Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Ramil Quliyev fəraridir”, “Onda tamamilə türk qanı yoxdur”– Çingiz Hüseynzadə

18 avq 2017, 06:16   
 “Ramil Quliyev fəraridir”, “Onda tamamilə türk qanı yoxdur”– Çingiz Hüseynzadə


Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 6 il öncə lent.az-a verdiyi müsahibədə bugünkü dünya çempionu Ramil Quliyevdən danışmış, onun ünvanına ağır ifadələr işlətmişdi. Bu gün məsələnin aktuallığını, Altun.az Ramil Quliyevin dünya şempionu olmasını nəzərə alaraq, həmin müsahibənin Ramilə aid hissəsini dərc edir:

- Azərbaycanlı sprinter Ramil Quliyev milli komandamızda çıxış etməkdən imtina edib. O, yığmamıza hazırkı məşqçilər heyətinin və federasiya prezidenti Çingiz Hüseynzadənin istefası təqdirində qayıdacağını bildirib...

- Bilirsiniz, bu məsələnin medianı bu dərəcədə maraqlandırmasının səbəbini başa düşmürəm. Bu insan qaçıb gedib. Fəraridir. Qaçan adam özünə haqq qazandırmaq üçün nə istəsə, deyə bilər. O, Bakıda olanda bu məsələləri demirdi, narazılığını bildirmirdi. Bakıda olduğu vaxt ən son müraciəti Türkiyənin "Fənərbağça” klubunun adından çıxışına icazə istəməsi oldu. Müraciətinə razılıq verildi. Özü Türkiyəyə getməmişdən öncə ora ailəsi – anası və qardaşı, hətta şəxsi məşqçisi Oleq Muxin köçüb. Yəni, bu, əvvəlcədən planlaşdırılmış bir iş idi. Gedən kimi də ərizə yazıb müraciət edərək vətəndaşlığını dəyişmək istəyib. Bu, nə deməkdir?

- Bəlkə Türkiyə Atletika Federasiyası Ramil Quliyevin başını tovlayıb?

- Xeyr. Türkiyə variantı olmasaydı, başqa ölkələrin təkliflərini qəbul edəcəkdi. Bizdə olan məlumata görə, o, Rusiya ilə də danışıqlar aparıb. Bir sözlə, bu adam Azərbaycandan qaçmaq istəyib. Səbəbini Allah bilir. Bu adama ölkəmizdə atletlər arasında ən çox diqqət yetirilirdi. Farmakologiyası, yarışları, məşqləri və toplanışları yüksək səviyyədə idi. Bakıda olduğu vaxt heç bir narazılıq bildirmirdi. Lakin indi məlum olur ki, bu adamın hələ çoxdan Azərbaycandan köçüb-getmək, başqa yerdə yaşamaq arzusu olub. Arzusunu həyata keçirdi. İndi isə özünə haqq qazandırmaq üçün istənilən şeyi deyə bilər.

- Hətta Sizin istefanızı da tələb edə bilər?

- Məncə, bu, onun öz ağlının məhsulu deyil. Onunla qaçan məşqçisi var, qohumları oradadırlar. Türkiyə tərəfdən kimsə onu hər hansı formada qıcıqlandıra, nə isə deyə bilər. Dediyi sözlər isə mənim üçün heç bir əhəmiyyət daşımır. Hesab edirəm ki, ümumiyyətlə, məsələni bu dərəcədə şişirtməyin əhəmiyyəti yoxdur. Yenə deyirəm: Bu adam sadəcə, fəraridir. Bu adam əsgərlikdə qulluq etməlidir. Ola bilər ki, bu, gözünün qabağına gəlib və qaçıb. Bu adam təhsil aldığı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını atıb-qaçıb. 4-cü kursda təhsil aldığı halda, qış semestr imtahanlarını verməyib. Gəlib xahiş etsin ki, buna icazə verək, gedib Türkiyə klubunda çıxış etsin, sonra da Azərbaycan yığmasından imtina etsin. Bunlar əvvəlcədən planlaşdırılmış işlər idi. Bir əsas məqam da var ki, bu adam Türkiyəyə yollandığı 2010-cu ildə Azərbaycan yığmasının heyətində bir rəsmi yarışda belə iştirak etməyib. Müxtəlif bəhanələr gətirib. Əsasən, sağlamlığından şikayətlənib. Sonradan isə onun kommersiya yarışlarında iştirak etməsindən xəbər tutmuşuq. Bakıda ola-ola Avropa çempionatından imtina edib, lakin bir həftə sonra kommersiya turnirlərinə qatılıb. Bu da onun bir ölkə yığmasından digərinə keçmək üçün Beynəlxalq Olimpiya Komitəsinin qoyduğu ən azı 3 illik fasilə müddətini daha tez başa vurmaq istəyini sübuta yetirir.

