Bugün:

ABŞ-dan Türkiyə açıqlaması: Sübutları yoxdur...

11 okt 2017, 14:09, altun
    Oxunub: 30
ABŞ-dan Türkiyə açıqlaması: Sübutları yoxdur...

ABŞ Türkiyədəki vəziyyətdən çox narahatdır.

Altun.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Hizer Noyert danışıb.

Noyertin sözlərinə görə, ABŞ həbs edilənlərin Fətullah Gülənlə əlaqəsinin olması barədə faktlara rast gəlməyib. ABŞ-ın Türkiyə vətəndaşlarına vizaların verilməsinin müvəqqəti olaraq dayandırmaq qərarı birtərəfli deyil, Ağ Ev və Dövlət Departamentinin qarşılıqlı razılığı əsasında qəbul edilib.

Qeyd edək ki, bir qədər əvvəl FETÖ istintaqı çərçivəsində ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun həbs olunması münasibətlərin kəskinləşməsinə səbəb olmuşdu.
loading...