Bugün:
Altun.az


Benzinin qiymətinin artması 6 nəfərin həyatına son qoydu

06 yan 2017, 22:31, altun
    Oxunub: 78
Benzinin qiymətinin artması 6 nəfərin həyatına son qoydu

Meksikada benzinin qiymətinin artmasına qarşı başlayan etirazlar nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.

Altun.az xəbər verir ki, bu haqda şəxsi mənbələrə istinadən “Excelsior” portalı bildirib.

Qeyd edək ki, yanvarın 1-dən benzinin qiymətləri təxminən 20 faiz artıb. Bundan sonra kütləvi iğtişaşlar və ticarət mərkəzlərinin qarəti başlanıb. Son məlumatlara görə, bir neçə gün ərzində mindən çox ticarət obyekti qarət edilib.

Bütün qarətlər Latın Amerikası ölkəsinin 12 ştatında qeydə alınıb. Müxtəlif məlumatlara görə, qarətlərlə əlaqəsi olan 600-dən 880-ə qədər insan saxlanılıb.