Bugün:

Türkiyənin bu addımı NATO-da həyəcan yaratdı

13 okt 2017, 12:44, altun
    Oxunub: 40
Türkiyənin bu addımı NATO-da həyəcan yaratdı

ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir.

Altun.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison danışıb.

Xatçisonun sözlərinə görə, Türkiyənin Rusiyadan S-400 zenit raket komplekslərini alması böyük problem olaraq qalır.

“Bunlar NATO-da həyəcan yaratdı. Çünki, Rusiyanın istifadə etdiyi sistemlər alyans ölkələrinin istifadə etdikləri ilə uyğunluq təşkil etmir. Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmirik. Bu bizim marağımızda deyil. Heç Türkiyənin də marağında deyil”, - Hatçison bildirib.

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi həmçinin Ankaranın ABŞ-ın müttəfiqi olduğunu və Vaşinqtonun onunla əməkdaşlıq etməkdə maraqlı olduğunu deyib.
loading...