Impera

XƏBƏR LENTİ
23:38ABŞ Türkiyəni təhdid etdi: "...bu, ABŞ ilə birbaşa qarşıdurmaya səbəb olacaq"22:04Türkiyənin Bağdad səfiri İraq XİN-nə çağırıldı-NOTA21:48Israil "Sarı jiletlilər"i də haqları üçün küçələrə çıxdı-- saxlanılanlar var19:18Prezident Dağlıq Qarabağ məsələsi ilə bağlı xalq qarşısında hesabat verməlidir--İlyas İsmayılov15:32Avrasiya İttifaqı sammitinin məhəllə uşaqları: "Niyə o qərardan öncə məsləhətləşməyib?" (?...) - Şok açıqlama15:09Hava kəskin soyuyur: qar yağacaq - Xəbərdarlıq21:51Tamerlan Qarayevə yeni vəzifə verildi18:22Tereza Mey siyasətdən gedir--Açıqlama18:06Ankarada sürət qatarı qəzaya uğrayıb: ölənlər var - FOTO/VİDEO17:21Lənkəranda 45 yaşlı balıqçı itkin düşdü14:54Fransada daha bir etirazçı faicəvi şəkildə öldü14:41Əmək haqqı 10000 manat alır, amma, rəsmi sənəd üzrə maaş 130 manatdır--Direktor14:28Rusiya İrandan imtina etdi: Neft layihələri durduruldu13:38Lavrov Bakıya uçur13:29Ya vəliəhd Salman, ya da ABŞ -- Senator13:25Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi12:32Qadjetlər uşaqları "məhv" edir-Araşdırma12:19Ziya Məmmədovun gətirdiyi avtobuslar hərraca çıxarıldı12:16Direktor arvadını 5-ci mərtəbədən atdı-BP20:59Meydən "Breksit"lə bağlı yeni xəbər18:02Bakının bu ərazilərində 2 gün su olmayacaq17:56Azersun Holding MMC-nin sahibi səhmlərini məmurlara satacaq - Gözəl: "...bəddua edəcəklər"16:07Yer Tehranı ildə 25 sm "udur"--SOS16:00Maralla Kamal mahalları bölüşə bilmədi--Türkiyə14:38Sabiq nazir ölümdən döndü14:30Ermənistanda qərbyönümlü qüvvələr hakimiyyətə gəldi.14:04Qubada itkin düşən bu tələbə oğlan axtarılır - DİN12:33Fransız “Sarı jiletlilər”i 25 bəndlik tələbdən ibarət manifestini yayımlayıb12:21Ermənistan parlamentini bu cür formalaşdıracaq12:13Yapon iqtisadiyyatı tənəzzüldə12:06Masallıda evin qarajında qaz sızması: ölən var - Rəsmi19:5213 nəfər diri-diri yandı--CAR19:48Gənclər gələcəklərini kiçik şəhərlərdə qursalar, daha xoşbəxt yaşayarlar- Türk tarixçi İlbər Ortaylı19:41Talibandan növbəti hücum: 8 hərbçi öldü...17:39Məmurları daşıyan helikopter qəzaya uğradı: 7 ölü17:15Fransızlardan Trampa sərt xəbərdarlıq: Burnunu soxma!..17:07Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO16:53Putinlə bizim görüşümüz keçiriləcək – Netanyahu açıqladı16:49Makron “Sarı jiletlilər”dən üzr istəməklə qalib gəldi12:17İran hər an vurula bilər-Avropa kəşfiyyatı zəmin hazırlayır11:42Tereza Mey “Brexit” sazişi üzrə səsverməni təxirə sala bilər11:37Tacikistanda dördəm uşaqlar doğulub11:33Nə Rusiya, nə ABŞ, nə də Çin..- Ukrayna da nüvə təhdidinə başladı11:27Bakıda ağır avtoqəzada qadın sərnişin öldü09:45İran və Türkiyə illərdir terrorizm problemi ilə qarşı-qarşıyadır--Ruhani09:40Dövlət Komissiyası ziddiyyətli məlumat yayıb – Son məlumat09:08Amerika Avropanı diri-diri udmağa hazırlaşır-«Fransızlar məni istəyir» - Tramp08:58Azərbaycanlı iş adamı Rusiyada həbs edildi08:40Heydər Əliyev atasının Putinlə birgə şəklini paylaşıb -FOTO18:34Brüsseldə də "sarı jiletlər" ayağa qalxdı-Yüzlərlə həbs olunanlar var18:27OPEK+ Rusiyaya zərər verəcək - Kudrin17:56Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır-Ə.Amaşov17:46MKİ məxfi əməliyyatlarına rəhbərlik Rusiya qrupunun rəhbərinə tapşırıldı17:31Rusiyaya qarşı Almaniya ABŞ-la birlik yaradır: Avropanı qorumaq üçün...13:04Avropa Ermənistan