Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Hakerlər Azərbaycan banklarından pul oğurlaya bilərlərmi? – HÜCUMLAR ÇOXALIB

06 dek 2016, 10:15   
Hakerlər Azərbaycan banklarından pul oğurlaya bilərlərmi? – HÜCUMLAR ÇOXALIB

Artıq bir müddətdir hakerlərin hücumuna məruz qalan Rusiyanın maliyyə sistemi bu gün böyük hücumla qarşılaşa bilər. Xatırladaq ki, dekabrın 2-də hakerlərin banklardan 5 milyard dollar oğurlamağa çalışdıqlarına dair məlumat yayılmışdı. Bildirilirdi ki, Rusiya Mərkəzi Bankı həmin pulun 3 milyard dollarını geri qaytara bilsə də, 2 milyard dolları xilas edə bilməyib. Rusiya Mərkəzi Bankı isə hakerlərin hesablardan 2 milyard dollar oğurlamaları barədə xəbəri təkzib etmişdi. Ümumiyyətlə kibercinayətkarlar 2015-2016-cı ildə (2015-ci ilin martından 2016-cı ilin martına qədər) Rusiyada 5,5 milyard rubl (87 milyon 373 min dollar) oğurlayıblar. Əvvəlki dövrlə müqayisədə kibercinayətkarlıq 44 faiz artıb. 5,5 milyard rublun 2,5 milyardı Rusiya banklarından çəkilib. Bu da banklardan oğurluğun 4 dəfə artımı deməkdir. Qeyd edək ki, Rusiya Bankının hesabatına əsasən, 2016-ci ilin əvvəlindən kiberhücumlar səbəbindən ölkədəki kredit təşkilatlarının itkisi iki milyard rubl təşkil edib.

Bildirək ki, son illər bütün dünyada maliyyə sisteminə haker hücumları artıb. 2013-cü ildə haker qrupları dünyanın 100-ə yaxın ölkəsinin 30-dan çox bankından pul oğurlayıblar. Həmin vaxt təkcə Rusiya, Yaponiya, Avropadakı hesablardan oğurlanan pulların həcmi 300 milyon dollar təşkil edirdi. 2016-ci ilin fevralında isə hakerlər Banqladeş Mərkəzi Bankının Federal Rezerv Bankının Nyu-York şöbəsindəki hesabından 1 milyard dollar oğurlamağa çalışsalar da, 80 milyon dollar çəkə bilmişdilər.

Kibercinayətkarlıq nədir?
Kibercinayətkarlıq yeni cinayət növüdür. Kibercinayət bir informasiya sisteminə icazəsiz və hüquqa zidd şəkildə daxil olunması və sonra həyata keçirilən əməllərdir. Bu halda bir insan, onun mal varlığı, əmlakı, eyni zamanda istifadə olunan sistemin özü də hədəf seçilir. Məsələn, bir sistemə daxil olunaraq, zərər vermək, bazanı, informasiya ehtiyatını silmək, şifrələmək, ələ keçirmək, yad informasiya yükləmək, sistemin iş prinsipini dayandırmaq, şəxsi həyatın toxunulmazlığını pozmaq, əlaqəni əngəlləmək, əlaqəni icazəsiz izləmək, qeydə almaq kimi hərəkətlər və əməllər kibercinayət faktlarıdır.


ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin məlumatına görə, kibercinayətkarlıq hər il dünya iqtisadiyyatına 450 milyard dollar zərər vurur. Təkcə biznes sektorunda intellektual mülkiyyətin oğurlanması səbəbindən bu itki 160 milyard dollarla ölçülür. Bildirilir ki, get-gedə artan bu cür cinayətlər ticarətə, rəqabətlilik ruhuna, ixtiralara və yeni texnologiyalara ciddi nənfi təsir göstərir. Vəziyyətin bu cür davam edəcəyi təqdirdə itkilərin 550 milyard dollara çatacağı proqnozlaşdırılır. Ən pisi də odur ki, kibercinayətkarlıq daha çox inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatını təhlükə altında qoyur.
Kibercinayətkarlığın ən çox zərbə vurduğu sektor maliyyə sektorudur. Belə ki, əvvəllər oğrular aylarla plan cızıb, bankın yeraltı, yerüstü layihəsini çıxarır, zirzəmiyə qədər tunel qazıb soyğunçuluğa gedirdilərsə, indi bu iş asanlaşıb. “Klaviatura ustaları" evlərində oturub, hansısa bank hesabından milyonlar çəkə bilirlər. Banklararası pul mübadilələri və vətəndaşların özlərinə elektron bank hesabı açdırması oğruları bu sahəyə - haker olmağa daha da həvəsləndirib. Təbii ki, yüksək təhlükəsizlik sisteminə malik olan banklardan milyonların çıxarılması yüksək bacarıq tələb edir.

Banklardan necə pul oğurlanır
Kibercinayətkarlar əvvəlcə bankların iş strukturunu öyrənməyə nail olurlar. Bunun üçün onlar hədəf seçdikləri bankın kompüterlərinə elektron məktub göndərirlər. Hansı ki, qoşulmuş əlavədə gizli virusun kodu olur. Lakin məktub o qədər məharətlə hazırlanır ki, bank işçisində onun etibarlı ünvandan gəldiyinə dair inam yaranır və şübhə etmədən açır. Elə o anda virus işə düşür və bankın kompüterlərinə yayılmağa başlayır. Bütün bank əməliyyatlarını, əməkdaşların şəxsi məlumatını, parol və loqinlərini yadda saxlayaraq, məlumatı kiberqarətçilərə ötürür.

