Bugün:

ALİMLƏR ÖLÜMDƏN SONRAKI HƏYATIN VARLIĞINI SÜBUT ETDİ! VİDEOYA BAXANDA ŞOK OLACAQSINIZ!

09 avq 2017, 11:02, altun
    [declination=3 159]Oxunub: | [/declination]3 159
ALİMLƏR ÖLÜMDƏN SONRAKI HƏYATIN VARLIĞINI SÜBUT ETDİ! VİDEOYA BAXANDA ŞOK OLACAQSINIZ!

Bir çox alimlər ölümdən sonraki həyatın olduğuna inanmır, lakin ekspertlərdən biri ölümdən sonra həyatın mövcudluğunu sübut edə bildiyini təkid edir.

Altun.az xəbər verir ki, professor Robert Lans bildirir ki, onun sübutu kvant fizikasında gizlənir. Biosentrizm nəzəriyyəsinə əsasən bizim anladığımız ölüm şüurumuzun yaratdığı illüziyadır .

"Biz hesab edirik ki, həyat karbon və molekulun aktivliyindən ibarətdir. Onlar aktiv olduğu müddət biz yaşayırıq, daha sonra torpaqda çürüyürük". Lans bu fikri öz veb saytında yazıb.

Şimali Karolina universitetinin tibbi məktəbindən olan Lans qeyd edir ki, insanlar buna öyrədildiyi üçün ölümə inanır, çünki onlar ölümü daxili orqanların fəaliyyətinin dayanması ilə assosiasiya edir. Ancaq bieosentrizm nəzəriyyəsi ölümün öyrəşdiyimiz anlama gəlmədiyini göstərir.

Biosentrizm hər şeyin nəzəriyyəsi kimi təsnif edilir, yunan dilindən "həyatın mərkəzi" kimi tərcümə olunur. Professor təxmin edir ki, həyat və biologiya reallıqda mərkəz yeri tutur və həyat kainatı yaradır, kainat həyatı yox. Bu da öz növbəsində məhz insan beyninin kainatda obyektlərin forma və ölçüsünü təyin edir.

Lans bizim ətraf dünyanı necə dərk etdiyimizi misal gətirir. İnsan səmanı görür və onun rəngini deyir, əgər onun beynində hüceyrələr dəyişsə, o, səmanı mavi yox, yaşıl və ya qırmızı rəngdə görər.

"Yekun: Sizin gördüyünüz heç nə şüurunuz olmadan mövcud ola bilməz. Kainatın mənası bizim şüurumuzdadır".

Kainata biosentrizm nəzəriyyəsi nöqteyi-nəzərindən baxılarsa, zaman və məkanın da "ağlımızın sadə aləti" olması anlamına gəlir. Bəşəriyyət bu nəzəriyyəni qəbul edən kimi, ölümün mövcud olmadığı aydın olacaq.

Bundan əlavə nəzəriyyəçi fiziklər təxmin edir ki, "n" qədər kainatda müxtəlif variasiyalarda insan və hallar eyni zamanda baş verir. Lans əlavə edib ki, baş verə bilən hər şey hansısa an bu kainatlar arasında olur, bu isə ölümün mövcud olmadığı anlamına gəlir.

Lansın fikrincə, insan həyatı çoxillik bitki kimidir və o multi-kainatda çiçək açmaq üçün geri qayıdır.
loading...