Bugün:
Altun.az


“Real” yeni tarixi rekordun bir addımlığında

08 yan 2017, 12:11, altun
    Oxunub: 110
“Real” yeni tarixi rekordun bir addımlığında

İspaniyanın “Real” klubunun məğlubedilməz oyunlar seriyası davam edir.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, Madird təmsilçisi La Liqanın son turunda “Qranada”ya qalib gəlməklə (5:0) uğurlu seriyanı 39 oyuna çatdırıb.

Bununla da “Kral klubu” əzəli rəqibi olan “Barselona”nın 2015/16 mövsümündə İspaniya futbolu tarixində müəyyənləşdirdiyi rekorda şərik olub. “Real” son 39 oyunun 30-da qalib gəlib, 9-da heç-heçə edib.

Zinəddin Zidanın komandası son dəfə 2016-cı ilin aprelin 6-da Çempionlar Liqasının 1/4 final mərhələsində səfərdə “Volfsburq”a uduzub (0:2).

Qeyd edək ki, “Real”ın növbəti matçı İspaniya kubokunda “Sevilya” ilə olacaq. Paytaxt klubu yanvarın 13-də səfərdə keçiriləcək bu görüşdə qalib gəlsə, İspaniya futbolu tarixində yeni rekorda imza atacaq