Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Fransanın ilk ŞUŞALI MÜĞƏNNİSİ: “Canlı yayımda Qarabağdan danışırdım ki, ermənilər...” - MÜSAHİBƏ

15 sen 2017, 15:42   
Fransanın ilk ŞUŞALI MÜĞƏNNİSİ: “Canlı yayımda Qarabağdan danışırdım ki, ermənilər...” - MÜSAHİBƏ


Artıq 20 ildir ki, Fransanın paytaxtı Parisdə şuşalı bir xanım yaşayır. Zahirən fransız qadınlarından fərqlənməsə də, Azərbaycanı qəlbində, əməllərində yaşadır və kifayət qədər təbliğ edir.
ALTUN.AZ xəbər verir ki, publika.az-ın budəfəki müsahibi Parisin Şuşalı siması Təranə Monbarbü Allahverdiyevadır.


- Təranə xanım, Avropa oyunları zamanı Fransanın məşhur telekanallarının birində şərhçi qismində çıxış edirdiniz. Azərbaycanın tarixinidən, mədəniyyətindən o qədər böyük peşəkarlıqla bəhs edirdiniz ki, insan qürurlanırdı…
- Dəyər verdiyiniz üçün təşəkkür edirəm. Avropa Oyunlarının ilk buraxılışı Bakıda baş tutdu. “Bakı 2015” Avropa Oyunlarının tarixində ilk izini qoydu və bu tarixi məqamın bir hissəsi olmaq mənim üçün çox qururvericidir. Fransız milli idman telekanalında açılış və bağlanış mərasimlərinin ilk azərbaycanlı şərhçisi oldum. Ümumiyyətlə, fransız televiziyasında veriliş aparan ilk azərbaycanlı oldum. Mənim üçün bu möhtəşəm təcrübə idi. Fransız mediası, şou dünyası, ümumiyyətlə, bütün sferalar erməni mənşəli fransızlarla boldur. Media isə birbaşa insanlarla ünsiyyət və məlumat xarakteri daşıyır. Odur ki, bu düşmənlərimizçün manipulyasiya və müəyyən həqiqətləri ört-basdır etmək baxımından əlverişli vasitədir. Mən Fransanın ilk azərbaycanlı müğənnisi olduğumçün televiziyaya dəvət aldım. Canlı yayımdan istifadə edib, qədim və zəngin mədəniyyətimizdən, təbiətimizdən, ən əsası isə qanayan yaramızdan - Qarabağımızdan danışdım. Açılışı şərh edərkən ekranda erməni deleqasiyası göründü. Kolleqalarım onların niyə az olduqlarını soruşanda, məqamdan istifadə etdim. Azərbaycanın 20% torpaqlarının işğal altında olduğunu və və bir milyon soydaşımızın torpaqlarından məcburi köçkün olduqlarını qeyd etdim. Azərbaycanın ən böyük acısını qabarıq şəkildə açıqlamağa çalışdım. Onu da dedim ki, bugün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, lakin bu vəziyyət öz həllini hələ də tapmır. Erməni deleqasiyasının iştirakına isə belə aydınlıq gətirdim ki, bu, Azərbaycanın məsələni hələ də sülh yolu ilə həll etməsinin göstəricisidir. Bəlkə də canlı yayım olmasaydı, bu məqamlar efirə getməyəcəkdi. Mənsə yaranmış fürsətdən istifadə etdim. Bildirdim ki, 17 ildir Fransada yaşayıram, hələ də fransızların Azərbaycanı tanımadıqlarının, Qarabağ savaşında hansı ölkənin işğalçı, hansının isə təcavüz edilən tərəf olduğunu bilmədiklərinin şahidi oluram və bu da məni çox məyus edir.
- Artıq 20 ilə yaxındır Fransadasınız. Az müddət deyil…
- Təbii ki…
- Öncə təhsilinizi davam etdirmək üçün üz tutdunuz Fransaya. Sorbonna Universitetinin məzunusunuz?
- Ziyalı ailədə böyümüşəm. Atam həkim, anamsa müəllimədir. Odur ki, müğənniliklə yanaşı ali təhsilimi də davam etdirmişəm. Fransada Sorbonna universitetinin media kommunikasiya, jurnalizm ixtisaslarını fərqlənmə ilə bitirib, magistr diplomunu almışam.
- Sonra isə ailə qurmusunuz. Həyat yoldaşınız fransızdır?
- Bəli, yoldaşım fransızdır, Azərbaycanı, musiqimizi və mətbəximizi çox sevir. İki qızımız var. Ulduza və Leyli.
- Milli və gözəl adlar seçmisiniz. Bəs bu seçimdə yoldaşınızda qısqanclıq yaranmadı?
- Çox sağ olun, sevimli nənələrimin adlarıdır. Dediyim kimi, həyat yoldaşım məni və Vətənimi çox sevir. Qızlarımızın yarı azərbaycanlı oduqlarını daim xatırlamaları üçün belə adlar seçdik.


