Bugün:
Altun.az


Bir şirin sözlə məni yar, lap hey istərsə, ucaldar - ŞEİR

30 okt 2016, 20:34, gunes
    Oxunub: 81
Bir şirin sözlə məni yar, lap hey istərsə, ucaldar

Sözdür insanı ucaldan adicə kəslər içindən,
İnsana qiyməti könül, vermə təkcə zahirindən.

Sözü gər, söyləyəsən də söz qiymətini anlayana
Söz qiyməti aslı deyil onun heç də qədərindən.

Sözü deycək də gərək həm, onun an, məqamı ola,
Vaxtsız deyilsə də söz dürr, bil o düşər dəyərindən.

Söz gərək ki, gələ qəlbdən, su içə əqli-kamaldan,
Duya yar, şad gözlərinin bircə baxmaq təhərindən.

Versələr mənə zəhəri, dolu bir piyalə ilə
İçib ölməm, ölləm yarın bir acı söz zəhərindən.

Bir şirin sözlə məni yarım, hey istərsə ucaldar,
Bir Günəş təki baxaram eşqin uca göylərindən.

İstərsə də yar söyləyib acı söz lap bircə kərə,
Məni min dəfə enəldər, vurar ox, qəlbə dərindən.

Sınar eşqim acı sözdən, yar xüsusən də ki, səndən
Zümrüdə dər eşq bağından, ver şirin söz bəhərindən.

Zümrüd GÜNƏŞ
30.09.1993