Bugün:

"Türkiyə üçün canımız fəda olsun" - Arda Turan

06 sen 2017, 14:40, altun
    Oxunub: 32
"Türkiyə üçün canımız fəda olsun" - Arda Turan

"Nə olursa olsun, bu ölkənin övladlarıyıq. Gedəcək başqa yerimiz yoxdur. Bu ölkə üçün canımız fəda olsun. Komanda yoldaşlarımı və baş məşqçimi təbrik edirəm. İnşallah,istədiyimiz yerə qədər irəliləyərik".

Altun.az-ın məlumatına görə, bu sözləri Türkiyə millisinin kapitanı Arda Turan DÇ-2018-in seçmə mərhələsində Xorvatiyaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yerli mətbuata deyib.

Sözügedən qarşılaşmada 70 dəqiqə meydanda olan 30 yaşlı yarımmüdafiəçi əllərindən gələnin ən yaxşısı etməyə çalışdıqlarını vurğulayıb: "İslandiya və Finlandiyanı məğlub edə bilərik. Xorvatiya ilə matça yaxşı kökləndik. Azerkeşlərin qələbəmizdə böyük rolu oldu. İnşallah, bundan da sonra da hər şey yaxşı olar".
loading...