vasitəsilə Rusiyanı da maliyyələşdirir – Sərdar Cəlaloğlu12:28Mavi ekranlardan dilimizi korlayan aparıcıların adları açıqlandı - Siyahı12:17Gəncədə ərə qarşı qadın zorakılığı qeydə alınıb- bıçaqlanma12:13Tramp Tillersonun simasında daha bir rəqib qazanır: Kütbeyin, tənbəl...12:08Putinin ətrafındakı 6 oliqarxa Britaniyadan qadağa başladıldı18:59Ordu paytaxta yeridildi18:55Hamilə keçini zorlayan 22 yaşlı gənc 15 illiyinə azadlıqdan məhrum edildi18:35Vəkillər Kollegiyası sədrini yenidən təsdiq etdi – Nəticə18:26Eks prezident həbs olunur -Video18:17Kürdəmirdə ağır yol qəzasında bir nəfər öldü...17:46DTX-dən vətəndaşlara xəbərdarlıq etdi - Bilə-bilə...20:50Keçi sahibinin 20 min avrosunu yeyib, özünü də ömürlük bir nöqtəyə baxmağa məhkum edib20:38DİQQƏT!--Bu marşrut xətləri birləşdirildi20:30Lukaşenko "xoruz"lanmaq istədi, Putin "xoruz"unu qoltuğuna verdi--Aİİ sammitdə20:21Ruslar Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi sənaye müəssisələrində nəzarəti həyata keçirib-Nədən?18:50Dünya yeni bir qütbləşmə və silahlanma yarışının astanasındadır--Qorbaçov18:33İlham Əliyev Putin və Paşinyanla yan-yana şəkil çəkdirdi- Düşmənlərin acığına17:37Rusiya Ukraynada məğlub olacaq - Xerbst17:31Trafik canavarı daha bir can aldı17:25Putindən siyasi suverenliklərindən məhrum etdiyi müttəfiqlərinə çağırış: İqtisadi suverenliyinizi artırın16:5125 ildən sonra münaqişənin adı dəyişdi: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" --İrəliləyiş16:43AZAL 2 gün "Atatürk"ə uçmayacaq - Səbəb15:55Qırmızı vərəqə alan futbolçu geri çağırıldı və oyuna davam etdi15:46Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq--Admiral Vladimir Komoyedov15:33Avtovağzalda “Şəbəkə” xidmət mərkəzi istifadəyə verildi - Foto15:26Rusiya bu savaşda 100 milyard dollar itirib--Medvedyev15:21ATƏT Qarabağın ermənilərdə qalmasında israrlıdır10:05Onlar deyirlər ki, biz bunu etməməliyik--Paşinyanın gizli danışığı yayıldı09:58Bakıda daha bir təmizlik işçisi maşınla vuruldu09:55Rusiyadan “Bal-E” raket sistemlərinin alınması kimi niyyətimiz də olmayıb - MN09:32Vəliəhd ABŞ-ı savaşa sövq edə bilər - Senatordan xəbərdarlıq09:29Rusiyadan erməniləri müdafiə etməsi ilə bağlı daha bir etiraf-- Biz gedə bilərik...14:56Mən güc yolunun tərəfdarı deyiləm - Dodon14:52İrəvan iş görüb, Bakı Rusiya XİN-ə İrəvanla bağlı etiraz edib...14:42Qubalı qadın internetdə tanış olduğu sabirabadlı "sevgili"sini Qusarda güllələtdi14:30Prezident iqamətgahını arvadına verdi--Olay13:17Sabah intensiv yağış, qar olacaq... - Xəbərdarlıq20:38Heydər Oğuzdan Mirşahinə tərs şapalaq-- Sayqı görmək istəyirsinizsə...20:15Putin, Ərdoğan, Makron və Merkel--- Görüş yeri...20:09NATO-dan Rusiya və İrana çağırış...17:25Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır16:22Koza Nostra mafiyasının 80 yaşlı lideri ələ keçirildi16:18Milanda XİN başçılarının görüşü artıq vəsait itkisidir, nəticə sıfra bərabərdir--Y.Mixaylov16:08DTX-nin saxta hesabındakı üzvlərin sayı rəsmi hesabındakından artıqdır13:31Rus dilini ikinci dil kimi qəbul edin, heç bir problem olmayacaq -- Putindən Paşinyana təklif13:19Azərbaycan diasporasının bərqərar olmamasının səbəbi məlum oldu
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Eldar Mahmudovun əmisi oğlunun ofisindəki görüş, ölkədən çıxarılan milyonlar...