- Artıq Ramil Quliyevdən imtina etdiyinizi demək olar?

- O, qayıtsa da, qəbul etməyəcəyik. Bu adam qaçıb, fəraridir. Fərari ilə nə etmək olar? Hara qayıdır o? Bilir ki, qayıtsa, əsgərliyə getməlidir.

- Hər halda dünya çempionatında Useyn Bolt və digər məşhur sprinterlərlə mübarizədə 7-ci yer heç də zəif nəticə deyil. Dünyada belə atletlər hərtərəfli təmin olunurlar. Ramil Quliyevin təminatı hansı səviyyədə idi?

- O da Bolt kimi, kommersiya yarışlarında iştirak edirdi. Qazandığını da özü götürürdü. "Neftçi”dən maaş, Milli Olimpiya Komitəsindən təqaüd alırdı. Bütün farmakoloji xərclərini federasiya çəkirdi, mükafatlar verirdi. Azərbaycanda heç bir idmançının almadığını o, alırdı. Türkiyədə isə ona yalnız "Fənərbağça” klubu pul verir. Özü də hər startına 5000 dollar. Azərbaycanda o dərəcədə imkanlı klub yoxdur. Lakin çıxış etdiyi bütün yarışlardan qazandığını özü götürürdü. Federasiyaya, məşqçisinə vermirdi ki... Heç onun nə qazandığından da xəbərimiz yox idi. Bu, məni heç maraqlandırmırdı da. Nə qədər qazanır-qazansın, özü bilər. Özünün pul qazanmasına rəğmən, təhsil haqqını federasiyamız ödəyirdi. Şəxsən mən ildə 300 manat akademiyaya ödəyirdim. Heç öz gücünə ali məktəbə daxil ola bilməmişdi. İmtahandan minimum 100 bal toplamalı olduğu halda cəmi 7 bal yığmışdı. Onun perspektivli idmançı olduğunu nəzərə alaraq, məktublar yazdıq, xahiş etdik ki, akademiyaya qəbul etsinlər. Nəticədə bal toplaya bilmədiyi üçün pullu fakültəyə qəbul etdilər. İndi də durub bu məsələ ətrafında ajiotaj yaratmaq lazım deyil. O, göydən düşməmişdi, Azərbaycanda yetişmişdi, azərbaycanlı məşqçilər yetişdirmişdi. Yenə ölkəmizdə yeni, ondan da yaxşı idmançılar yetişəcək. Allah qoysa, daha güclü atletlərimiz olacaq. Amma bir adam ki, qaçmaq istəyir, onu zorla saxlamağın adı yoxdur.

- Ramil Quliyev deyib ki, atası və şəxsi məşqçisi Eldar Quliyevin infarkt keçirərək ölməsində də ona göstərilən haqsızlıqların rolu olub...

- Danışır da... Nə istəyirsə, danışacaq. Bəlkə də atasının ölümünü gözləyirdi ki, Türkiyəyə qaçsın. Amma atası sağ olsaydı, onu ölkədən getməyə qoymazdı. Rəhmətlik Eldar Quliyevlə heç bir problemimiz yox idi. Bütün təlim-məşq toplantıları və yarışlara o, oğlu ilə birgə yollanırdı. İkisinin də xərcini biz çəkirdik.

- Bu yaxınlarda şahmatçımız Vüqar Həşimovla da bağlı problem yaranmışdı. Həşimov onunla Teymur Rəcəbov arasında ayrı-seçkiliyə etiraz edirdi. Yüksək səviyyəli idmançılarımızın azlığını nəzərə alaraq, məsələyə bu prizmadan yanaşmaq olarmı ki, onları belə asanlıqla itirmək olmaz?

- Bu gün bütün idman növlərində əcnəbilər Azərbaycanda çıxış etmək istəyirlər. Məsələn, dünyanın ən güclü qadın voleybolçuları ölkəmizin klublarında cəmləşib. Amma yenə də bizim idmançılar arasında hansısa narazılığın baş verməsi mümkündür. Şəxsi münasibətlərdən yaranan məsələləri ümumi idmanın inkişafında gedən proseslərə qatmaq olmaz. Şəxsi zəmində çox şey yaratmaq olar. İdmançı məşqçi ilə, öz həmkarı ilə yola getməyə, federasiyadan, nazirlikdən narazı ola bilər. Amma idmançının vətənini atıb getməsi tam başqa şeydir.

