Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Azərbaycanı yumurta və toyuq əti ilə təchiz edən ermənilər kimlərdir?

20 dek 2016, 10:22   
Azərbaycanı yumurta və toyuq əti ilə təchiz edən ermənilər kimlərdir?

Azərbaycanın broyler şirkətlərini damazlıq yumurta və cücə ilə təchiz edən, habelə ölkəyə toyuq əti ixrac edən Türkiyə şirkətinin iki ortağı ermənidir.

Altun.az xəbər verir ki, bu sensasion fakt virtualaz.org saytına Türkiyə mənbələrindən məlum olub.

Araşdırmalarımız nəticəsində üzə çıxıb ki, "Emre Piliç Gida Sənaye və Ticarət Limited" şirkətinin səhmdarları arasında Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan adlı iki erməni də yer alır.

"Emre Piliç" şirkətinin internet saytında yerləşdirilmiş məlumatlara görə, şirkət 1996-cı ildə Türkiyənin Kocaeli bölgəsində qurulub. Hazırda 4 bölgədə - İzmit, Mudurnu, Nallıhan və Ayaşda fabrikləri, 9 quşçuluq təsərrüfatı və 279 işçisi var.

Şirkət istehsal etdiyi məhsulları həm Türkiyə bazarında satır, həm də xarici ölkələrə ixrac edir.

"Emre Piliç" xarici bazarlara 2008-ci ildə açılıb. 2012-ci ildə 23 milyon, 2013-cü ildə 44 milyon, 2014-cü ildə isə 60 milyon ədəd yumurta ixracı həyata keçirib. Bu il isə şirkət 100 milyon ədəd damazlıq yumurta ixrac etməyi planlaşdırır.

Şirkətin ixrac həyata keçirdiyi ölkələr Rusiya, Ukrayna, İran, İraq, Azərbaycan, Özbəkistan, Misir, Səudiyyə Ərəbistanı və Gürcüstandır.

Türkiyə Ticarət Sicili Qazetesinin (Türkiyə Odalar və Borsalar Birliyinin rəsmi yayım orqanı) 2014-cü il, dekabrın 12-də dərc edilmiş sayında yer alan məlumata əsasən, "Emre Piliç" şirkətinin Səhmdarlar Şurası həmin il noyabrın 11-də toplanıb. Şirkətin nizamnamə kapitalının 33 milyon türk lirəsindən (TL) 38 milyon TL-yə qədər artırılmasına dair yekdilliklə qərar çıxarıb.

Qərarın altına imza atan səhmdarların siyahısı aşağıdakı kimidir:

Ömər Oral

Arto Sevan Oskayan

Seyhan Davutoğlu Daştan

Mert İbrahim Daştan

Andranik Raffi Bozacıyan

Ömür Oral

Onur Oral.

Bəs şirkətin Azərbaycandakı tərəfdaşları kimlərdir? Bu şirkətdən yumurta və cücəni hansı şirkətlər idxal edir?

İnternetdə apardığımız araşdırma nəticəsində Azərbaycandan bu şirkətlə təması olanlar arasında "Bakı Quşçuluq", "İmişli Quşçuluq", "Saba" ASC, "Abşeron" MMC, "Şəfalı Broyler", "İsmayıllı Quşçuluq", "Buzovna Broyler", "Dəvəçi Quşçuluq", "Aqrolizinq" QSC, "Şəmkir Quşçuluq", "İspanyol" ticarət mərkəzi, "Hacıqabul Quşçuluq", "Siyəzən Broyler" və digər şirkətlərin adları var.

Lakin adıçəkilən şirkətlərin "Emre Piliç"lə hansı formada işgüzar əməkdaşlıq etdiyini Türkiyə qaynaqlarından dəqiqləşdirmək mümkün olmayıb.

Bununla belə internetin Azərbaycan seqmentində apardığımız axtarış zamanı aşağıdakı məzmunda elana rast gəldik (üslub olduğu kimi saxlanılır-red.):

"Elan

Broyler fabrikalarının rəhbərlərinin nəzərinə!

Bizim şirkət dünyanın ən məşhur və mükəmməl avadanlığı sayılan "Chick Master" inkubatorlarında çıxarılmış sutkalıq cücələri öz nəqliyyat vasitəmizlə Azərbaycan ərazisinin istənilən nöqtəsinə gətirməklə təklif edir.

ROSS 308 sortlu damazlıq yumurta Türkiyənin "Emre Piliç" toyuqculuq şirkətində istehsal olunmuş və hər bir partiyanın yüksək keyfiyyətinə və sanitar normalarına zəmanət verir. Standart tələbləri bu sahənin ən ciddi göstəricilərinə cavab verir.

