Bugün:

Özbəkistan milli valyutanı 48% devalvasiya etdi

05 sen 2017, 09:41, altun
    Oxunub: 51
Özbəkistan milli valyutanı 48% devalvasiya etdi

Özbəkistan Mərkəzi Bankı sentyabrın 5-dən milli valyutanın ABŞ dollarına məzənnəsini 1 dollar/8100 sum təyin edib.

Altun.az xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Bankından bildirilib.

Sentyabrın 4-də rəsmi məzənnə 1 dollara görə 4210, 35 sum təşkil edirdi. Əhali və fərdi sahibkarların istifadə etdiyi “qara bazar”da dolların məzənnəsi 7,5-7,6 civarında idi.

Qeyd edək ki, sentyabrın 2-də Özbəkistan prezidenti Şavkat Mirziyoyev "Valyuta siyasətinin liberallaşdırılması üzrə prioritet tədbirlər haqqında" fərman imzalayıb.
loading...