Bugün:

La Liqa klubu baş məşqçisini qovdu

25 sen 2017, 15:09, altun
    Oxunub: 68
La Liqa klubu baş məşqçisini qovdu

İspaniyanın "Vilyareal" klubu baş məşqçisi Fran Eskribanı istefaya göndərib.

Altun.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Klub rəhbərliyi bu qərarı komandanın La Liqanın 6-cı turunda "Xetafe"yə 0:4 hesabı ilə uduzduğu oyundan sonra verib. Fran Eskribanın köməkçiləri də komandadan göndərilib.

Qeyd edək ki, mövsümə uğursuz başlayan "Vilyareal" 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
loading...