Impera

XƏBƏR LENTİ
20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto13:36Qaradağda qəzaya düşən sərnişin avtobusunda yaralananlar var - BNA10:40“Qızıl Qurd”- Bəhramdan mötəşəm qələbə10:33Trampdan Ina alçaldıcı təklif: "Nüvə silahlarını ABŞ-a göndər"10:22"Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır" - İlham Əliyevin bəyanatı09:32Göyçayda piyada vuruldu09:27Birləşmiş Ştatlardan ən yeni silahlar alınacaq - Poroşenko09:23O, bu hərbi yardımdan öz xalqına qarşı istifadə edəcək - ABŞ09:12Türkiyə ticarətini beynəlxalq qaydalara uyğun aparır - ABŞ-ın təhdidinə cavab19:04Baş nazirimiz macar həmkarı ilə görüşdü - Foto18:52Paşinyan doğru seçim etdi - Millət vəkili18:43Nə qədər aşağı əyilmənizdən asılı olmayaraq, sizin torpaqlarınızı oğurlayacaqlar - Zərif18:35Paşinyan Əliyevlə görüşdən razı qalıb (?..)08:53Xərçəngdən qorunmağın yolları varmı?... - Məsləhət08:41Dövlət qarşıladığı ziyanı geri ala biləcək... - Millət vəkili08:32NATO gəmiləri Qara dənizə daxil oldu14:21Avropa Türkiyəsiz güclü ola bilməz - E.İhsanoğlu14:16Azərbaycanda var olan dini liderlərdən dünya dini liderlərinə müraciət - Soyqırım...14:03Diaspor Komitəsi də yeyib talayıb - Rəsmi açıqlama13:53"Diqlas" işiylə bağlı nazirlər toplandı - Müşavirə13:42Poladəritmə zavodunda partlayışdan zərər görənlərə kompensasiya verildi19:44Kompensasiya məbləğini belə öyrənin - Problemli kreditlər19:39ABŞ Türkiyəni İranla qarşıdurmaya təhrik edir: Gözləyirik...- Siqal Mandelker15:10Misir Mərdanov Əli İnsanovdan danışmadı14:57Bizim imkanlarımız kiməsə qarşı istifadə edilməyəcək: Hindistan supergücə çevrildi – Baş nazir14:57Bizim imkanlarımız kiməsə qarşı istifadə edilməyəcək: Hindistan supergücə çevrildi – Baş nazir14:46Suriya BMT TŞ-nın toplanmasını tələb etdi14:41Mağazalar sığortalı olsaydı, sahibkarlar nəinki göz yaşı tökməz, heç,...- Ekspert09:51Bakıda tullantıların daşınması...- Mer 1 ay vaxt verdi09:35Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı qəza törətdi - Video15:01Gəncədə 27 yaşlı gənc intihar etdi14:53Türk qırıcıları havalandı - Yunanlar təşvişdə...14:49Yanan “Diqlas”da sahibkarlara dəyən ziyan... - 200.000.000 ?...13:58“Diqlas” Ticarət Mərkəzi sabiq MTN rəhbəri Eldar Mahmudovun oğluna məxsusdur?..11:35Bu, ciddi yanğındır - Kəmaləddin Heydərov11:25Rusiya Krıma nüvə silahı yerləşdirir – Ukrayna11:16"Hamlet İsaxanlı Allahsızdır"... - Mail Yaqub10:47Kəmaləddin Heydərov da "Diqlas"a gəldi10:42Heç kimə imkan verməyəcəyik...- Timoşenko10:16SON DƏQİQƏ: "Diqlas" ticarət mərkəzi yanır - FOTO-VIDEO/YENİLƏNDİ19:41Prezident köməkçisini Qətərə göndərir19:34Avropanı dəyişəcəyik - Dİ naziri14:26Müharibə veteranlarının təqaüdü 80 manata qaldırıldı - Aprelin birindən...14:18İran hakimiyyətinin vətəndaşına laqeydliyinə azərbaycanlılardan cavab - El bir olsa...14:09Almaniya özünəməxsus islamlaşmaq istəyir: "Türkiyə qəbul etməlidir"...- Markus Kerber13:56Sumqayıtda elektrik enerjisi olmayacaq - Xəbərdarlıq18:51Fiziki gərginlikdən sonra yaranmış yorğunluğu çıxarmaq üçün...— Maraqlı
BÜTÜN XƏBƏRLƏR

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu “bespredel”lər daha nə etməlidir ki, məsuliyyətə cəlb olunsunlar?!..

09 may 2018, 23:41   
Bu “bespredel”lər daha nə etməlidir ki, məsuliyyətə cəlb olunsunlar?!..

