Bugün:

Dünya Musa peyğəmbərin “Əhd sandığı”nı axtarır: 2600 il əvvəlin İNANILMAZ SİRRİ

06 sen 2017, 12:48, altun
    Oxunub: 34
Dünya Musa peyğəmbərin “Əhd sandığı”nı axtarır: 2600 il əvvəlin İNANILMAZ SİRRİ

Bibliyaya əsasən, sandıqda Müqəddəs Kitabın On ehkamının həkk olunduğu daş lövhələr saxlanılır.
Yəhudilərin Misirdən çıxışının əllinci günündə Sinay dağında Musaya verilən, xristianlığın və yəhudiliyin əsas təbərrüklərindən sayılan bu lövhələrdən biri təqribən 2600 il əvvəl müəmmalı şəkildə yoxa çıxıb.
Bu, Vavlilon çarı Navuxodonosorun eramızdan əvvəl 597-ci ilin mart ayında Yərusəlimə qədəm qoyduğundan az əvvəl baş verib. Şəhər döyüşsüz təslim edilsə də, vavilonluların ələ keçirdiyi xəzinənin müfəssəl reyestrində sandığının adı çəkilmir. Sandıqdan 18 yaşlı yəhudi çarı İyexoniyanın özü ilə götürdüyü əmlakın siyahısından da bəhs olunmur - bu gənc nüfuzlu hörmətli bir dustaq kimi on min şəhər sakini ilə birgə Vavilona sürgün edilmişdi.
Böyük ehtimalla, şəhər təslim edilməzdən əvvəl müqəddəs təbərrük etibarlı bir yerdə gizlədilib. Amma harada?
İndiana Consun izi ilə
Sandığın axtarışı ilə yorulub-usanmadan hər cür fanatiklər, fırıldaqçılar, macəra axtaranlar məşğul olub. Bu xəzinənin əldə edilməsinin süjeti İndiana Consun macəralarının əks olunduğu "İtirilmiş sandığın axtarışları" adlı məşhur Hollivud filminin əsasını təşkil edib. Maraqlıdır ki, bu film Üçüncü reyxin dini mistisizmə meylli ali iyerarxlarının xristian təbərrüklərinin axtarışına çıxdığı barədə tamamilə real bir hadisəyə əsaslanırdı.
Lakin bu il bir neçə qrup arxeoloq sandığın Yərusəlimə gətirilməzdən əvvəl saxlanıldığı iki qədim şəhərdə - Yərusəlimdən 40 km aralıda yerləşən Şilo ilə İsrail paytaxtından 15 km məsafədə yerləşən Kiriat-İarim şəhərlərində eyni vaxtda qazıntılara başlayıb.
Təbərrükün məhz orada gizlənilməsi məntiqə uyğundur. Xalis qızıldan hazırlanmış sandıq həm də dini baxımdan böyük əhəmiyyətə malik idi. Onun əvvəllər saxlanıldığı şəhərlər isə bu sayaq təbərrüklərin saxlanılması üçün nəzərdə tutulan hazır "infrastruktura" malik idi.
Qurbanlıq heyvanlar
Dünya Musa peyğəmbərin “Əhd sandığı”nı axtarır: 2600 il əvvəlin İNANILMAZ SİRRİ


Bibliyaya əsasən, sandıq e.ə. 11-ci əsrdə fələstinlilərlə müharibəyə başlamazdan əvvəl 369 il ərzində Şilo şəhərində saxlanılıb. Döyüşə yollanan yəhudilər sandığın uğur gətirəcəyinə ümid edərək, onu özləri ilə götürüblər. Lakin dəyərli qəniməti döyüşdə qalib çıxan fələstinlilər əldə edib.
Arxeoloji qazıntıların direktoru Skott Striplinq bununla bağlı qeyd edir: "Şilodakı ərazilərdən birinin qazıntısı zamanı çoxlu sayda heyvan sümükləri aşkar edilib. Fikrimizcə, sandığın saxlanılması üçün nəzərdə tutulan məbəd məhz burada yerləşirmiş. Əks halda, o qədər heyvan qalıqlarının olduğunu izah etmək çətindir. Lakin 350 il ərzində burada heyvanların qurban kəsildiyi təxmin edilsə, onda hər şey aydınlaşır. Hazırda sümük toxumasının nümunələri ekspertizaya göndərilib. Bibliyada qurbanlıq üçün yararlı heyvanların keyfiyyətlərini və yaşını əks etdirən siyahı var. Sümüklər orada olan məlumatlara uyğun olarsa, bu, məbədin yaxınlıqda yerləşdiyi təsdiqlənəcək".
Alimlər Bibliyanı redaktə etməyə hazırdır
Dünya Musa peyğəmbərin “Əhd sandığı”nı axtarır: 2600 il əvvəlin İNANILMAZ SİRRİ


