Bugün:
Altun.az


Saçımda ağ tellər salır məskənin - ŞEİR

25 okt 2016, 23:20, gunes
    Oxunub: 108
Saçımda ağ tellər salır məskənin

Yaşımız artdıqca zaman daralır,
Yarımçıq işimiz hələ çox qalıb.
Allah canımızı yaman tez alır,
Ömrə ömür qatan dostlar azalıb.
Bilmirik bu gündən sabaha nə var,
Borc olan canımız borc içindədir.
Ha eylə dualar, Allaha yalvar
Köməyə çatarsa çatar, tək səbir.
Saçımda ağ tellər salır məskənin
Onlar çoxaldıqca çoxalacaqdır.
Bu Dünya heç kimin - nə sənin, mənim,
Bizsiz boşalacaq, nə dolacaqdır.
Sükut içindəyəm, nə səs, nə ün var,
Bir hayqırtı gərək, sıçrayış gərək -
”Yaşadıq, yaşatdıq”, var hər nəyin var,
Var olan nə varsa, dəyərləndirək.

Zümrüd GÜNƏŞ
Aprel 2016