Bugün:

Ədəbiyyat üzrə "Nobel"in sahibi bəlli oldu

05 okt 2017, 18:06, altun
    Oxunub: 27
Ədəbiyyat üzrə "Nobel"in sahibi bəlli oldu

Bu gün Nobel mükafatının ədəbiyyat üzrə laureatı bəlli olub.
Altun.az xəbər verir ki, 2017-ci ilin "Nobel"i yapon yazıçısı Kazuo İşiquroya verilib.
Yazıçının namizədliyi “Məni buraxma”, “Basdırılmış nəhəng” və “Günün qalanı” kimi məşhur əsərləri ilə irəli sürülmüşdü.
Qeyd edək ki, təntənəli təqdimat mərasimi 10 dekabr tarixində - Alfred Nobelin ölüm günündə Stokholmda keçiriləcək. Mükafatın məbləği isə bu il artırılaraq 1,12 milyon dollara çatdırılıb.
Keçən il ədəbiyyat üzrə Nobel mükafatı amerikalı müğənni Bob Dilana verilmişdi.
loading...