Bugün:

Azərbaycanda bir ilk: "Həvəskar komandanı qur, qeydiyyatdan keç, qalib ol, dünya çempionatında iştirak et" - BFL

03 avq 2017, 00:28, altun
    Oxunub: 286
Azərbaycanda bir ilk: "Həvəskar komandanı qur, qeydiyyatdan keç, qalib ol, dünya çempionatında iştirak et" - BFL


Yarışın qalibi klublararası dünya çempionatına vəsiqə qazanır

Azərbaycanda yeni – Bakı Futbol Liqası (BFL) adlı həvəskar futbol liqası yaradılıb.

Altun.az-ın xəbərinə görə, bu liqanın digər liqalardan fərqi odur ki, BFL-in keçirdiyi yarışda meydanda hər komandadan 11 deyil, 8 futbolçu çıxış edəcək. Yarışlarda istənilən həvəskar komanda BFL-dən qeydiyyatdan keçməklə iştirak edə bilər. 2017/18 mövsümündən başlayaraq yarış həvəskarlar arasında Premyer Liqa adı altında keçiriləcək.

Qurumun saytında bildirilir ki, peşəkar komandalarda olduğu kimi, BFL liqa çempionatı, liqa kuboku və liqa superkuboku təşkil edəcək. Liqada peşəkar oyunçular iştirak edə bilməz. Bakı Futbol Liqasının yarışlarında iştirak üçün artıq ərizələrin qəbuluna başlanıb.

Qeyd edək ki, yarışın qalibi həvəskarlar arasında keçirilən klublararası dünya çempionatına vəsiqə qazanır.

Yarışla bağlı ətraflı məlumatı www.bfl.az saytından öyrənmək olar.

Əlaqə nömrələri: (050) 671 20 05 ; (051) 888 00 05
loading...