Bugün:

Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB

12 may 2018, 19:25, altun
    Oxunub: 217
Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB

Azərbaycan karate ustası Rafael Ağayev Serbiyanın Novı Sad şəhərində 11-ci dəfə Avropa çempionu olub.
Altun.az xəbər verir ki, karate üzrə milli komandanın üzvü Rafael Ağayev (75 kq) finalda macar Qabor Harşpatakiyə 2:1 hesabı ilə qalib gəlib.
Şahin Atamov (+84 kq) və ukraynalı legionerimiz İrina Zaretskaya (68 kq) isə finalda büdrəyib və gümüş medalla kifayətləniblər.
Bu gün Nuranə Əliyeva (50 kq), Tural Ağalarzadə (67 kq) və karatenin kata yarışında Roman Heydərov komandamıza üç bürünc medal qazandıra bilər. Sabah isə komanda yarışlarında kumite millimiz meydan sahibi Serbiya ilə, kata yığmamız isə Türkiyə ilə bürünc medal görüşünə çıxacaq.
Qeyd edək ki, Ağayev bundan başqa, beşqat dünya çempionu, I Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarının (iki dəfə) qalibidir.
Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB
Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB