Bugün:

Pxenyan yeni ballistik raket hazırladı: Dünya təhlükədə

11 okt 2017, 13:58, altun
    Oxunub: 47
Pxenyan yeni ballistik raket hazırladı: Dünya təhlükədə

Şimali Koreya "Hvasonq-14" raketini xatırladan yeni qitələrarası ballistik raketin hazırlığını tamamlayıb.
Altun.az xəbər verir ki, raketin hazırlanması sentyabr ayının sonunda tamamlanıb. Peyk vasitəsilə raketlərin xüsusi qatarla hərbi zavodu tərk etməsi müşahidə olunub.
Ekspertlər yeni qitələrarası ballistik raketin “Hvason-14”dən daha böyük və uzaqmənzilli olduğunu bildirib.
Qeyd edək ki, Şimali Koreyada 10-18 oktyabr tarixləri arasında növbəti raket sınağının keçirilməsi gözlənilir.
loading...