Pulların oğurlanması mərhələsi
Hakerlər virusun göndərdiyi məlumatlar əsasında bank əməkdaşının keçirdiyi əməliyyatları dəqiqliyinə qədər təkrarlayırlar. Bu halda saxta bank əməliyyatını həqiqi bank əməliyyatından seçib ayırmaq mümkün olmur, çünki bank kompüteri aldığı əmrləri bank əməkdaşından gəldiyini zənn edir. Bank komüterlərini özlərinə tabe etdikdən sonra, kiberqanqsterlər həmin bankdakı pulları xarici bank hesablarına köçürməyə başlayırlar. Hakerlər eləcə də bankomatlara günün müəyyən saatında və dəqiqəsində pul çıxarmaq əmri verə bilirlər. Onların müəyyən etdikləri vaxtda hədəf seçilmiş bankomatın önünə göndərdikləri adam yaxınlaşır və bankomatdan çıxan pulu götürüb gedir.
Azərbaycanda bankların belə hücumlardan necə qorunduğunu araşdırmağa çalışdıq.

"Banklarımız hazır deyil"
Bu ilin yayında "Kaspersky Lab." şirkəti dünyada, həmçinin MDB ölkələrində kibercinayətkarlığın səviyyəsinin artması müşahidə edildiyin açıqlamışdı. Şirkət iddia edirdi ki, 2015-ci ildə MDB məkanında hər ay 2 mln. kompüter istifadəçisinin kompüteri maliyyə təhlükələrinə məruz qalıb. Nəzərə alsaq ki, Azərbaycan MDB-nin bir parçasıdır, bizdə bank hesablarına belə hücumların olub-olmadığını, hesabların necə qorunduğunu araşdırmağa çalışdıq. Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti sualımıza cavab verməkdən yayındı.
Bank sektorundakı mənbələrimizdən aldığımız məlumata görə, Azərbaycan banklarına haker hücumları əvvəlki illərlə müqayisədə kifayət qədər artıb. Lakin bu hücumların əksəriyyəti heç də kompleks şəkildə güclü və professional haker hücumları deyil:
“Güclü haker hücumlarının olmamasına səbəb isə Azərbaycan daxilində cinayətkarlıqla mübarizənin güclü olması, ölkədən onlayn rejimdə pul çıxarmağın çətin olmasıdır. Amma bunlara baxmayaraq, bir çox Azərbaycan banklarında kiçik də olsa, insidentlərin baş verməsi faktları olub. O cümlədən, bank daxilində nəzarət mexanizmlərinin düzgün olmaması səbəbindən informasiya təhlükəsizliyinin pozulması və bank əməkdaşı tərəfindən məqsədli yaxud bilməyərəkdən müəyyən qeyri-qanuni fəaliyyət halları da qeydə alınıb”.
Məsələnin digər tərəfi Azərbaycanda daha çox bankın hesabına daxildən müdaxilələrin edilməsidir. Belə ki, indiyə qədər onlarla filial sədri, eləcə də bank rəhbəri maliyyə maxinasiyalarına görə həbs edilib.

Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, digər ölkələrdə olduğu kimi bizim banklarda da belə hücumlar olur:
“Zaman-zaman bunun şahidi oluruq. Hazırda yerli banklarda kiberhücumlarda qorunma tədbirlərinin yetərli olduğunu düşünmürəm. Bankların hücumlarla bağlı problemi iki mənbədən qaynaqlanır. Bildiyimiz kimi, bankların pul köçürmələri və informasiya mübadilələri ilə bağlı özəl infrasturukturu var. Həmçinin onların internetlə əlaqəli xidmətləri də var. Əsas problem də məhz ikinci məqamda özünü göstərir. Zaman-zaman bizim banklarda kiberhücumlarla bağlı problemlər yaşayırlar. İnternet üzərindəki təhlükələrlə bağlı banklar daim düşünməli, zəruri profilaktik tədbirlər görməlidirlər”.

O.Gündüz onu da vurğulayıb ki, artıq kiberhücumların mahiyyəti də dəyişib:
“Əvvəl bu iş həvəskarlar tərəfindən özünü təsdiq etmək məqsədilə edilirdisə, indi maliyyə qrupları, ölkələrin özünün kiber dəstələri var. Həmçinin terror təşkilatlarının da bu cür professional qrupları var. Həmin hücumlara qarşı tədbir görmək üçün böyük resurslar tələb olunur. Bizdə isə informasiya təhlükəsizliyinə cavab verən həm dövlət, həm də qeyri-dövlət qurumları var. Onlar dünyada mövcud təhlükələrdən daha tez və ətraflı xəbər tutur və qorunma yollarını da bilirlər. Bu qurumlar banklardan köməkliklərini əsirgəməməlidirlər. Əlbəttə, bunun üçün əvvəl banklar özləri maraqlı olub, müraciət etməlidirlər. Mövcud vəziyyəti nəzərə alaraq, banklar kiber təhlükəsizlik sahəsində fəaliyyət göstərən qurumlarla əlaqələri dəyərləndirməlidirlər”.
OXŞAR MÖVZULAR