Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

İqtisadiyyatı qara narkotikə oturdulan ölkələr üçün ağır günlər başlayır-professor Saleh Məmmədov

24 noy 2018, 16:34   
İqtisadiyyatı qara narkotikə oturdulan ölkələr üçün ağır günlər başlayır-professor Saleh Məmmədov

Neft ölkələri üçün Qara Cümə - Azərbaycanı nə gözləyir, nə etməli?
Sabiq maliyyə naziri, professor Saleh Məmmədovun problemlərdən çıxış baxışını təqdim edirik.
Dünən Neft bazarında növbəti qara gün- cümə günü oldu. WPI (ABŞ) neft qiyməti gün ərzində 7%, son 7 həftə ərzində isə 30% düşərək 2018-ci ilin ən aşağı səviyyəsinə -50,42 dollara endi. Brent də 5,5% enərək 58,8 dollara düşmüşdür. İqtisadiyyatı qara narkotikə oturdulan ölkələr üçün ağır günlər başlayır. Rusiya artıq ölkə iqtisadiyyatını 35 dollar/barel qiyməti ssenarisinə uyğun hesablamağa başladı. Deməli, Rusiya idarəçiləri bundan sonra da yaxşı bir şey gözləmirlər. ABŞ iqtisadiyyatı Çin, Türkiyə, Avropa hesabına möhkəmləndirdikdən sonra iqtisadi siyasətdə çox arxayın və sabit kimi görünür. Dünya böhranı qapının bir addımlığındadır.
Belə şəraitdə Azərbaycanın vəziyyəti necə olacaq, bizi ən çox düşündürən bu sualdı. Mənə elə gəlir ki, bu sualın cavabı daha çox subyektiv amillərdən asılı olacaq (yəni siyasətin hansı yöndə aparılmasından). İlk nəzərdə elə çox seçim də görünmür. İki ssenari mümkündür: 2008-ci il böhranı zamanı davranış və ya 2014-cü il regional böhran zamanı istifadə olunan yol. Əlbəttə, təcrübə göstərdi ki, 2008-ci ildə ölkə düzgün qərarlar hesabına böhrandan daha rahat və başqalarına nisbətən çox daha az zərərlə çıxdı, təəssüflər olsun ki, bunu 2014-cü il böhranı haqqında demək olmur. 3-4 il keçməsinə baxmayaraq bu gün də bu böhran öz möhürünü iqtisadiyyata vurmaqda davam edir. Bu günə əldə olunan şərait də (bəzi uğurlar və hazırlıq işləri) 2008-ci il böhranın ssenarisinə bənzəyir. Bu şərait nədən ibarətdir:
1. 2018-ci ildə xeyli faydalı islahatlar aparılmış, sanki, bu böhrana hazırlıq işi görülmüşdür. Ölkə ilk dəfə olaraq ciddi islahatçı olkələr sırasında yer almışdır. Doing buzines indeksinə görə sıralamada 33 pillə irəliləyərək 25-ci yerdə möhkəmlənmişdir. Yeri gəlmişkən 2008-ci il böhranı zamanı da bu sahədə ciddi islahatlar aparılmış, bu indeksə görə ölkənin tutduğu yer 97-ci yerdən 33-cü yerə qaldırılmışdır. Həmçinin digər sahələrdə, xüsusilə kadr sahəsində gənc potensiallı, korrupsiya və rüşvətdən uzaq hökümət üzvlərinin (xüsusilə neft-qazdan sonra ölkənin əsas yaşam mənbəyi olan kənd təsərrüfatı üzrə) təyin olunması, səmərəli maliyyə və vergi sisteminin qurulması imkan verir ki, iqtisadiyyat bu böhranı zərərsiz başa vura bilsin.
2. Ölkənin böyük miqdarda valyuta ehtiyyatlarının toplanması əsas verir ki, heç nədən çəkinmədən genişləndirici maliyyə siyasəti tam gücü ilə davam etdirilsin. Ölkədə 50 milyard dollara yaxın valyuta rezervləri toplanmışdı, bu məbləğ son dörd ilin büdcəsindən də xeyli çoxdur. Belə rezervlərin olması panikaya qapanmağa qətiyyən əsas vermir.
Nə etməli:
1. Real vəziyyəti açıq olaraq əhaliyə çatdırmaq, ölkənin potensial imkanlarını təhlil etmək, başlanan islahatlar kursundan qətiyyən dönülməyəcəyi haqqında əhalini, iş adamlarını və xarici investorları inandırmaq lazımdır. Bu, ölkədə baş verə biləcək maliyyə panikasının qarşısını almaq üçün çox vacibdir. Hazırkı dövrdə dünya alimlərini ən çox maraqlandıran bir məsələ var: təbiətin dağıdıcı enerjisini faydalı enerjiyə çevirmək kimi, eyni üsullarla ictimai dağıdıcı enerjini də faydalı enerjiyə çevirmək və milli iqtisadi inkişaf üçün ondan istifadə etmək. Bu bizim ölkə üçün daha çox lazımdır.
2. İslahatlar dayandırılmamalı, çox daha böyük sürətlə davam etdirilməlidir. Xüsusilə ölkə üçün ən başlıca sahədə (həm də ən diqqətdən kənar qalan) - tətbiqi elmdə geniş idarə və maliyyələşdirmə islahatları aparılmalıdı. Elm və texnoloji inkişaf ölkənin milli iqtisadiyyatının bütün sahələrinə sirayət etməlidir. Bütün inkişaf etmiş ölkələrin iqtisadiyyatı bu yolla irəliləmişdir, Azərbaycan iqtisadiyyatının müstəsnalıq təşkil etməsi qeyri mümkündür.