16 yan 2017, 00:56   
Eldar Mahmudovun əmisi oğlunun ofisindəki görüş, ölkədən çıxarılan milyonlar...

Nəhəng şirkətin sahibləri arasında yaranan problemlər onları "MTN çetesi"nin yuvasına aparıb. Şəriklərin bir-birindən şikayətindən istifadə edən maskalılar hər iki tərəfin "dərisini soyub". Əvvəlki epizodlarda olduğu kimi təkcə pullarını almayıblar. Hətta şirkətin bir hissəsini özəlləşdirməyə çalışıblar.

"MTN mafiyası"nın zərərçəkmişlərindən biri də "Techmarine LTD" MMC-nin təsisçisi Arif Həsənovdur. Şirkət 1996-ci ildə təsis edilib və gəmi təmiri ilə məşğul olub.

Altun.az musavat.com-a istinadən xəbər verir ki, zərərçəkmiş Həsənov istintaqa ifadəsində deyib ki, sonradan Səhrab Allahverdiyevlə şərik oldub və şirkətin 50%-ni ona satıb.

Onun sözlərinə görə, MMC-nin bank hesabı son 5-6 ildə Beynəlxalq Bankın "Qaradağ" filialında olub. MMC-nin əsasnaməsinə görə, bütün bank əməliyyatları yalnız onun imzası ilə həyata keçirilib. A.Həsənovun şikayətindən görünür ki, onun MTN-lə problemləri şəriki Səhrab Allahverdiyevlə bağlı yaranan şübhələri ilə başlayıb.

Offşor şirkətlərə köçürülən milyonlar

Sahibkar ifadəsində deyib: "Şərikimin dəbdəbəli həyat yaşadığını görüb şübhələnməyə başladım. 2013-cü ildən başlayaraq şirkətin bağladığı müqavilələr üzrə sənədləri yoxladım. Müəyyən etdim ki, Səhrab razılığım olmadan şirkətin vəsaiti hesabına işlər görməklə 6 milyon 200 min dollar məbləğində pulu Estoniya və Latviyadakı banklara, offşor şirkətlərin hesablarına köçürüb. İngiltərənin offşor zonasında "Techmarin AS LTD" adlı şirkət təsis edib. Şirkətimin adındakı oxşarlıqdan istifadə edib, sifarişçilərlə iş görüb. Digər qanunsuz əməllərlə Səhrab Allahverdiyevin şirkətə 6 milyon 200 min dollar ziyan vurması sənədlərlə təsdiq olundu. Həmin sənədləri istintaqa da təqdim etmişəm".

