Bugün:

Useyn Boltdan Ramil Quliyevə JEST

11 avq 2017, 22:35, altun
    Oxunub: 123
Useyn Boltdan Ramil Quliyevə JEST

Əfsanəvi yamaykalı atlet Useyn Bolt azərbaycanlı idmançı Ramil Quliyevi Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanması münasibəti ilə təbrik edib.

Altun.az-ın xəbərinə görə, U.Bolt sosial şəbəkələrdə özü, Ramil Quliyev və məşqçisi Oleq Muxinlə fotosunu paylaşıb.

“Mövqeyini qorumağı arzulayıram, çox sevindim”, - idmançı fotoya şərhdə yazıb.

Qeyd edək ki, Useyn Bolt artıq karyerasını bitirir. Londonda keçirilən dünya çempionatında o, 100 metr məsafəyə qaçışda çıxış edib və gözlənilmədən 3-cü yeri tutub.

Əfsanəvi idmançı dünya çempionatından sonra karyerasını bitirəcəyi bildirib.
loading...