Bugün:
Altun.az


"Samir Şərifov gicgahından vuruldu. Ölkənin maliyyə sektoruna rəhbərlik edən şəxsin ABŞ, Rusiya və Türkiyə casusu olduğu bildirildi..."

15 dek 2016, 09:14, altun
    [declination=4 173]Oxunub: | [/declination]4 173
"Samir Şərifov gicgahından vuruldu. Ölkənin maliyyə sektoruna rəhbərlik edən şəxsin ABŞ, Rusiya və Türkiyə casusu olduğu bildirildi..."

Hakim komanda içərisində illərdir ki, çaxnaşmalar və intriqalar yaşanır.

Bu çəkişmələr mərkəzin qərarlarını ciddi şəkildə dəyişməsə də, spekulyasiyalar və yerdəyişmələr müşahidə olunub.

Mərkəzin təlimatı nədir?

Saray daxilindəki qarşıdurmaların mərkəzində iqtisadi maraqlar hər zaman ön planda olub. Elə son illərdə hakimiyyətin birmənalı şəkildə hədəfində olmasa da, müxtəlif siyasi qanadların nişangahına gələnlərdən biri maliyyə naziri Samir Şərifov olub.

Altun.az xəbər verir ki, anaxeber.az-ın Analitik Mərkəzinin apardığı təhlillərə görə, indi fəaliyyəti dayandırılmış ANS telekanalında belə maliyyə nazirinin üç ölkənin agenti olması haqda sujetin yayımlanması bir çox mətləblərdən xəbər verirdi.

Son illərdə ANS efirində heç bir nazir bu şəkildə hədəfə alınmamışdı və telekanalın siyasi kursunun bir mərkəzdən gəldiyi də sirr deyil. Bu da S.Şərifovun hansı cinahdan zərbə aldığını çılpaqlığı ilə ortaya qoyur.

Belə desək, maliyyə nazir gicgahından vuruldu. Obıvatel belə xəbər tutdu ki, ölkənin maliyyə sektoruna rəhbərli kedən şəxsin ABŞ, Rusiya və Türkiyə casusu olduğu haqda ittihamlar var.

Düzdür, adı hər zaman Qərbyönümlü məmur kimi hallanan, hətta baş nazirlik iddiasında olan Şərifov ANS-in sujetindən sonra vəzifəsini itirmədi.

Lakin mərkəzin təlimatı əsasında onun reputasiyası yerlə bir edildi. Siyasi büronun planı Bakı klanına yaxınlaşm aqda olanmaliyyə nazirini tarixin arxivinə göndərmək idi.

Amma MTN rüzgarının əsməsi və Azərbaycan Beynəlxalq Bankının sədri Cahangir Hacıyevin həbsi daşların yerini dəyişdi. Naxçıvan qruplaşması Şərifovu müvəqqəti qanadının altına alaraq Bakı klanı ilə mübarizədə öz “generalına” çevirdi.

Top-tüfəng önünə çıxmaq

Anaxeber.Az-ın Analitik Mərkəzinin gəldiyi qənaət ondan ibarətdir ki, Cahangir Hacıyevin Bakı klanına yaxınlığı Samir Şərifovla onu üz-üzə qoydu.

MTN işi həm də klanların amansız müharibəsiydi. Və qırğından Mehdiyev qruplaşması qalib ayrıldı. Maliyyə naziri ilə bağlı planların və situasiyanın dəyişməsi də məhz 17 oktyabr hadisələri oldu.

Çünki məhkəmə çəkişməsində Hacıyevin qarşısına Şərifov çıxarıldı. Bu taktiki oyuna ikibaşlı siyasət yürüdülürdü: bir tərəfdən bankir siyasi rəhbərliyi hədəfə almayaraq yalnız naziri ittiham edir, özünü böyük qəzəbdən qoruyurdu, digər tərəfdən isə Naxçıvan qruplaşması Şərifovu “rasxod”a verməklə diqqəti əsas motivdən yayındırırdı.

Maliyyə naziri isə bu plana uyğun hərəkət edərək özünü topun-tüfəngin qabağına verib həm onları xilas etdi, həm də özünü istefaya göndərən sərəncamın cırılıb atılmasına nail oldu.

İndi S.Şərifov papağını göyə ataraq bayram etməkdədir. Bu gün ona mətbuatda və sosial şəbəkələrdə ölkənin maliyyə sistemini pozması, manatı məhv etməsi, yanlış valuya siyasəti yürütməsi barədə tənqidlər arı sancması qədər adidən adidir.

Nazir üç ölkənin agenti ittihamından və sorğu-sualından MTN işi hesabına “Böyük qardaş”a xidmət etməklə qurtula bildi.

Hətta naziri narahat etmir ki, manat barəsində ona ünvanlanan tənqidlər hər hansı problem yarada bilər. Üstəlik, iqtisadi proseslərin gedişindən çox şey asılıdır və Şərifovun rolu epizodikdir.

Prezident İlham Əliyevin valyuta bazarında stabilliyin yaradılması barədə 15 gün möhlət verməsi və bu işi tapşıranların arasında maliyyə nazirinin də olması onun mövqelərinin möhkəmlənməsinə dəlalət edir.

Yada salaq ki, sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets Ukraynanın “Qordon” agentliyinə müsahibəsində Azərbaycan hökumətini silkələyəcək ittihamlar səsləndirib.

O, özünün yeni kitabı haqda danışarkən, Azərbaycanın yüksək siyasi elitasında təmsil olunan və hazırda Kremlə işləyən “üçqat agentdən” də bəhs edib. Onun yeni kitabında haqqında danışılan Azərbaycanın yüksək vəzifəli məmuru isə maliyyə naziri Samir Şərifovdur.

Şvetsin iddiasına görə, agentura məlumatlarında bildirilir ki, Şərifov Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına işləyib, indi yenidən Kreml tərəfindən ələ alınıb.

Rusiyalılar əmindilər ki, Şərifovu Türkiyə kəşfiyyatı 1989-1990-cı illərdə Cənubi Yəməndə işlədiyi vaxtlardan ələ alıb.

Sonradan o, ABŞ–ın Mərkəzi Kəşfiyyat İdarəsilə əlaqələndirilib və o vaxtdan vacib informasiya mənbəyi və təsir agenti kimi Amerika və Türkiyə xüsusi xidmət orqanlarına işləməyə başlayıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətindəki mənbənin sözlərinə görə, Samir Şərifov karyerasına atasının köməyilə başlayıb. Onun atası da Heydər Əliyevin yaxın ətrafına daxil olan şəxs olub.

Şərifovun işi ilə tanış olan KQB zabitlərindən biri kompromatla ələ alınıb. Onu “qara bazar”da qanunsuz əməliyyatlar zamanı tutublar. O, xarici valyuta ilə əməliyyatlar həyata keçirirmiş.

Sovet İttifaqı zamanında bu cür böyük miqyaslı əməliyyatlar 10 ilə qədər həbs cəzasına, hətta ölüm hökmünə gətirib çıxara bilərdi.

Amma Şərifovun “qara bazar”dakı əməliyyatlarının həcmi əhəmiyyətli dərəcədə böyük olmayıb və KQB ona göz yumub. Beləliklə, maliyyə naziri həm sovet, həm müasir siyasətdə peşəkar davranıb və vəziyyətdən çıxmağı bacarıb. İndi qarşıda onu nələrin gözlədiyini isə vitse-prezidentlərin təyinatından sonra təhlil etmək mümkündür.