Bugün:

“Yuventus” “Barselona” ilə oyuna üç ciddi itki ilə çıxacaq

10 sen 2017, 19:32, altun
    Oxunub: 23
“Yuventus” “Barselona” ilə oyuna üç ciddi itki ilə çıxacaq

“Yuventus”un üç əsas futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin “Barselona”ya qarşı keçiriləcək ilk oyununu buraxacaq.

Altun.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda klubun baş məşqçisi Massimiliano Alleqri məlumat verib. O deyib ki, Sami Xedira və Klaudio Markizio zədə, Xuan Kuadrado isə cəza səbəbindən bu matçda iştirak etməyəcək.

Xatırladaq ki, “Barselona” – “Yuventus” görüşü sentyabrın 12-si, Bakı vaxtı ilə saat 22.45-də başlanacaq.
loading...