Bugün:

Bu balıqlara toxunan ölür – FOTOLAR

13 avq 2017, 13:15, altun
    Oxunub: 83
Bu balıqlara toxunan ölür – FOTOLAR

Aralıq dənizinin Türkiyə sahillərində “Pterois” adlanan zəhərli balıqlar tapılıb.
Altun.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər bu balıq növlərinin Türkiyə sahillərində görünməsindən təəccüb hissi keçirdiklərini bildirir.
Mütəxəssislər deyir ki, Türkiyədə “zəhərli aslan balığı” kimi tanınan “Pterois” Hind və Sakit okeanın qərbindəki mərcan adaları sahillərində yaşayır. Bu balıq növü həddindən çox zəhərli olduğu üçün insan həyatına da ciddi təhlükə yaradır.
“Pterois” balığı sahilə yaxın olan və 50 metr dərinlikdə ərazilərdə yaşadığı üçün, bəzən insan ölümlərinə də səbəb olur.
Uzunluğu 40 santimetr olan bu balıq növləri gözlərinin üzərində və ağızlarının altında nazik zəhərli tikanlara malikdir. Həmin tikanlar insan bədəninə toxunduqda, adamda bir neçə gün güclü qızdırma, tərləmə və nəfəs alma problemi yaşanır. Hətta, bu, insan ölümü ilə də nəticələnir.
Alimlər bildirir ki, “Pterois” balığına bəzən “okeanın zəhərli ilanı” da deyilir.
Bu balıqlara toxunan ölür – FOTOLAR
Bu balıqlara toxunan ölür – FOTOLAR
Bu balıqlara toxunan ölür – FOTOLAR
Bu balıqlara toxunan ölür – FOTOLAR
Bu balıqlara toxunan ölür – FOTOLAR
loading...