Bugün:

“Everton”dan Runiyə sərt cəza

03 sen 2017, 12:53, altun
    Oxunub: 59
“Everton”dan Runiyə sərt cəza

“Everton” hücumçusu Ueyn Runini şərxoş halda maşın idarə etdiyi üçün cəzalandırıb.

Altun.az xəbər verir ki, komandanın baş məşçqsi Ronald Kuman bugünlərdə futbolçunun içkili halda polisə yaxalanmasını narazılıqla qarşılayıb. Bu səbəbdən onun iki həftəlik maaşdan – 300 min funtdan (təqribən 326 min avro) məhrum edilməsi qərara alınıb.

Bundan başqa, onun “Tottenhem”lə qarşıdakı Premyer Liqa matçının heyətinə salınmaması ehtimalı da var.

Qeyd edək ki, Runi sərxoş halda idarə etdiyi üçün əvvəlcə saxlanılsa da, sonrada pul girovu müqabilində sərbəst buraxılıb. O, sentyabrın 18-də məhkəmə qarşısına çıxarılacaq.
loading...