Tarixi məlumatlara əsasən, sandıq fələstinlilərin əlində az müddət olub. Bir sıra epidemiyalar, sıçan və siçovulların basqını və digər fəlakətlərdən sonra onlar təbərrükü əvvəlki sahiblərinə qaytarmaq qərarına gəliblər. Beləcə, yəhudi təbərrükü hazırda arxeoloqların qazıntı apardığı Kiriaf-İarim şəhərinə gətirilib. Bibliyaya əsasən, sandıq 20 ilə yaxın bu şəhərdə saxlandıqdan sonra çar Davud tərəfindən (e.ə. 1035-ci ildə dünyaya gəlib) Yərusəlimə gətirilərək, Süleymanın məbədində yerləşdirilib. Alimlər isə tamamilə fərqli fikirdədir.
Kiriaf-İarimdə aparılan qazıntıların rəhbərlərindən biri, Kollej de Frans (Paris) Tədqiqat Mərkəzinin professoru Tomas Remer aşağıdakıları bildirir:
"Böyük ehtimalla, sandıq Çar Davudun dövründən təqribən 300 il sonra Yərusəlimə gətirilib (Sandığın tarixiliyinə dair alimlər fərqli fikirlərdədir). Bu gün Bibliya mətnlərinin müxtəlif dövrlərdə müxtəlif insanlar tərəfindən qələmə alındığı məlumdur. Sonralar edilən bir çox əlavələr siyasi baxışlara əsaslanırdı. Fikrimizcə, sandığı Yərusəlimə Yəhudanın on altıncı çarı Yosiya (e.ə. 648-ci il) gətirib. Siyasi hakimiyyətlə mədəni həyatın bir mərkəzdə cəmləşdirilməsinin tərəfdarı olan Yosiya ideyalarının populyarlaşması üçün Çar Davudun nüfuzundan yararlanıb. Onun mirzələri Yosiyanın "məşhur sələfinin yolunu davam etdirdiyini" qələmə vermək məqsədilə, təbərrükün Yərusəlimə gətirilməsini Çar Davudun adına çıxıb".
Dünya Musa peyğəmbərin “Əhd sandığı”nı axtarır: 2600 il əvvəlin İNANILMAZ SİRRİ


Həqiqətdə isə sandıq vavilonluların basqınından bir neçə on illik əvvəl Yərusəlimə gətirilib. Ondan üç yüz il əvvələ qədər Kiriaf-İarimdə olub.
Bu nəzəriyyəni dolayısı ilə arxeoloji qazıntılar da təsdiqləyir. Alimlər böyük bir dirək hasarının qalıqlarını aşkar edib. Dağıntılara baxmayaraq, hasarın eni 3, hündürlüyü isə 2 metrə yaxındır. Saxsı qırıntılardan tikilinin e.ə. 7-8 əsrlərə aid olduğu görünür. Bu hasar yüksəkliyə tərəf uzanan süni terrası saxlayır. Görünür, Sandığın saxlanıldığı məbəd məhz orada yerləşib. Alimlərin fikrincə, belə iri həcmli tikililərin olması bu şəhərin yüz illər boyunca ibadət mərkəzi olduğuna dəlalət edir.
Murdar bütlər onun içində daşınıb?
Dünya Musa peyğəmbərin “Əhd sandığı”nı axtarır: 2600 il əvvəlin İNANILMAZ SİRRİ


Rəvayətə görə, Sandıq Əhdi-Cədid lövhələrinin saxlanılması məqsədilə yaradılıb. Tomas Remerin fikrincə isə məsələ təkcə sözügedən qiymətli yüklə məhdudlaşmır:
"Bu ərazidə yaşayan xalqların arasında iki müqəddəs daşın və ya iki tanrının bütünün saxlanıldığı sandıq əfsanəsi yer alır. Bura həm də islamdanəvvəlki ərəblərin və bədəvilərin yaşadığı yer olub. İsraillilər də həmişə monoteist olmayıb, əvvəllər onlar Baal və Astarta kimi Hanaan tanrılarına tapınıb. Bəlkə də əvvəllər sandıqda onların bütləri daşınıb".
Müharibənin və məhsuldarlığın havadarı olan Baal ildırımsaçan-tanrıdır. Remer Kiriaf-İarim şəhərinin Bibliyada ikinci adının Kiriaf-Baal kimi göstərildiyinin təsadüf olmadığını qeyd edir. Sandığın özü isə döyüş meydanına gizli silah kimi gətirilirmiş.
Astarta məhəbbət və hakimiyyət ilahəsidir. Bibliyada sandığa tapınan qadınların sonsuzluqdan nicat tapdığı, ona yetərli ehtiram bəsləməyən qadınların isə sonsuzluqla cəzalandırıldığı qeyd olunur.
Tarixçilərin fikrincə, Bibliyada bir çox dini ayinlərdən bəhs olunur və sandıq içindəki xəzinəsi ilə birlikdə tapıldıqdan sonra bir çox sirlərin üstü açılacaq.
Görünüşü
Dünya Musa peyğəmbərin “Əhd sandığı”nı axtarır: 2600 il əvvəlin İNANILMAZ SİRRİ


Sandıq səhra akasiyası ağacından düzəldilib. Eni ilə hündürlüyü təqribən 70 sm, uzunluğu isə 115-120 sm təşkil edir. İçində və üst hissəsində qızıl lövhəciklər var. Sandığın xalis qızıldan hazırlanmış ağır qapağının qalınlığı 4 barmaq eni qədərdir. Qapağın üstündə qanadları açıq şəkildə bir-birilə üzbəüz dayanan qızıldan hazırlanmış məlaikələr quraşdırılıb. Kənarlarında yenə də qızılla bəzədilmiş şüvulların keçirildiyi dörd qızıl halqa bərkidilib.
loading...