Bugün:
Altun.az


Qarabağda müharibənin başlayacağı TARİX AÇIQLANDI – ŞOK PROQNOZ

30 dek 2016, 16:11, altun
    Oxunub: 97
Qarabağda müharibənin başlayacağı TARİX AÇIQLANDI – ŞOK PROQNOZ

“Ermənistan-Azərbaycan sərhədində toqquşma yeni gərginliyin işartıları ola bilər. Mənim proqnozuma görə, Qarabağda yeni müharibə yazda baş verə bilər”.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyəti parçalanıb: “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına qəti köklənmiş və Qarabağın qaytarılmasını heç vaxt bağışlamayacaq dairələr var. Serj Sarisyan bu iki dairənin arasında qalıb. Ermənistan prezidenti “Kazan düsturu” əsasında hazırlanmış şərtlərə hazır idi, lakin daxildəki dairələrin təzyiqindən sonra o, sənədi imzalamaqdan imtina etdi. Sadəcə qorxdu. Lakin Sarkisyan radikal dairələrə tərəf əyilməyə başlayanda, münaqişənin həllinə tərəfdar olan dairələr fəallaşmağa başladı. Bu gün Ermənistan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Bakının təşəbbüslərini dəstəkləyən böyük qrup var”.

Politoloq hesab edir ki, Levon Ter-Petrosyan seçkiqabağı dövrdə cəmiyyətin Qarabağ məsələsinin həllini dəstəkləyən qrupun dəstəyini qazanmaq üçün ərazilərin qaytarılmasının vacibliyi haqqında bəyanatlarla çıxış etdi: “Ehtimal ki, bu, Petrosyanın strateji xəyalı deyil, sadəcə seçkiqabağı kampaniyasıdır”.

Sarkisyanın “Qarabağ danışıqları haqqında ekspertlərin versiyaları doğru deyil” açıqlamasına gəlincə, S.Markov bildirib ki, həqiqət Ermənistan prezidentinə sərf etmir.

“Sadəcə olaraq, ekspertlərin danışdığı həqiqət Sarkisyan üçün əlverişsizdir. Çünki həqiqət onun devrilməsi ilə nəticələnə bilər”, - deyə o bildirib.