Xəbər verdiyimiz kimi, mart ayının 5-də Altun.az saytının baş redaktoru Süleyman Məmmədlinin oğlu Altay Məmmədov, əvvəlcədən haqqı ödənilməklə alıb yaşadığı evindən, 8 aydan sonra, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, silahlı hücum nəticəsində uzaqlaşdırılıb. Artıq üçüncü aydır ki, dövlətin ən həlledici qurumlarına-hüquq mühafizə orqanlarına müraciət etməsinə rəğmən, cinayətkarlar məsuliyyətdən kənar, vətəndaş da evsiz-kirayələrdə qalmaq məcburiyyətində qalıb...
Dövlət iki şeydən- cinayət olub, cəza olmazsa, ya da cəza olub, cinayət olmazsa sarsılar. Artıq üç aydır cinayət ortalıqdadır. Üç aydır hüquq-mühafizə orqanları öz susqunluqlarını qorumaqda davam edir. Vətəndaşları dövlətdən, hakimiyyətdən də narazı salan məhz bu susqunluğun bunca müddət mübhəm şəkildə uzun sürməsidir...
Bəlkə yadlarından çıxıb, bəlkə bu müraciət onlara çatmayıb deyə bu boyda olaya hüquqi qiymət verilmədiyini xatırlatmaq üçün, aprel ayının əvvəlində saytımız vasitəsilə aidiyyəti qurumlara ünvanladığımız müraciəti olduğu kimi, bir daha Azərbaycan DİN-nə, Respublika Baş Prokurorluğuna çatdırırıq.
Cənablar, ikili münasibətlərə son qoyun! Cinayətkarlığa son qoyun!..
Artıq, bir aydır ki, vətəndaş evindən qovulub. Evdən çıxarılan zaman isə ev əşyalarını, əyin paltarlarını, ərzağını, övladının dərsliyini belə götürməyə imkan verməyiblər- ermənilərin Xocalıdan azərbaycanlıları qovduqları kimi...
Xəbər verdiyimiz kimi, 2017-ci ilin dekabr ayından başlayaraq, Altun.az saytının baş redaktoru S.Məmmədlinin oğlu Altay Məmmədov, razılaşma yolu ilə əvvəlcədən pul ödəyib aldığı, 8 ay yaşadığı evdən, qabaqcadan əlbir olan bir qrup-Təbib Aslanov və onun qayınları Müşviq, Cahid, arvadı Nailə və baldızı Arzu tərəfindən zor gücünə çölə atılıb. Əvvəlcə, yanvar ayının 24-də gecə saat 23-30 radələrində, evinin arxa divarını uçurmağa cəhd ediblər. A.Məmmədovun DİN-in 102 xidmətinə zəngi cinayətkarların bu əməlinin qarşısını alıb,işlərini tamamlamamış, hadisə yerindən qaçıblar. Lakin cəzasız qalan qrup üzvləri, ertəsi gün A.Məmmədovun evinin kommunal xətlərini-işıq, qaz və suyu kəsiblər. Dəfələrlə Suraxanı rayon polis idarəsinə, DİN-in 102 xidmətinə müraciət edən baş redaktor və övladının müraciətləri, adekvat tədbir alınmadığından, problem həllini tapmayıb. S.Məmmədlinin, oğlunun evinə işıq çəkilməsi üçün, yanvar ayının 31-də 4 saylı Asan xidmət vasitəsilə Azərişığın hesabına 167 manat ödəniş etməsi belə, cinayətkarların “ərköyün”lüyü üzündən, A.Məmmədovun evinə elektrik xəttinin çəkilməsinə kömək etməyib. 9 fevral və 16 fevral tarixlərində azərişıq əməkdaşı, Suraxanı rayon polis idarəsinin əməkdaşları-sahə müvəkkili Elvin Cəfərov və iki maşın post patrul əməkdaşlarının gözü qarşısında, Müşviq, Cahid, Təbib və oğlanları tərəfindən təzyiqə məruz qalıb, təhqir olunaraq, vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə yol verilmədiyindən, A.Məmmədovun evinə elektrik xətti çəkmədən ərazidən uzaqlaşıb. Polisin gördüyü iş isə, sadəcə, S.Məmmədlini və oğlunu, cinayətkarlardan isə Müşviq və Təbib Aslanovu bölməyə aparıb, izahatlarını aldıqdan sonra sərbəst buraxmaları olub.
Azərişıq əməkdaşının vəzifə səlahiyyətlərini yerinə yetirməyə imkan verməyən Müşviq, Cahid, Təbib və digər şəxslərin də qanunsuz əməllərini əks etdirən video yazını da paylaşmaqda məqsəd, istintaqa yardım etmək niyyətimizdəndir.