Cücənin qiyməti damazlıq yumurtanın bazar qiymətindən və ödəmə şərtlərində asılı olaraq iki üç qəpik aşağı olacaqdır. İnkubator sexi Bakı ətrafında Zirə qəsəbəsində yerləşir və arzu edənləri istehsalatdan tanış olmağa dəvət edirik.

Vasitəçilərərdən və dəllallardan bizi narahat etməməyi xahiş edirik".

Elanda göstərilmiş əlaqə nömrəsinə zəng etdik. Adının Samir olduğunu bildirən şəxsdən dəqiqləşdirdik ki, söhbət "Həmzə broyler" şirkətindən gedir. Bu şirkət Zirə yaxınlığında yerləşir.

Ancaq həmin şəxs şirkətdə menecer olduğunu və suallara cavab vermək səlahiyyətində olmadığını dedi.

Virtualaz.org saytı "Emre Piliç" şirkətinin Azərbaycana nə qədər yumurta və cücə ixrac etdiyini dəqiqləşdirmək üçün Kənd Təsərrüfatı Nazirliyi, habelə bir sıra broyler şirkətləri ilə əlaqə saxlayıb.

"Azərbaycandakı quşçuluq təsərrüfatları Türkiyənin "Emrə Piliç" şirkəti ilə əməkdaşlıq edir. Yəni quşçuluq təsərrüfatları müqavilə əsasında şirkətdən məhsul alırlar", - bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin sektor müdiri Tofiq Atazadə saytımıza bildirib.

T.Atazadə şirkətlə hansı yerli təsərrüfatların əməkdaşlıq etdiyini, ölkəyə nə qədər məhsul gətirildiyini açıqlamasa da ötən il "Emre Piliç"dən məhsul alındığını təsdiqlədi.

Azərbaycan Quşçuluq Cəmiyyətindən isə "Emre Piliç"lə əməkdaşlıq edilmədiyini söylədilər: "Biz təşkilat olaraq "Emre Piliç" şirkəti ilə əməkdaşlıq etmirik. Lakin regionlardakı quşçuluq təsərrüfatları əməkdaşlıq çərçivəsində Türkiyədən, "Emre Piliç"dən məhsul alırlar".

"Hacıqabul" quşçuluq təsərrüfatının anbar müdiri isə "Emre Piliç"dən məhsul almadıqlarını söylədi: "Biz yalnız öz məhsullarımızın satışı ilə məşğuluq. Şirkət olaraq təkcə Türkiyədən deyil, heç bir ölkədən məhsul almırıq".

"İmişli quşçuluq" təsərrüfatının ofis meneceri Aytəkin Qədirova da "Əmrə Piliç" şirkəti ilə əməkdaşlıq etmədiklərini bildirdi: "Ümumiyyətlə, bu şirkətin adını ilk dəfədir eşidirəm. Bizim müəssisə o şirkətlə heç vaxt əməkdaşlıq etməyib".

Dəvəçi və Siyəzən quşçuluq təsərrüfatlarından isə sualımıza cavab vermədilər.

Özünü "Dəvəçi" broylerin satınalmalar üzrə direktoru kimi təqdim edən şəxs əməkdaşlıqla bağlı məlumatsız olduğunu dedi: "Sizin suallarınızı digər şöbədən cavablandıracaqlar. Həmin şöbənin əməkdaşları isə hazırda ofisdə yoxdur".

"Siyəzən broyler"in hüquqşünası olduğunu deyən şəxs isə suallarımıza "məsələni araşdırandan sonra cavab verə biləcəyini" dedi.

Quşçuluq sektorundakı qaynaqlardan isə dəqiqləşdirə bildik ki, hazırda "Emre Piliç" şirkətinin Azərbaycandakı əsas tərəfdaşı "Həmzə" MMC-dir. "Emre Piliç"in həmin şirkətdə ortaqlığı var. Bu şirkət Bakının Zirə qəsəbəsi yaxınlığındakı inkubatorunda "Emre Piliç" şirkətindən alınan yumurtalardan cücə çıxarılmasını həyata keçirir və onu broyler fabriklərinə satır.

Həmçinin öyrəndik ki, "Emre Piliç" şirkətindən yumurta idxalını əsasən Neftçalada yerləşən "Şəfalı broyler" həyata keçirir, tərəfdaşlıq hazırda da davam edir.

Bəs görəsən, Azərbaycandan "Emre Piliç"lə əməkdaşlıq edən iş adamları bu şirkətin səhmdarlarından ikisinin erməni olduqlarını biliblərmi?

Ola bilsin ki, bilməyiblər və söhbət Türkiyə şirkətindən getdiyinə görə heç şübhələnən də olmayıb. Lakin bu fakt göstərir ki, erməni iş adamları Türkiyədə sərbəst şəkildə bizneslə məşğul ola, hətta Azərbaycana ixrac həyata keçirə bilirlər...
OXŞAR MÖVZULAR