- Hər zaman fəxrlə Qarabağlı, Şuşalı olduğunuzu vurğulayırsınız. Qarabağ müharibəsinin canlı şahidisiniz?
- Bəli, mən Qarabağ müharibəsinin canlı şahidiyəm. Məncə, sənət adamları, yaradıcılıqla məşğul olan insanlar səmimi olmağa çalışırlar. Qarabağda anadan olmuşam, uşaqlıq illərim Şuşada, Laçında keçib və harada oluramsa olum qarabağlıyam, bu, mənim həyatımın bir hissəsidir.
- Bu təəssüratlarınızı fransızlarla bölüşürsünüzmü?
- Əlbəttə! Məncə, hissləri, həqiqətləri insanlara çatdırmaq üçün sənət çox gözəl vasitədir. Çünki sənin sənətin insanların hisslərinə toxunanda, onlar fikirləşməyə, özlərinə sual verməyə, axtarmağa, araşdırmağa başlayırlar. Hazırda Fransada “Azərbaycan ruhu” adlı musiqili tamaşanı təqdim edirik, tamaşanın yarısı Azərbaycan xalq musiqilərindən ibarətdir, konsert zamanı səhnədə ekran üzərində Azərbaycanın gözəl guşələrinin görünüşləri yayımlanır, sözün əsl mənasında “Azərbaycan ruhu” fransız tamaşaçıları üçün Azərbaycana dəvət və səyahətdir. Öz gücümüzlə həyata keçirdiyimiz bu layihəylə çox qürur duyuram.
- Şuşanı Şərqin Parisi adlandırırlar çox vaxt. Xatirələrinizdəki Şuşanın Parislə ortaq cəhətləri varmı?
- Şuşanın əhvalının, ruhunun Parislə ortaq cəhətləri var məncə, musiqiylə, gözəlliklərlə, gül-çiçəklə dolu bir yer idi, Şuşa. Bir rahatlıq var idi, Şuşada, Parisdəki kimi.. Hər bazar günü Cıdır düzündə piknik edərdik..
- Əminəm ki, Sizi susdurmaq istəyən düşmənlərimiz çoxdur oralarda...
- Buralarda dediyiniz kimi, düşmənlər bilinir, tanınır. Tanrı bizi bilinməyən düşmənlərdən qorusun. Sadəcə olaraq, qarabağlı, azərbaycanlı, fransız sənətkaram və sənətimdə bu məqamlar hər zaman bilinicək, çünki bu mənəm.


- “Qarabağ” futbol komandamızın uğuru necə qarşılandı Fransada?
- Futbol oyununun auditoriyası geniş olduğundan bu uğur, hətta komandanın adının səslənməsi belə böyük nailiyyətdir. Azərbaycanı müsbət yöndən tanıtmaq vətən naminə böyük işdir. Təsəvvür edin hansısa futbol azarkeşi Qarabağ adını eşidir, bunu internetə girib araşdırır və müharibə şəraitində olan Azərbaycanı yaxından tanıyır.
- Təranə xanım çox zərif və incəsiniz, amma əminəm ki, bir qarabağlı xanım kimi dadlı xörəklər yeməyi və bişirməyi sevirsiniz?
- Əlbəttə…
- Adətən fransızlar bizim xörəkləri sevirlər, amma çox kalorili olduğunu da vurğulayırlar. Bəs sizin fransız dostlarınız nə düşünür, Azərbaycan mətbəxi haqda?
- Fransız və Azərbaycan mətbəxləri çox zəngindir. Bizim mətbəxi daha çox yunan xörəklərinə bənzədirlər. Tərəvəz, dolma, qatıq, duzlu pendirdən irəli gəlir bu yaxınlıq. Peşəkar yox, amma gözəl xörəkləri sevən biri kimi deyə bilərəm ki, Azərbaycan və Fransa mətbəxlərinin əsas fərqi yeməklərimizdə daha çox qoyun əti istifadə etməyimizdir. Fransızlar bu baxımdan müxtəlifliyə üstünlük verirlər. Bir də müxtəlif növ pendirlərilə dünyaya səs salıblar. Xörəklərdə kərə yağını da bizdən az işlədirlər.
- Biraz da peşəkar fəaliyyətinizdən danışaq. Hər iki mənada Qarabağın Fransadakı səsisiniz... Bəs Fransada müğənni olmağın çətinlikləri var?
- Yəqin, kənardan belə görünmür, amma ümumiyyətlə, müğənnilik çətin peşədir. Fransa böyük ölkədir və minlərlə istedadlı məşhur müğənniləri var. Hələ fransız deyilsənsə peşənin çətinliyi ikiqat artır. Lakin bundan öz xeyirinə faydalanmağı bacarmalısan. Hər kəsin özünəxas bir üstünlüyü var. Məhz onu tapıb, fərlənməyi, diqqətləri üzərinə çəkməyi bacarmalısan.


- Planlar, yeniliklər gözlənilirmi?
- “Esquisse” albomum barədə məlumat vermək istəyirəm. 2014-cü ildə “Esquisse” albomum Fransada işıq üzü görüb. Bu albomda tanınmış fransız mahnılarını azərbaycancaya uyğunlaşdırıb, caz üslubunda ifa etmişəm. Hazırda bu albomu yenidən çıxarmağı düçünürük.
- Bəs Vətəndə konsert planlaşdırırsınız?
- Azərbaycanda konsert proqramı ilə çıxış etmək planı var. İnşallah, gələn ay Bakıya səfərdəyəm, bu istiqamətdə işlər görəcəyik.
- Konsertinizdə görüşənədək…
- İnşallah.
OXŞAR MÖVZULAR