Bugün:

"Dünya çempionatında oynamağa layiqik" - Messi

11 okt 2017, 13:01, altun
    Oxunub: 49
"Dünya çempionatında oynamağa layiqik" - Messi

Argentina millisinin kapitanı Lionel Messi mundiala vəsiqə qazanmalarını şərh edib.
Altun.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o bildirib ki, DÇ-2018-də oynamaq hüququ qazanmağa layiq idilər: "Bu gün Argentina millisi üçün əhəmiyyətli gün idi. Bu komanda Rusiyadakı dünya çempionatında oynamağa layiq idi. Vacib olan əsas məqsəd üçün komandanın birləşməsi di. Seçmə mərhələnin bütün oyunlarında sona kimi mübarizə apardıq. Belə komanda bu turniri buraxa bilməzdi. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Xüsusilə, son oyunlarda daha çox dəstək aldıq".
Qeyd edək ki, Argentina DÇ-2018-in Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin son turunda Ekvadora Messinin het-triki ilə 3:1 hesabı ilə qalib gələrək mundiala birbaşa vəsiqə qazanıb.
loading...