Bugün:
Altun.az


8 min terrorçu Türkiyəyə hücuma hazırlaşır – ABŞ ƏMR VERDİ

29 dek 2016, 16:17, altun
    Oxunub: 61
8 min terrorçu Türkiyəyə hücuma hazırlaşır – ABŞ ƏMR VERDİ

Türkiyə və Azad Suriya Ordusunun Əl Babda uğurlu əməliyyat keçirməsi ABŞ-ın narahatlığına səbəb olub.

Altun.az xəbər verir ki, Amerika PKK/PYD-yə silah yardımını sürətləndirib.

“Yeni Şafak” qəzeti isə PKK/PYD-nin ABŞ-ın dəstəyi ilə Türkiyəyə hücum edəcəyini yazıb.

Məlumata görə, PYD Əl Babın qərbindəki Afrin – Tel Rıfat xəttində müharibəyə hazırlığı aparır. Bu bölgəyə 8 mindən çox terrorçu, 13 tank, minaatanlar yerləşdirilib.

Eyni zamanda, ABŞ Fərat çayının şərqində PYD-yə dəstəyini gücləndirib.