Bugün:

Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqladı

11 okt 2017, 09:51, altun
    Oxunub: 43
Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqladı

Beynəlxalq Valyuta Fondu (IMF) “World Economic Outlook, October 2017” hesabatını açıqlayıb.

Altun.az xəbər verir ki, hesabata görə, bu il Azərbaycan iqtisadiyyatında 1%-lik azalma olacaq. Ötən il bu rəqəm ötən il -3,1% olub. 2018-ci ildə isə 1,3%-lik iqtisadi artım proqnozlaşdırılır.

Hesabata əsasən, bu il Azərbaycanda 12%-lik inflyasiya qeydə alınacaq. Növbəti ildə inflyasiyanın 8%-ə düşəcəyi proqnozlaşdırılır.

İşsizlik səviyyəsi isə 2017-ci ildə dəyişməyəcək və ötən il olduğu kimi, 6% civarında qalacağı ehtimal edir.
loading...