Şərikinin əməllərindən MTN-ə şikayət edərək milyonlarını geri almaq istəyən A.Həsənov özü maskalıların qurbanı olub. Belə ki, A.Həsənov bildirib ki, S.Allahverdiyevdən pulunu tələb edəndə hədələnib: "Səhrab məni və oğlumu tutduracağını dedi. 2014-cü ilin dekabr ayında "Neftmaşınqayırma" MMC-nin direktoru, tanışım Asif Bədəlovla görüşəndə MTN-də əlaqələrinin olduğunu dedi. Asif dedi ki, bu barədə MTN generalı Fizuli Əliyevə müraciət edim. Sonradan başıma gələnlərdə Asif Bədəlovun iştirakının və rolunun nədən ibarət olduğunu dəqiq bilmirəm. Asiflə yaxın dostluq münasibətimiz də olmayıb. Onun Fizuli Əliyevlə nə kimi əlaqələrinin olduğunu deyə bilmərəm. 2015-ci ilin yanvar ayının əvvəlində Asif məni MTN-nin yaxınlığındakı "Sultan" kafesinə çağırdı. Ora gedəndə Fizuli Əliyev, Natiq Alıyev, Zaur Məmmədov və Asif Bədəlovu gördüm. Onlara Səhrabın cinayət əməlləri barədə məlumat verdim, sənədləri təqdim etdim. Yanvarın ortalarında Zaur Məmmədov zəng edib, Fizuli Əliyevin "Sultan" kafesində məni gözlədiyini dedi".

Dostun dərd gətirən məsləhəti...

Sahibkar bu görüşə gedəndə gözlədiklərinin əksi ilə qarşılaşıb. Onun sözlərinə görə, Fizuli Əliyev çatan kimi ona "Bütün günah səndədir, səni də, oğlunu da tutacağıq. Sabaha qədər 400 min pul gətir" deyib: "Bu görüşdən bir neçə gün sonra şirkətin ofisinə Fizuli Əliyev, Natiq Alıyev, Zaur Məmmədov, Akif Əliyev və bir neçə MTN əməkdaşları gəldilər. Ofisdə oğlum Həsən, Səhrab, baş mühasib Mətanət Allahverdiyeva və digər işçilər var idi. Baş mühasibin kompüterini, MMC-nin çek kitabçasını və digər maliyyə sənədlərini götürdülər. Müşahidə kamerasını da apardılar. Oğlumu, Səhrab Allahverdiyevi və məni MTN-ə apardılar. Gecə saat 11-də onları buraxdılar. Mən orada qaldım. Fizuli Əliyevin hərəkətlərindən və dediklərindən başa düşdüm ki, onlar Səhrab Allahverdiyevi müdafiə edirlər.
Mənəvi olaraq çox böyük təzyiq gördüm. Sonra pul tələb edildi. İstənilən 400 mini evdən götürərək "Sultan" kafesində Fizuli Əliyevə verdim. Orada Fizuli Əliyev dedi ki, "Bankda nə qədər pulun var?" Beynəlxalq Bankın "Qaradağ" filialındakı depozit hesabımda 100 min manat, "Azəriqazbank"da da həyat yoldaşımın adına 100 min dollar olduğunu dedim. Fizuli Əliyev "Gözlə burada, gələcəklər onlarla danışarsan" deyib kafedən getdi. 15-20 dəqiqədən sonra Akif Əliyev gəldi. Bankdan pulları çıxarıb ona verməyimi tələb etdi. Etiraz etdim. Səhər oğlumla MTN-ə gəlməyimi istədi".