- Bəs belə narazılıqları olsa, ayrı-seçkilikdən şikayətlənsələr və onları eşidən olmasa, nə etməlidirlər?

- Mən də belə narazılıqlar eşidirəm. Bir valideyn gəlir ki, oğlum yaxşı futbolçudur, komandaya götürmürlər, sıxışdırırlar. Mən onlara bir şeyi deyirəm: "Bu gün Azərbaycanda məşqçilər, federasiya rəhbərləri çıraqla yaxşı idmançı axtarırlar, xeyli pul xərcləyərək, xaricdən idmançı gətirirlər. Mənim öz idmançım olsa, onu itirməyə, xeyli pul xərcləyib, kənardan idmançı gətirməyə razı olaram?” Məntiqlə düşünmək lazımdır da... Demək, bu, sənin şəxsi ambisiyandır. Futbol oynayırsan, hamıdan yaxşı çıxış edirsən, amma səni heyətə salmırlar. Söz-söhbət yaranır, siz də yazırsınız. Vüqar Həşimovla Teymur Rəcəbovun hər biri yüksək səviyyəli, dünyada tanınmış şahmatçıdır. Aydın məsələdir ki, bunların arasında rəqabət var və olacaq. Yüzlərlə belə misal göstərmək olar. Bu rəqabət vaxtı biri hiss edir ki, ona özündən yaxşı baxırlar. Bu situasiyanı başqa cür də həll etmək olar. Əgər kimsə sənə başqa cür yanaşırsa, yerindəcə yoluna qoymalısan.

- Hansı formada?

- Hamı necə, sən də elə. Ümumi qaydalarla yaşamalısan. Axı səni nəyə görə istəməməlidirlər? Kim istər ki, Vüqar Həşimov Azərbaycanı tərk etsin? Vüqar qələbə qazananda hamı sevinirdi. Onun pisliyini heç kim istəmir. Ola bilsin, Rəcəbovla nə isə şəxsi məsələləri var. Bu, olacaq. Həmişə olub. Bütün dünyada olub. Yadımdadır ki, Vasili Smıslovla Mixail Tal və Mixail Botvinnik düşmən idilər. Bu da normaldır. Rəqabət gedir də... Amma əlbəttə, burada müəyyən hədlər var. Federasiya isə münaqişədə olan idmançıları razı sala bilmirsə, ikisindən birinin tərəfini saxlamalıdır. Yaxud da şərait elə gətirə bilər ki, ikisi də qovulsun. Bunu Həşimovla Rəcəbova aid etmirəm. Lakin Vüqar Həşimovla Ramil Quliyevin məsələlərini eyniləşdirmək olmaz. Hafiz Süleymanov adlı ağırlıqqaldıran var idi. 1989-cu ildə SSRİ yığmasının tərkibində dünya çempionatına yollandı. Çempion oldu. Amma vətənə qayıtmadı. Bolqarıstana, oradan da Türkiyəyə yollandı. Süleymanovu SSRİ-də bütün adlardan, mükafatlardan məhrum etdilər, neçə adamı işdən çıxardılar. Sonra elə oldu ki, dövran dəyişdi, SSRİ dağıldı, yenə hər şey öz yerinə qayıtdı. Dövran dəyişməsəydi, Hafiz Süleymanov bu gün də satqın və fərari sayılacaqdı. Yaxud Naim Süleymanoğlu Bolqarıstandan Türkiyəyə qaçdı. O, Bolqarıstanda pis münasibətdən şikayətlənmirdi. Sadəcə, türk olduğunu deyirdi. Ramil Quliyev də heç olmasa, Türkiyəyə gedəndən sonra türk olduğunu desəydi, yenə başa düşmək olardı. Amma axı Quliyevdə türk qanı yoxdur.

- Niyə?

- Var, amma müəyyən qədər. Ad və soyadca azərbaycanlı olsa da, ilk yarışına 13-14 yaşında ikən Azərbaycanda yaşayan rus diasporunun komandasında çıxıb. Atası azərbaycanlıdır, anası isə başqa millətdəndir.
OXŞAR MÖVZULAR