Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Uşaqların Xaç Yürüşü — 100 min körpə həlak oldu

11 okt 2016, 18:09   
Uşaqların Xaç Yürüşü — 100 min körpə həlak oldu

1212-ci ildə baş tutan bu yürüş barədə demək olar ki, kifayət qədər məlumat yoxdur. Çünki orta əsr tarixçiləri dövrün bu qara ləkəsindən yan keçməyə, sənədlərdə cəmi bir neçə sətr söz yazmağa çalışıblar. Çünki bu səfərdə 100 min uşaq iştirak edib və onlardan heç biri geri qayıtmayıb...
Əslində isə hadisələrin baş verdiyi 1212-ci ildə uşaqlardan təşkil edilmiş 2 səlib yürüşü başladı. Altun.az xəbər verir ki, onlardan biri Fransadan, digəri isə Almaniyadan yola çıxdı. Amma sonralar tarixçilər cəmi bir belə yürüş olduğunu yazmağa başladılar. Uşaqların səlib yürüşündə iştirakı dəhşətli idi. Onlar ya öldürüləcək, ya da qula çevriləcəkdilər.
İsa adlı monax
Bəzi mənbələrdə adı Etyenn keçən Stefan kasıb çoban ailəsində dünyaya gəlib. Müəyyən vaxta qədər digər həmyaşıdlarından heç nə ilə fərqlənmirdi. Sadəcə dini inancı daha güclü idi. O illərdə bütün katolik dünyasında keçirilən "qara xaçların yürüşü" mərasimi onun çox xoşuna gəlirdi.
Hər ilin aprel ayında monaxlar tərəfindən bir gün təyin edilir, taxta xaçları əllərində gəzdirərək məbədləri gəzir və Müqəddəs Torpaqlara səfər zamanı həlak olan və əsir düşən zəvvarlar üçün dualar oxuyurdular.
Növbəti mərasimlərin birində 12 yaşlı Stefan adəti üzrə çöldə mal-qaranı otarırdı. Birdən onun qarşısında Fələstindən geri qayıdan monax peyda oldu. Stefan qonağa bir tikə çörək verdi. Çörəyi yeyib doyduqdan sonra monax İsa Məsih olduğunu bildirdi və Stefana uşaqlardan təşkil olunan qoşun yığmağı tapşırdı.
Uşaqlardan təşkil edilən qoşunun heç bir silahı yox idi. Onların ruhu və qəlbi təmiz olduğu üçün İsaya olan sevgiləri yeganə gücləri idi. Yaşlı zəvvarların qarşısını kəsən müsəlmanlar məhv olacaq və Tanrının Tabutu xilas olacaqdı. Bu sözlərdən sonra monax Stefana kralın məktubunu təqdim etdi. Savadsız çoban təbii ki, kağızda nə yazıldığını oxuya bilmədi, amma eşitdiklərindən havada uçurdu.
Əlindəki məktubu sinəsinə sıxan oğlan evə qaçdı. Amma onun danışdıqlarına ailəsi inanmadı və gülməyə başladılar. Kənddə məktubu oxuya biləcək savadlı adam tapılmadı. Buna görə də məktubun məzmunu onlar üçün sirr olaraq qaldı. Amma seçilmiş insan olduğuna inanan Stefan atasının etirazlarına baxmayaraq, əşyalarını yığdı və katolik Fransanın mərkəzi sayılan Sen-Deni abbatlığına yola çıxdı.
Cavan səlibçiləri başqa harda tapmaq olardı ki?
Çobanın bayrağı altında
Onun yolu şəhərlərdən və kəndlərdən keçirdi. Zaman keçdikcə Stefan kütlə qarşısında çıxış edir, insanların qəlbinə yol tapırdı. Əgər böyüklər onun söhbətlərindən riqqətə gəlirdilərsə, kiçikyaşlıların reaksiyası başqa cür idi. Stefanın İsa tərəfindən göndərildiyinə inanan balacalar evdən qaçmağa başladılar. Kiçik dəstələr halında toplaşan uşaqlar yürüş üçün tapşırıq gözləməyə başladılar. Bu vaxt ərzində isə, dəstələr o kənd bu kənd gəzərək yeni tərəfdaşlar toplayırdılar.
Sen-Deniyə çatan Stefan böyük uğur qazandı. Abbatlığa gələn bir çox zəvvar övladını da özü ilə gətirmişdi. Evə qayıtdıqdan sonra isə müqəddəs çoban haqda danışmağa başladılar.