"Qurban" maskalılar arsında əl dəyişir

MTN generalı Füzli Əliyevdən sonra Akif Əliyevin caynağına keçən sahibkardan ofisi və 130 min manat tələb olunub: "Akif Əliyev şirkətin balansında olan ofisi Səhrab Allahverdiyevə verməyimi, əlavə olaraq isə ona 130 min ödəməyimi istədi. Bundan sonra Akif Əliyevin dediyi ilə razılaşıb və istənilən məbləği və ofisi onlara verdim".
Sahibkar deyir ki, bundan sonra da MTN-nin təzyiqləri dayanmayıb: "MMC-nin əsas fəaliyyəti ilə məşğul olmasına imkan vermədilər. Müqavilə bağladığımız sifarişçiləri MTN-ə çağırıb bizimlə işləməməyi tapşırırdılar. Əvvəllər şirkətimiz "Topaz Marine" şirkəti ilə əməkdaşlıq edirdi. Sonradan onlar Səhrab Allahverdiyevin "Delta ASM" şirkəti ilə işləməyə başladılar".

Eldar Mahmudovun əmisi oğlu...

Şahid qismində "Qaradağ maşınqayırma" ASC-nin idarə heyətinin sədri Asif Bədəlov da ifadə verib. A.Bədələov ifadəsində göstərib ki, Səbail Rayon Polis İdarəsinin rəisi olmuş İlqar Mahmudovla (İ.Mahmudov Eldar Mahmudovun əmisi oğludur. Sabiq nazir postunu itirdikdən sonra o da işdən azad edilib) uzun müddət şəxsi münasibətləri olub: "2014-cü ilin sonunda İlqar Mahmudovun otağında öz işimlə bağlı görüşmüşdük. MTN əməkdaşı Fizuli Əliyevlə də orada tanış oldum. 10-15 dəqiqə bir otaqda oturub ümumi söhbətlər etdik. Mən Fizuli Əliyevə öz telefon nömrəmi verdim, o da mənə. Həmin dövrdə Arif Həsənovla da tanış olub müəyyən bir iş görmək istədim. Bir neçə dəfə görüşdük. Aramızda dostluq münasibətləri yarandı. Bir-iki dəfə onun bikef olduğunu görüb səbəbini soruşdum. Şəriki ilə müəyyən maliyyə problemlərinin olduğu barədə qısa danışdıq. Mən də şərikinin qanunsuz fəaliyyəti ilə bağlı MTN-ə müraciət etməsini, Fizuli Əliyevin ona kömək edə biləcəyini dedim. Mən Fizuli Əliyevə zəng elədim. Birlikdə "Sultan" kafesində görüşüb danışdıq. Sonra onlar mənim iştirakım olmadan görüşüblər. 2015-ci ilin yanvar ayında Arif Həsənovla əlaqəm kəsildiyindən sonra baş verənlərdən xəbərim yoxdur".

Şərikin xilas planı

Zərərçəkmiş qismində "Techmarine LTD" MMC-nin baş texniki meneceri, Arif Həsənovun oğlu Həsən Həsənov da tanınıb. O da istintaqa atası kimi eyni məzmunda ifadə verib. Və əlavə edib ki, MTN-də baş verən həbslərdən sonra şərikləri Səhrab Allahverdiyev onu öz ofisinə dəvət edib. Həsən Həsənov deyib ki, S.Allahverdiyev onlarla barışıq istəsə də, razılaşmayıb.
Şahid qismində "Techmarine LTD" MMC-də 50 faiz pay sahibi olmuş Səhrab Allahverdiyev də ifadə verib. O, uzun müddət Xəzər Gəmiçiliyində baş mühəndis vəzifəsində işlədiyini orada Arif Həsənovla tanış olduqdan sonra 8 təsisçi ilə "Techmarine LTD" MMC-ni təsis etdiklərini deyib.
Uzun müddət şirkətdə işlərin yaxşı getdiyini, Arif Həsənovla heç bir problemlərinin olmadığını deyən S.Allahverdiyev şəriki ilə münasibətlərinin korlanmasında onun oğlu Həsən Həsənovu günahkar kimi göstərib. O deyib ki, 2013-cü ildə heç bir əsas olmadan şirkətin müdiri Arif Həsənovun oğlu Həsən Həsənov bəzi hərəkətləri ilə onların arasındakı münasibətləri pisləşdirib.

