Bugün:
Altun.az


“Bavariya”da ciddi itki

08 yan 2017, 18:12, altun
    Oxunub: 100
“Bavariya”da ciddi itki

Qətərdə təlim-məşq toplanışında olan “Bavariya” ciddi itki ilə üzləşib.

Altun.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, məşq zamanı komandanın yarımmüdafiəçisi Tyaqo Alkantaranın əzələsi dartılıb. Bu səbəbdən onun üçün hazırlıq mərhələsi erkən başa çatıb.

25 yaşlı ispan futbolçu artıq komandanın düşərgəsini tərk edib.

“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti ümid etdiyini bildirib ki, Alkantaranın zədəsi ciddi deyil.