Müqəddəs Torpaqlara xaç yürüşü etmək istəyən uşaqların sayı günü-gündən artmağa başladı. Bundan əlavə, avam və cahil camaat uşaqların xaç yürüşü fikrini dəstəkləyirdi. Ağlı başında olub bu fikin lazımsız olduğunu bildirənləri daş-qalaq edirdilər.
May ayının sonunda Stefan Vandom məbədini toplaşma yeri elan etdi. Onun bayrağı altına sayları 50 min nəfərə çatan uşaq və yeniyetmələrdən ibarət ordu toplaşdı. Ən kiçik uşağın 6 yaşı var idi və onların arasına qızlar da qatılmışdı. Təbii ki, bu dəstəyə yaşlılar da qoşulmuşdu. Onlar arasında avara monaxlar, cinayətkarlar və fahişələr də var idi.
Xaç yürüşünə çıxan dəstələrdə bu tip insanların olması adi hala çevrilmişdi. Nadir hallarda zəvvarlar səfərə uşaqları da özləri ilə aparardılar. Amma Qüdsə səfərə hazırlaşan ordunun əsasını savaşlarda bərkə-boşa çıxmış cəngavərlər təşkil edirdi. Bu dəfə isə, ordunun özəyini Allah sözündən başqa heç bir silahı olmayan uşaqlar təşkil edirdi.
Kral Filipp 2-ci Avqust əvvəlcə uşaqların təşəbbüsünə icazə versə də, sonradan bu səfər onu qorxutmağa başladı. O, təzə yaranmış Praqa universitetinin alimlərindən məsləhət almaq istədi. Alimlərin fikri isə qəti idi: uşaqları dayandırmaq lazımdır, çünki bu İblisin planıdır. Amma kralın ordunu buraxmaq barədə qərarına Stefan əməl etmədi. Kral isə, uşaqları silah gücünə qovmaq fikrindən daşındı. Çünki dini fikirlərin hökm sürdüyü avam camaat üsyana başlaya bilərdi.
Cavan səlibçilər Marselə yollandılar. Stefan onları inandırırdı ki, dəniz onların qarşısından çəkiləcək və qoşun Müqəddəs Torpaqlara asanlıqla çatacaq. Səfər boyu "müqəddəs çoban" xalçalarla bəzədilmiş karetada cangüdənlərin əhatəsində gedirdi. Amma Marseldə vəziyyət dəyişdi! Dəniz suları çəkilmədi!
Hər gün uşaqlardan ibarət qoşun qurşağa qədər suya girir və dualar oxuyurdu. Amma nəticə yox idi. Böyük bir ordunu yedizdirən Marsel əhalisi şikayətlənməyə başladı. Səlibçilər ruhdan düşməyə başladılar. Onlardan bir çoxu qoşundan ayrılaraq dəstələrə bölünüb kəndləri qarət etməyə başladılar. Kəndlilər isə bu kiçik oğruları amansızcasına qətlə yetirməyə başladılar.
Nəhayət, Quqo Ferrerus və Giyom Porkus adlı iki nəfər yerli tacir dağılmaqda olan qoşuna sahib çıxdılar. Onlar Stefana lazım olan vəsaiti və 7 gəmini verdilər. Bu müddət ərzində böyük ordudan cəmi 5 min nəfər uşaq qalmışdı. Qoşun 400 monaxın rəhbərliyi altında gəmilərə yerləşdirildi.
Amma Tanrının Tabutunu xilas etmək onlara qismət olmadı. 18 il ərzində bu qoşun barədə heç bir məlumat əldə edilmədi. Yalnız 1230-cu ildə uşaqları müşayət edən monax Marseldə peyda oldu. Məlum oldu ki, gəmilərdən ikisi Sardiniya ətrafında qayalara çırpılıb məhv olub. Qalan 5 gəmi Afrika sahillərinə çatsa da, müsəlmanlar tərəfindən ələ keçirilib.
Sonradan məlum olub ki, Ferreus və Porkus Əlcəzairlilərlə danışaraq uşaqları onlara qul kimi əvvəldən satıblarmış. Uşaqların böyük əksəriyyəti Əlcəzair bazarında, digər qismi isə İskəndəriyyədə satılıb. Onlardan bəziləri qul qismində Müqəddəs Torpaqlara aparılıb. Onlardan heç biri geri qayıtmadı. Dəstənin rəhbəri "müqəddəs çoban" Stefan barədə də heç bir məlumat yoxdur.
