Bugün:

Tarif Şurasından əhaliyə ŞAD XƏBƏR

06 sen 2017, 08:25, altun
    [declination=2 698]Oxunub: | [/declination]2 698
Tarif Şurasından əhaliyə ŞAD XƏBƏR

Aİ-98 super markalı benzinin qiymətinin bahalaşması istehlak bazarında qiymətlərə təsir etməyəcək.

Bu barədə trend-ə Azərbaycan Tarif (qiymət) Şurasından bildirilib.

“Bu marka benzinin Azərbaycanda istifadəsi minimaldır – Aİ-98 super yalnız “lüks” avtomobillərdə istifadə olunur. Bu səbəbdən onun qiymətinin artmasının istehlak bazarında qiymətlərə təsir göstərəcəyi barədə danışmaq düzgün deyil”, – Şuradan qeyd ediblər.

Tarif Şurasından həmçinin bildirilib ki, bu marka benzinin Azərbaycana idxal edildiyi üçün onun qiyməti dövlət tərəfindən tənzimlənmir.

Qeyd edək ki, ölkəyə Super Euro-98 markalı benzin, əsasən, Bolqarıstan, Rusiya, Rumıniya və Belarusdan idxal olunur.

Xatırladaq ki, bu gün Aİ-98 super markalı benzinin qiyməti 1,20 manatdan 1,30 manata artıb.
loading...