Təqdim etdiyimiz video material, 16 fevralda A.Məmmədovun evinə elektrik xətti çəkilməsi üçün oğlunun evinə gedən baş redaktora qarşı Müşviq və Cahid adlı şəxslər tərəfindən hücum edilməsini əks etdirir. Dəlil yoxluğundan şikayət edən Suraxanı rayon polis idarəsinə, hazırda A.Məmmədovun evinə hücum edilməsi ilə bağlı açılmış cinayət işini aparan müstəntiq F.Bağırova da bu material təqdim edilib. Video materialdan da görünür ki, fevral ayının 16–da baş redaktoru baltalamaqla təhdid edən Müşviq və Cahid qardaşları, bu niyyətlərini mart ayının 5-də reallaşdırıb, A.Məmmədovun həyət darvazasını balta ilə parçaladıqdan sonra, qadınları baş redaktorun oğlunun evinin pəncərə şüşələrini qıraraq, mənzilinə daxil olmalarına şərait yaradıblar.

Müşviq və Cahid qardaşlarının vətəndaşın darvaza qapısını parçalama anının video görüntüsünü də oxucuların və aidiyyatı qurumların diqqətinə çatdırırıq.

Baş redaktor S.Məmmədli cinayətkarların durdurulması ilə bağlı dəfələrlə Dİ naziri general-polkovnik R.Usubova, Dİ nazirinin müavini general-mayor V.Eyvazova müraciət etsə də, “dəlil yetərsizliyi” üzündən cinayətkarlar zərərsizləşdirilməyib, vətəndaş A.Məmmədov evindən didərgin salınıb...
Bununla əlaqədar münasibətini öyrəndiyimiz baş redaktor S.Məmmədli: “Dəfələrlə Dİ nazirinə, Respublika prokuroruna, Dİ naziri müavini V.Eyvazov cənablarına, Suraxanı rayon polis idarəsi rəhbərliyinə cinayətkarların durdurulması tələbi, xahişi ilə müraciət etmişəm. Gördüyünüz kimi, hələ ki, cinayətkarlar həmin küçədə “meydan sulayır”, oğlum evindən didərgin salınıb.
Bu “bespredel”lər daha nə etməlidir ki, məsuliyyətə cəlb olunsunlar?!..

Mən dövlətimin varlığına və onun hüquq mühafizə orqanlarının gücünə inanıram. Çünki bu dövlətin qurulmasında şəxsən iştirak etmişəm və bu dövlətin uğrunda qardaşım və qardaşım oğlu Şəhid olub...
Sizin də tanıdığınız Müşviq, Cahid və Təbib adlı o ünsürləri mən öz qüvvəmlə də tərksilah edə bilərəm. Lakin, hüquqi dövlətdə hər kəsin özbaşına problem həll eləmək cəhdi, ölkədə anarxiyaya, qarşısı alınmaz xaosa səbəb ola bilər ki, bunu nə mən, nə də, yəqin ki, aidiyyatı qurumlar da istəməz. İndiki halda, prezident seçkiləri öncəsi bu cinayətkarların durdurulmaması isə, sadəcə, məndə təəssüf hissi yaradır...
Lakin, məndə olan qeyri dəqiq məlumata görə, hətta Suraxanı rayon ərazisində narkotik ticarəti ilə məşğul olan, “makler” fəaliyyəti göstərən Müşviq və Cahid adlı şəxslərin həbs edilməsi, yaxın günlərdə gerçəkləşməlidir”.
Daha bir video yazıda isə, 10 mart tarixində Suraxanı rayon polis idarəsində, baş müstəntiq Pərviz müəllimin qəbulundan çıxandan həmən sonra, A.Məmmədovun həyət divarlarının Müşviq, Cahid, Təbib və digər şəxslər tərəfindən yerlə bir edildiyi öz əksini tapıb. Vətəndaş A.Məmmədova qarşı xuliqanlıq hərəkətinə yol vermiş, baş redaktorun oğlunun şəxsi əmlakına 5000 (beş min) manatdan artıq maddi ziyan vurmuş Müşviq, Cahid, Təbib, Nailə və Arzu adlı şəxslər isə, bu gün də Samir Əliyev küçəsində “at oynadır”, bir ailənin öz evində rahat yaşamasına imkan vermirlər.


Prosesi diqqətdə saxlayıb, ədalətin yerini bulması xəbərini oxucularımızla paylaşmaq ümidindəyik.
Dövlət iki şeydən sarsılar; cəza olub-cinayət olmasa, ya da, cinayət olub-cəza olmasa.
Azay Süleymanoğlu
OXŞAR MÖVZULAR