Bugün:

7 ayda sığorta şirkətləri tərəfindən toplanan pul açıqlandı

11 sen 2017, 19:14, altun
    Oxunub: 21
7 ayda sığorta şirkətləri tərəfindən toplanan pul açıqlandı

Cari ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri tərəfindən 322 mln. 830,059 min manat sığorta haqqı toplanıb.

Altun.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi 144 mln. 8,84 min manat təşkil edib.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı sığorta hadisələrin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 37 manat olub.
loading...