Qeyd etmək lazımdır ki, uşaqları müşayət edən 400 monaxı sultan Safadin alıb. Elmlə maraqlanan yaşlı hökmdar xristianları bir çox kitabı latın dilindən ərəb dilinə tərcümə etməyə məcbur edib. Monaxlardan biri sultanın o qədər xoşuna gəlib ki, 18 ildən sonra rahibi azad edib və vətənə qaytarıb. Marselə gəlib çıxan rahib hələ də 700 səlibçi uşağın sağ olduğunu söyləsə də, bu xəbər heç kimin vecinə olmadı. Bu səbəbdən sağ qalanlar da qürbətdə həlak oldular.
Reyn sahillərində
Təkcə Fransada yox, Almaniyada da uşaqlar xaç yürüşü təşkil etdilər. Çoban Stefan haqda şayələr çox qısa müddətdə Almaniyaya da yayıldı və Nikolas adlı bir uşaq ordu toplamağa başladı. Bəzi mənbələrə görə, Nikolas ağıldan kəm idi və qərarları atası verirdi. 10 yaşlı oğlan tamahkar valideynlərinin əlində oyuncaq idi. İş burasındadır ki, Nikolas həm uşaqları xaç yürüşünə çağırır, həm də iyanə toplayırdı. Mömin almanlar bu iş üçün külli miqdarda pul göndərirdilər. Bu pullar 10 yaşlı "müqəddəs"in atası tərəfindən mənimsənilirdi.
Almaniyanın dini mərkəzi sayılan Kölndə Nikolas özünü Tanrının elçisi adlandırdı və növbəti xaç yürüşünün başladığını elan etdi. Sonrakı hadisələr eynilə Fransadakı ssenari üzrə davam etdi. Onun ordusuna minlərlə uşaq qatıldı. Onların arasında qızlar da var idi. Eyni zamanda tanınmış alman ailələrinin də övladları səlib yürüşlərinə qatıldı.
İyun ayının sonlarında 40 min uşaq Kölndən yola çıxdı. Zəvvarlar İtaliyaya yollandılar. Çünki onlar da düşünürdülər ki, dəniz onların qarşısında çəkiləcək və asanlıqla Müqəddəs Torpaqlara yetişəcəklər. Alp dağlarını aşıb-keçmək əsl dəhşətə çevrildi. Bir çox uşaq qar üzərində ayaqyalın gedirdi. Minlərlə zəvvar yolda öldü. Onları dəfn edən də olmadı.
Yumşaq dillə desək, İtaliyada alman uşaqlarını xoş qarşılamadılar. Çünki bu uşaqlar dəfələrlə İtaliyaya soxulanların övladları idi. Zəvvarlara heç nə vermir, onları şəhərlərə buraxmırdılar. Məhv olmuş qoşundan qalan uşaqları italyanlar tutaraq qula çevirdilər. Qızları amansızcasına zorladılar.
Genuyaya cəmi 4 minlik zəvvar ordusu çatdı. Dualar oxunsa da, dəniz suları geri çəkilmədi. Qoşun sahilboyu irəliləməyə başladı. Piza şəhərində sakinlər qoşuna iki gəmi verdilər. Bir neçə yüz zəvvar gəmi ilə Qüdsə yola düşdü. Bu uşaqların taleyi barədə heç bir məlumat yoxdur. Böyük ehtimal ki, onlar da müsəlmanlara əsir düşüblər.
Bir neçə yüz uşaq isə Romaya çatdı. Burada başqa bir dəhşət onları gözləyirdi. Papa 3-cü İnnokentiy zəvvarları danladı və evə qayıtmağı əmr etdi. Yenidən Alp dağlarını keçmək lazımdır? Nəticədə bəzi uşaqlardan başqa, ordunun əksəriyyəti İtaliyada qalmağı üstün tutdu. Bir neçə il sonra cəmi bir neçə uşaq Almaniyaya qayıtdı.
İtaliyada qalanların aqibəti kifayət qədər acınacaqlı oldu. Çünki bu vaxtlar İtaliyada məhsul zəif olmuşdu və almaniyalı zəvvar-uşaqlar dilənçiliklə dolanmağa başladılar. Qızları dənizçi fahişəxanalarına göndərdilər. Stefan kimi, Nikolasın da taleyi barədə məlumat yoxdur. Sonuncu dəfə onu Genuyada görüblər. Onun Genuyada qaldığı və ya Piza yolunda həlak olduğu barədə məlumat yoxdur.
Uşaqların Xaç Yürüşü — 100 min körpə həlak oldu
Uşaqların Xaç Yürüşü — 100 min körpə həlak oldu
Uşaqların Xaç Yürüşü — 100 min körpə həlak oldu
Uşaqların Xaç Yürüşü — 100 min körpə həlak oldu
OXŞAR MÖVZULAR