Bugün:

BVF sədrindən "Bitcoin" ilə bağlı xəbərdarlıq

13 okt 2017, 13:40, altun
    Oxunub: 23
BVF sədrindən "Bitcoin" ilə bağlı xəbərdarlıq

Beynəlxalq Valyuta Fondunun sədri Kristin Laqard CNBC-yə verdiyi müsahibəsində böyük mərkəzi banklara virtual valyutalarla bağlı xəbərdarlıq edib.
Altun.az xəbər verir ki, BVF sədri qlobal maliyyə qurumlarını virtual valyutaya münasibətdə diqqətli olmağa çağırıb. O, buna səbəb kimi risk amillərini qeyd edib: "Böyük təxribatlar görməyə yaxınıq".
Qeyd edək ki, son iki gündə "Bitcoin"in qiyməti 5 min dollar səviyyəsini aşıb. Bu gün səhər saatlarında 5874 dollara yüksələrək, tarixi maksimal səviyyəyə çatıb.
loading...