İstintaqda məlum olub ki, ilk şikayəti S.Allahverdiyev Arif Həsənovdan edib. Belə ki, S.Allahverdiyev Hərbi Prokurorluğa müraciət edərək Arif Həsənovu maliyyə fırıldaqları etməkdə günahlandırıb. S.Allahverdiyev də MTN-nin zərərçəkmişi olduğunu deyir. Onun sözlərinə görə, 2015-ci il yanvarın 16-da tanımadığı nömrədən zəng gəlib və özünü MTN əməkdaşı kimi təqdim edən Fizuli Əliyev onu nazirliyə çağırıb.
MTN-ə gələrkən Fizuli Əliyev ona deyib ki, Arif Həsənov ondan şikayətçidir. S.Allahverdiyev MTN-də olarkən ona qarşı irəli sürülən ittihamları rədd edib. O, həmçinin keçmiş şəriki Arif Həsənovla üzləşdirilib. Üzləşmə zamanı tərəflər bir-birini günahlandırıb.

Şərikin MTN-lə əlaqələri

S.Allahverdiyev ifadəsində deyib ki, Fizuli Əliyev ona hədə-qorxu gələrək telefon danışıqlarının bir aydan çoxdur, dinlənildiyini və şirkətin külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini söyləyib.
Ardınca da S.Allahverdiyevdən 1 milyon manat tələb edilib: "Bu qədər pulumun olmadığını dedim. Sonra 500 min istədi. Yenə də razı olmadım. Fizuli Əliyev Arif Həsənovdan 200 min aldığını məndən isə 500 min alacağını söylədi. Bir müddət sonra yenidən MTN-ə çağırıldım və Fizuli Əliyev Arif Həsənovdan ayrılmağımı tələb etdi. Mən də razılaşdım. Sonra MTN əməkdaşı Akif Əliyev zəng edərək MMC-nin fəaliyyətinin nədən ibarət olduğunu soruşdu".

S.Allahverdiyev istintaqda etiraf edib ki, MTN əməkdaşı olan Akif Əliyevlə görüşərkən şirkətdə aparılan audit yoxlamasının nəticələrinin Arif Həsənovun xeyrinə olmasına imkan verməməsini xahiş edib. Tez-tez MTN əməkdaları ilə görüşməsini etiraf edən S.Allahverdiyev hər dəfəsində "Techmarine LTD" MMC-nin fəaliyyəti ilə bağlı onları məlumatlandırdığını söyləyib. Şirkətin əmlakının bölüşdürülməsi təklifini Fizuli Əliyevdən aldığını deyən S.Allahverdiyev bununla razılaşıb.
Adı bu epizodda çəkilən MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş idarənin 2-ci idarəsinin sabiq rəisi Akif Əliyev də dindirilib. O, rəisi Akif Çovdarovdan şirkətlə bağlı nazirliyə şikayət daxil olması haqda məlumat aldığını, bu işi digər MTN zabitləri Fizuli Əliyev və Natiq Alıyevin araşdırdığını deyərək, sahibkarların incidilməsi və baş verən proseslərdən xəbərinin olmadığını qeyd edib.

Bu epizodla bağlı diqqəti çəkən bir məqam da istintaqın şəriklərdən S.Allahverdiyevlə bağlı gəldiyi nəticədir. Belə ki, istintaq S.Allahverdiyevin MTN zabitləri ilə əlbir olmasını istisna etmir və onun əməllərinə də hüquqi qiymət veriləcəyi bildirilir.