Bugün:

Samuel Eto 10 il həbs oluna bilər

24 noy 2016, 18:54, altun
    Oxunub: 296
Samuel Eto 10 il həbs oluna bilər

Hazırda Türkiyənin "Antalyaspor" klubunun şərəfini qoruyan Samuel Eto vergidən yayındığına görə 10 il həbs oluna və 14 milyon avro məbləğində cəzalandırıla bilər.

Altun.az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" nəşri məlumat yayıb.

Nəşrin Etonun İspaniyada forma geyindiyi 2006-2009-cu illər ərzində gəlirlərini "Bulte" və "Tradesport" adlı iki şirkət üzərindən transfer edərək vergi qaçaqçılığına yol verdiyini iddia edib.

Eyni zamanda, "Puma" şirkətindən aldığı reklam gəlirlərini adları çəkilən şirkətlər vasitəsilə vergisiz qazandığı iddia edilən Eto 10 il həbs oluna və 14 milyon avro məbləğində cəzalandırıla bilər.