Bugün:

Xərçəng hüceyrələrini tez və effektiv məhv edən mikroskopik robotlar hazırlanıb

05 sen 2017, 18:02, altun
    Oxunub: 50
Xərçəng hüceyrələrini tez və effektiv məhv edən mikroskopik robotlar hazırlanıb

Üç nəfərdən ibarət beynəlxalq alimlər qrupu xərçəng hüceyrələrini tez və effektiv məhv edən mikroskopik robotlar hazırlayıb.

Altun.az xəbər verir ki, ötən il robotların yaradılmasına görə kimya sahəsində Nobel mükafatına layiq görülən tədqiqatçılar bu il sınaqlara başlamaq qərarına gəliblər.

Məlumata görə, nanorobotların əvvəlcə müəyyən zülal tipinə yönəlməsi səbəbindən onlar hədəfi səhvsiz tapırlar. İşıq vasitəsilə aktivləşdirmə zamanı isə sürətlə açılmağa başlayan robotlar hüceyrənin içinə daxil olur və oradakı şişi bir neçə saniyə ərzində məhv edir. Mikroskopik robotların hədəflərin axtarışını işıqsız həyata keçirməsi, lakin hüceyrələrə yalnız işıqlandırma vasitəsilə daxil olması bildirilir.

Qeyd olunur ki, hazırda balıq və mikroorqanizmlər üzərində bir sıra eksperimentlər keçirən alimlər gələcəkdə onlardan insanın müalicəsi üçün istifadə edə biləcəklərinə ümid edirlər. Mütəxəssislərin sözlərinə görə, belə robotlar təkcə şişlərin məhvi üçün deyil, dərmanların orqanizmin müəyyən sahəsinə dəqiq çatdırılması üçün faydalı ola bilər.
loading...