarsız nəbzim dayandı,
Qəlbim sevir, day andı
Məni yaman bəyənib,
Eşqimə yar da yandı.

Öpüb oxşar yarı yar,
Qəlbə saf eşq yarıyar.
Əgər əhdimdən dönsəm,
Yar, gəlbimi yarı yar.

Yar, gəl yol aç, qarı yar,
Sənsiz yarın qarıyar.
Səninlə cavan qallam
Olmam qoca qarı, yar.

Sancdı məni arı, yar
Yox insafı, arı, yar
Qəlbimdəsən daima
Gözüm səni arıyar.

Sil gözün, göz ağlayar,
Dəsmal yox, sil ağla, yar.
Əgər ölsəm, sən canım,
Lap yalandan ağla, yar.

Kim uddu, kim qazandı,
Boynu uzun qaz andı.
Çoxu ayaq altından
Yaman quyu qazandı.

Budur gəlir dağla yar,
Həsrət qəlbi dağlayar.
Xoşdur mənə, bu təhər
Bax, qəlbimi dağla, yar.

Zümrüd GÜNƏŞ
Sentyabr 1993-cü il