Bugün:

21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

20 sen 2017, 09:26, altun
    Oxunub: 37
21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR

Sivilizasiyanın hər saniyə inkişaf etdiyi dövrdə neandertal insanlar kimi mağarada yaşamaq olarmı?
Altun.az publika.az-a istinadən xəbər verir ki, Angelo Mastropietro adlı avstraliyalı bu sualın cavabını öz həyat tərzi ilə verib.
O, bir gün qəflətən modern həyatını və karyerasını tərk edir və min illər öncə yaşayan insanlar kimi yaşamağı qərara alır.
Angelo 10 il öncə yağış yağarkən sığındığı bir mağaranı xatırlayır və həyatının qalan hissəsini həmin mağarada keçirmək istədiyini etiraf edir. Həkimlərin ona qoyduğu xəstəlik diqanozu da onun bu qərarına ən çox təsir edən amillərdən olur.
İngiltərənin Vorsestersir bölgəsində yerləşən mağara yaşanacaq bir yer olmasa da, Angelo qısa müddətdə burada özünə çox yaxşı şərait qurur. Mağarada ev şəraiti qurmaq ona 8 aya başa gəlir.
Burada normal yaşamaq üçün lazım olan hər şey mövcuddur: su, elektrik, istilik sistemi, hətta kabelsiz internet də.
Angelo həyat tərzini dəyişməyindən və yeni evindən olduqca məmnun olduğunu və stressdən uzaq həyat yaşadığını deyir. Onun bu dəyişikliyi xəstəliyinə də müsbət təsir göstərir.
21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR
21-ci əsrdə mağarada yaşayan adam: “Həyatımdan məmnunam” - FOTOLAR
loading...