Bugün:

"Regional Maliyyə Müfəttişliyinin rəisi büdcədən 10 milyon AZN-dən çox vəsait oğurlayıb" - PREZİDENTƏ ÇATMALI OLAN MƏKTUB

07 avq 2017, 23:57, altun
    [declination=1 397]Oxunub: | [/declination]1 397
"Regional Maliyyə Müfəttişliyinin rəisi büdcədən 10 milyon AZN-dən çox vəsait oğurlayıb" - PREZİDENTƏ ÇATMALI OLAN MƏKTUB


Altun.az informasiya portalımızın ( altun.az@mail.ru ) e-mail ünvanına gələn şikayət ərizəsini olduğu kimi təqdim edirik.

Azərbaycan Respubilkasının Prezidenti

İlham Əliyev Cənablarına

Surəti: Azərbaycan Respublikasının birinci

vitse-prezidenti Mehriban Xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının Maliyyə naziri Samir Şərifov cənablarına

Surəti: Baş prokuroru yanında Korrupsiyaya qarşı

Mübarizə Baş İdarəsinin Rəisi

Kamran Əliyev cənablarına

Laçın rayon sakini hal-hazırda Ağcabədi rayon Taxta-Körpü ərazisində Şeylanlı Obasında Müvvəqəti Məskunlaşmış Xudayarov Baxşeyiş Salyan oğlu tərəfindən


ƏRİZƏ

Hörmətli Cənab Prezdent bildirirəm ki,Dövlət Maliyyə Nəzarəti Xidmətinin 10 saylı Regional Maliyyə Müfəttişliyinin rəisi Ədalət Nəbiyev Laçın rayon təhsil şöbəsində aparılan yoxlamalar zamanı dövlətə xeyanət edərək şəxsi maraqların dövlətin maraqlarından üstun tutub.

Ə.Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri 5 aydır kı, Laçın rayon təhsil şöbəsində 12 ilin maliyyə yoxlamaların apararkən 10 milyon manatdan çox dövlət vəsaitinin mənimsənildiyi aşkarlanıb. Ə.Nəbiyevin rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri orta məktəblərdə apardıqları yoxlamalar zamanı məlüm olub ki,bir çox məktəblərdə illərlə tədris olmayıb dərs jurnaları bele yoxdu sadəcə dövlətin vəsaiti mənimsənilib. Aşkarlanmış bu kimi ciddi nöqsanlar heç də qabardılmyıb. Ədalət Nəbiyev hər bir məktəbdə mənimsənilmiş vəsaitləri korrupsiya dəftərindədə qeyid edib (rəsmiləşdirməyib).

Hazırda Ədalət Nəbiyev yüksək məbləğdə rüşvətin izin itirmək üçün rəhbərliy etdiyi yoxlama komissiyasının üzvləri yol verilmiş maliyyə pozuntularına düzəliş etməyə başlayıblar.

Məktəblərin mütləq əksəriyyətində yol verilmiş maliyyə pozuntularına düzəliş etməy mümkün olmadığından Ə.Nəbiyev LRTŞ-nin müdri Nicat Həsənova tapşırıq verərək həmin məktəblərin arxivlərini müxtəlif yolarla yox edirlər.

Ə.Nəbiyev bir çox məktəblərdə yoxlama prosedurlarını pozaraq 12 ilin əvəzinə son 5 ilin maliyyə yoxlamalarını aparıb.

Ə.Nəbiyev 5 aydır ki yoxlamanın nəticələrin gizlədir ictimaiyyətə açıqlamır.

Laçın rayon təhsil şöbəsinin müdri Nicat Həsənov maliyyə nazirliyindən gələn yoxlamaya elə bir ziyafət təşkil edir ki,maliyyə nazirliyinin əməkdaşları nəyə gəldiyin belə unudurlar və vətəndaşın imzası olmadan saxta imza ilə maliyyə naziri Samir Şərifov Cənablarına vətndaşın adından izahat təqdim edirlər.

Cənab Prezident Ə.Nəbiyev yüksək məbləğdə dövlət vəsaiti mənimsəmiş direktor və müəllimlər vasitəsi ilə mənə təziqlər edir ki,sizə və adiyyatı dövlət orqanlarına müracət etməyim.Sizdən acizyanə xahiş edirəm mənim və ailə üzvlərmin təhlükəsizliyinin təmin oluması haqqda göstəriş verəsiz. Xudayarov B. Tel:0507413096
loading...