Bugün:

Marsın yeni quyruğu kəşf edildi

21 okt 2017, 12:22, altun
    Oxunub: 32
Marsın yeni quyruğu kəşf edildi

Mars planetinin Günəş küləyindən təsirlənərək bükülən yeni görünməz bir maqnetik quyruğu kəşf olunub.

Altun.az xəbər verir ki, NASA-nın əldə etdiyi bu məlumat Amerika Astronomiya Birliyi Planet Elmləri Bölməsinin 49-cu illik toplantısında səsləndirilib. Məlumatda bildirilir ki, "Qızıl Planet"in maqnit quyruğu, Günəş küləyinin əhatə etdiyi maqnetik sahələrin Marsın səthində gizli maqnetik sahə ilə qarşılıqlı təsiri nəticəsində meydana gəlib.

Elm adamlarının iddialarına görə, bükülən quyruğun yaranmasını təşkil edən bu proses, Marsın incə atmosferinin bir hissəsinin də itməsinə səbəb ola bilər.

NASA-nın Kosmik Uçuş Mərkəzinin əməkdaşı Cina Dibraco qeyd edib ki, Günəş Sistemində Marsın maqnetik quyruğunun başqa bir bənzəri yoxdur.
loading...