Bugün:
Altun.az


152 ildən sonra Qaçaq Nəbiyə zəmanədən qısa cavab - KÖŞƏ - MÜTLƏQ OXUYUN

01 noy 2016, 01:01, altun
    [declination=2 196]Oxunub: | [/declination]2 196
152 ildən sonra Qaçaq Nəbiyə zəmanədən qısa cavab - KÖŞƏ - MÜTLƏQ OXUYUN

Qaçaq Nəbi: Mirzə, de görüm, biz neçə ildi vuruşuruq?
Mirzə: 21 il 8 ay 19 gün
Qaçaq Nəbi: Hələ nə qədər vuruşmaq lazımdır ki, camaat ağ gün görsün?


Ömrünün 22 ilini rəiyyət üçün vuruşan bu insanın verdiyi cavabı məchul suala 2016-cı ildən səda gəldi.

Xalqın mərd oğlu Nəbi qağa, 42 yaşında şəhid oldun, amma bu sənə milləti ağ günə çıxara bilmən üçün bəs etmədi. Mənim zamanımdan isə səni nə az, nə çox, düz 152 il ayırır. Öncədən deyim ki, ərz etdiklərimdən inciyib, qəlbin sınmasın məndən... Bilirəm ki, ədalətsiz yazıdır. Axı sənin yazıya olan fikirlərini yayımlaya bilməyəcəm.

Əlqərəz, ilk öncə arzularının bir qisminin reallaşmasından ötrü səni təbrik edirəm. Nəhayət, ağ günə çıxdıq. Azadlığımızı 23 ildir əlimizdə saxlayıb, milli ordu qurmağı, nüfuzlu dünya dövlətləri sırasında öz sözümüzü deməyi, hətta yerdən neft belə çıxarıb, satmağı bacara bildik. Amma təəssüf ki, nə etdiksə, rəiyyəti, yəni bu camaatı ağ günə çıxara bilmədik. Heyfslənmə, bunu heç indi sən və səndən mini də olsa bacarmaz. Deyim niyə?

Yadındamı sənin zamanında bir generalın dediyi “ vəzifə verənə rütbə ver, onda görəcəksən, knyaz, xalq ayağından necə öpəcək sənin" bu sözlər? Bax, indi ölkə əsl iki qütblü qul bazarıdır. Bir tərəfdə vəzifəylə alınmışlar, digər tərəfdə isə gecəsini günüzünə qatan qara kömürə batmışlar. Vəziyyət belədir ki, hara əl atsan baltanın dəmirini tapmasan da mütləq özündən olan “sapa” rast gələcəksən. Heç Həcər xanımlar da yetməyəcəkdi artıq imdadına. Əvəzləmələr sürətləndikcə problemlər məngənəsində boğulacaqdın. Qaçaq Nəbi yox, bağışla bu sözümə görə, "avtoritet, mujik, oğru və ya xuliqan, avara, narkaman, bandit və s." Nəbi olacaqdın. Özünü tanıdıqca, başını götürüb qaçacaqdın bu diyardan. Yeməyə çörək belə çətin tapacaqdın. Aha, odur ki, bax bizə sevin. Sən dövründə yoldan keçən tacirləri soyub əldə etdiyin qənimətlə yetim-yüsürə, kasıb-kusuba birazını da öz ailə-uşağına əl tuta bilirdin. İndi hər şey bir kənara, tacirlərin yolunu tutsan nə yazar? Sənin bildiyin o tacirləri indi gömrükdə elə hala salırlar ki, rastına çıxsalar öz cibindən yardım edərdin ki, sən Allah, ölmə yaşa. Hə, nə bilmişdin bəs? Elə düşünürdün ki, tək qəhrəman igid elə sənsən? Bilirsən?! Xalq özü bir əfsanəvi qəhrəmandır artıq, Nəbi qağa.

Uzun edib incitmirəm yazını,
Oxuyan hər bir canı
Sən də düşünüb bizləri
Ruhunu incitmə barı.

Bilirəm, əydi belin dərdimizi
Çəkdiyin insanlıq qapanı
Nə edək, bacarmadıq qoruyaq
Çökdükcə çökən əlacsız Vatanı...

Altun.az: Azay SÜLEYMANOĞLU