Bugün:
Altun.az


Şəms və Qəmər - ŞEİR

03 noy 2016, 11:49, gunes
    Oxunub: 174
Şəms və Qəmər

Hey ahu- fəğan etmədədir, çox sadə könüllər
Ki, səmadə görüşə bilmədi Şəms ilə Qəmər.
Sandılar acı bu eşq, məhəbbət əfsanədi bu,
Day bilmədilər olur şirin eşq, onu görməsələr.
Xəlvətcədə göz- qaş eləyib Şəms Qəmərə deyir
Gəl görüşək, bəlkə bu dünyanın işi düzələr.
İsmətli Qəmərsə, naz eləyib Şəmsi süzürdü
Şəmsin əhvalı isə bundan hey olurdu betər.
Kəhkəşan göylərdə gizlincə bir görüş yeri yox,
Şəms odlu məhəbbətlə düşünür, hər axşam- səhər.
Nazlı Qəmərsə, həsrətdən olub qəlbi şan, parə,
Gözləyirdi Şəmsi fikri dalğın, hər an gecələr.
Demə dostum, onlara qovuşmaq o qədər də çətin,
Utanıb Allahdan ona hörmət edir divanələr.
Axşam düşdü də bir gün, Şəms enib qüruba yavaş,
Dövrə qızarmış üfiqi verdi Qəmərə, gülər.
Bəli, bu nişan üzüyüydü, həm də qaşı Günəş,
Bunu alcaq Qəmər, oldu halı pərişan təhər.
Coşub ehtirası sabah, Şəmsə göndərdi o da
Nurlanmış üfiq , bu üzük- dan ulduzu, tər.
Sevinib coşdu ürəklər,eşqdən nurlandı həyat,
Həsrət ilə alışdı qəlb,dindi hey mələr- mələr.
Nəhayət ki, Şəms də tapdı bunun çarə, əlacın
Göndəri düşməni yox heç də, dostu Dumana xəbər.
Süzdüm səmanı bir an, coşdum hey,lap mən də bir az,
Sayrışan uluzlar Qəmərə gör, zinət nə qədər.
Bir azdan gəldi Duman söylədi dost, de dərdin nə?
Başda mən olmaqla, çiskin, çən də yolunda ölər.
Söylə, arzun nə, heç də çəkinmə, dinləyirik biz,
Ürəyindən nə keçirsə edək, lap birər- birər.
Nəysə, Şəms söylədi arzusunu çox həyəcanla,
Böyük eşq naminə könüllər hər əzaba dözər.
Açıldı səhər həm, qəlbi titrək Şəms ilə Qəmər –
Şəms ortaya gəldi, Qəmər ürkək, qəlbində nələr...
Bu zaman ağ örpəyini atdı Duman səmayə,
Oynadı şən diləklər – göydə ağ məlakələr.
Qovuşdu iki niskil, nə gözəl gör, gündü bu gün
Qəmər gəlin, Şəms bəy olub,qəlbdə sevinc, yox kədər.
Uzaqdan görüb buludlar, gəldi əl çala- çala,
Sevincdən lap axdı gözlərindən damcı danələr.
Açdı yerdə çiçəklər, sevindi körpə fidanlar,
Baxdı göyə sevənlər, həm də bu eşqi görənlər.
Sanma Allah bunu görməz, görüb o anladı da
Böyüyə hörmət edən nə böyük qiymətə dəyər.
Bu böyük eşqə görə verdi o sevgiyə izin,
Söylədi həm, bundan istifadə etmə bisəmər.
Lakin, az da deyil, heç sananlar bu eşqi ucuz,
Ya Rəbbim, bu ağrı qəlbimi lap daima didər.
Bu cür xəyalətdən eylə, uzaq çoxunu
Bir ürək ki, xəbis, qapa onu, məncə bu yetər.
Çox şükr edirəm, qəlbimə həmdəm Şəmsim var mənim,
Zümrüdəm, içərəm yarim mənə gər, versə zəhər.

Zümrüd GÜNƏŞ
03.09.1993