Bugün:

Hacıbala müəllimin yediyi və yedirtdiyi "hamam" dayanacaq meydanı - TƏFƏRRUATLAR - FOTOLAR

18 okt 2016, 00:55, altun
    [declination=1 243]Oxunub: | [/declination]1 243
Hacıbala müəllimin yediyi və yedirtdiyi "hamam" dayanacaq meydanı - TƏFƏRRUATLAR - FOTOLAR

Gün keçir, ay dolanır, yay ötür, yaz fırlanır və nəhayət Bakı Şəhər İcra Hakimiyyəti əhaliyə Allahın nazil etdiyi su ilə pulsuz duş təşkil etdirərək, şəxsi "divident" qazanmaq biznesi ilə məşğul olmağa başlayır. Söhbət nədən gedir? Sayılmaz, göz ardı edilmiş qələmi nə dilə gətirir? Məsələdən bu dəqiqə sizləri də agah edim.

Altun.az xəbər verir ki, Bakı şəhər Koroğlu metrostansiyası yaxınlığında şəhərin müxtəlif bölgələrinə sərnişin daşıması ilə fəaliyyət göstərən, yayda turist, qışda xəcalət gətirən avtobus dayanacaqları vətəndaşların sözün əsl mənasında yeyib-içdiklərini burunlarından gətirir. Təqribən 10-dan çox müxtəlif adda avtobusların keçdiyi hissədə bir dənə də olsun örtülü gözləmə kabinəsinin olmaması vətəndaşları yağışlı havada islanmş cücə şəklinə salır. Deyə bilərsiniz ki, "islanır, başına çətir açsın, yaş olmasın". Başı bildik, gövdəyə də selofandan laminasiyamı etdirək? Qardaş, problem özündə bir çox bağlı sualları ehtiva edir. O suallar ki: "Avtobus varsa bunun dayanacaqları haradadır? Dayanacaqlar varsa, nəyə görə yerlərinə quraşdırılmayıb? Əgər yoxdursa, bu vaxta qədər niyə sifariş edilməyib? Büdcədən nəqliyyat sahəsinə milyardlarla manat ayrılırsa yerli və şəhər icra hakimiyyəti göstərilən tapşırıqlara niyə əməl etmir? Korrupsiyaya qarşı mübarizə idarəsi nəzarət mexanizmasını "səssizə"niyə alıb? Yüz minlərlə manat vəsaitin bölüşdürülməsini BŞİH-i hansı mexanizma ilə həyata keçirir ki, xalqı hakimiyyətdən narazı salır? Qoca çinarı sapı öz meşəsindən çıxmış baltaylamı doğrayırlar?" və s.

Ağıla müxtəlif bədbin fikirlər gəlir. Axı məsəl var, şər deməsən, xeyir toya gəlməz. Olmaya havadan çevrilişə başlanğıc ətri gəlir? Hər şey zamanla məsələyə göstərilən reaksiyadan daha aydın anlaşılacaq, əlbət. Amma damlanın gölə, gölün çaya, çayın da daşıb necə daşğınlara səbəb olduğunu yaxşı bilirik. Ümidvarıq ki, fərziyyələrimiz gerçəkliyi əks etdirməz, cənab Hacıbala müəllim yemək yediyi qabdan da su içməyə qalxışmaz. Hər-halda zaman çox şeyin əlacıdır, əgər ki, çoxdan əldən verilməyibsə.

P.S.: Mətbuat xalqın aynasıdır. Çalışaq aynanı şəkilə sarı çevirməyək... Bizi izlədiyinizçün minnətdarıq.
Hacıbala müəllimin yediyi və yedirtdiyi "hamam" dayanacaq meydanı - TƏFƏRRUATLAR - FOTOLAR
Hacıbala müəllimin yediyi və yedirtdiyi "hamam" dayanacaq meydanı - TƏFƏRRUATLAR - FOTOLAR
Hacıbala müəllimin yediyi və yedirtdiyi "hamam" dayanacaq meydanı - TƏFƏRRUATLAR - FOTOLAR
Hacıbala müəllimin yediyi və yedirtdiyi "hamam" dayanacaq meydanı - TƏFƏRRUATLAR - FOTOLAR
Hacıbala müəllimin yediyi və yedirtdiyi "hamam" dayanacaq meydanı - TƏFƏRRUATLAR - FOTOLAR
Hacıbala müəllimin yediyi və yedirtdiyi "hamam" dayanacaq meydanı - TƏFƏRRUATLAR - FOTOLAR

Altun.az: Azay SÜLEYMANOĞLU
loading...