Bugün:

Bitkoinin qiyməti 5 min dolları keçib

02 sen 2017, 16:27, altun
    Oxunub: 48
Bitkoinin qiyməti 5 min dolları keçib

Bu gecə bitkoin virtual kriptovalyutasının mübadilə məzənnəsi 5 min ABŞ dollarını keçib.

Alun.az bildirir ki, bu barədə "Report" “Coindesk” ticarət meydançasına istinadən xəbər verir.

Məlumatda deyilir ki, bitkoinin məzənnəsi 10 dəqiqə ərzində 5 013 dollara bərabər olub. Sonradan qiymət yenidən azalıb.

Qiymətin 5 min dollara çatması bitkoinin kapitallaşma göstəricisinin 80 mlrd. dolları keçməsinə səbəb olub. Hazırda dövriyyədə 16,5 mln. bitkoin var.
loading...