"Gəlirlər hissəsinin strukturunda valyuta ehtiyatlarının və neft fondundan ayırmaların payı çoxaldılmalı, vergi dərəcələrinin azaldılması üzrə səmərəli siyasət davam etdirilməlidir”
3. Cari tədbirlər içərisində - təbii ki, büdcənin yenidən baxılması zəruridir. Hazırda parlamentdə müzakirədə olan büdcə neftin qiymətinin 60 dollar ssenarisinə uyğun hazırlanmışdı. Dünən artıq brent neft qiymətləri 58, WBİ isə 50 dollara qədər endi. Bu ssenari ilə büdcənin yerinə yetirilməsi mümkün deyil. Professor Fikrət Yusifov və bir sıra başqa mütəxəssislər dəfələrlə bu məsələnin müzakirəsi zamanı ölkə ictimaiyyətini xəbərdar etmişdir ki, neftin qiyməti yenidən düşəcək və səhv etmirəmsə, büdcənin tərtibini neftin qiymətinin 40-45 dollar ssenarisinə üstünlük verilməsini təklif etmişdir. Mənim fikrimcə, bu ən optimal variantdı. Büdcənin yenidən baxılması zamanı ümumi həcm deyil, yalnız struktur üzərində işlənməsi daha səmərəli olardı. Gəlirlər hissəsinin strukturunda valyuta ehtiyyatlarının və neft fondundan ayırmaların payı çoxaldılmalı, vergi dərəcələrinin azaldılması üzrə səmərəli siyasət davam etdirilməlidir. Dünya böhranlarından çıxmağın ən yaxşı tədbirlərindən biri hər zaman və hər bir ölkədə vergi dərəcələrinin azaldılmasına söykənən "Təklif nəzəriyyəsi" olmuşdur. Vergi dərəcələrinin azaldılması heç vaxt vergilərin azalmasına səbəb olmamış, tam əksinə, ümumi vergi məbləğini artırmışdır. Çünki, əvvəla, vergi dərəcələrinin azaldılması korrupsiyanın və vergidən qaçmanın qarşısının alınması hesabına onun ödənməsi imkanlarını və bununla da ümumi vergi məbləğini artırır. Digər tərəfdən, sahibkarların sərəncamında qalan mənfəət məbləği investisiyalara yönəldilir və yeni vergi obyektləri yaradır ki, bu da mütləq ümumi vergi məbləğinin artırılmasına gətirib çıxarır. Büdcənin xərc istiqamətinin də strukturunun böhrandan çıxmağa yönəldilməsi vacibdir. Milli iqtisadiyyatın iki istiqamətinin payının ciddi surətdə artırılması məqsədəuyğundur: Bunlardan biri tətbiqi elmdir. Böhrandan mənfəətlə çıxmaq üçün elm xərclərinin ən azı iki milyard manata çatdırılması tələb olunur (büdcədə - 136 milyon manat nəzərdə tutulmuşdur). Bu tədbir hətta büdcənin kəsirinin artırılması, neft fondu, hətta xarici dövlət borcu hesabına da olsa həyata keçirilməlidir. Azərbaycan birinci və ikinci qrup ölkələr arasında (BMT təsnifatı üzrə) bu göstərici üzrə ən geridə qalan ölkələrdəndir. Əgər bu ölkələr üzrə elmə adambaşına ortalama 1000 dollar xərclənirsə, Azərbaycan üzrə bu rəqəm 10 dollara çatmır. Təbii ki, elm xərclərinin artırılması elmin idarə olunması və maliyyələşməsi sisteminin İsrail, Sinqapur, İsveçrə, ABŞ kimi ölkələrin təcrübəsinə əsasən tamamilə yenidən qurulmasını tələb edir. Bu məqsədlə Elm və texnoloji inkişafın sürətləndirilməsi qanunun büdcə qanunu ilə birlikdə qəbul olunması zəruridir. İkinci investisiya tələb edən sahə kənd təsərrüfatıdır. Kənd təsərrüfatının inkişafı üzrə ciddi islahatlara başlanmışdı. Amma bu islahatlar maliyyə vəsaitləri ilə dünya ölkələri səviyyəsində təmin olunsa səmərə tez və böyük olacaqdır. Son dövrlər kənd təsərrüfatının idarə olunması və maliyyələşdirilməsi dözülməz vəziyyətə salınmışdı: kapital qoyuluşlarının ümumi investisiyalarda payı xeyli azalmış, subsidiyalar başqa ölkələrlə müqayisədə zəruri səviyyədən xeyli aşağı olmuşdur. Əgər 1991-ci ildə milli iqtisadiyyata qoyulan investisiyaların 15%-i kənd təssərrüfatına yönəldilirdisə, 2017-ci ildə bu rəqəm 3.5%-ə enmişdir. Dünya miqyasında kənd təsərrüfatının normal fəaliyyəti dövlət dəstəyi olmadan həyata keçirilə bilməz. Əgər əksəriyyət ölkələrdə dövlət dəstəyinin payı kənd təsərrüfatının ümumi gəlirlərindən 30-75% təşkil edirsə, Azərbaycanda bu rəqəm 3-7% ətrafında cərəyan edir ki, bu səviyyədə dövlət dəstəyi tam yetərsiz sayılır. Ümumi milli iqtisadiyyatda olduğu kimi kənd təsərrüfatının maliyyələşməsində də əsas payı (50%-dən yuxarı) tətbiqi elm xərcləri tutmalıdır ki, bu sahə intensiv əsaslarla inkişaf etdirilə bilsin.
Bu yolla Azərbaycan nəinki hazırkı böhrandan zərərsiz çıxa bilər, həmçinin, "qara narkotik"dən birdəfəlik qurtarmaqla ölkəni inkişaf etmiş ölkələr səviyyəsinə qaldıra bilər.