Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Qarabağı hakimiyyət yox, Molla Pənah Vaqif satıb” - deyən Sərdar Cəlaloğluna - SƏRT CAVABLAR

03 avq 2017, 05:59   
“Qarabağı hakimiyyət yox, Molla Pənah Vaqif satıb” - deyən Sərdar Cəlaloğluna -  SƏRT CAVABLAR


“Səməd Vurğun texnika baxımından, qafiyə düzmək, sözlərin nizamı baxımından Azərbaycanda bənzərsiz şairdir. Amma ədəbiyyat elə qafiyə tutmaq deyil ki. “Vaqif” dramında Səməd Vurğun Qacarı fars kimi, qaniçən işğalçı kimi təqdim edir, Vaqifi isə xalqın böyük bir şairi, xilaskarı kimi. Halbuki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə ona qızıl əsa da bağışlayıb. Qacarsa siyasi separatizmin qarşısını almaq üçün gəlib, Azərbaycanı birləşdirmək fikri ilə gəlib və o, gələndə burada bir nəfərin də burnu qanamayıb. Qacarlar türk tayfalarından biridir. İndi bir adam Qarabağı, torpağı birləşdirmək, rusdan almaq üçün vuruşur, axırda da öldürülür, o biri vətəni rusa satır. Səməd Vurğun torpağı satanı qəhrəman kimi verir, Vətən yolunda vuruşanı qaniçən zalım kimi... Yaxşı, şairsən, lap qafiyələrin də düzdür, bəs mən sənə necə münasibət göstərməliyəm? İdeyan ziyanlıdır axı! Belə əsərləri təbliğ etmək olmaz, bu ziyanlıdır”.-

Bu fikirlər Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun kulis.az-a verdiyi müsahibəsindən kiçik bir hissədir. XVIII əsr Azərbaycan ədəbi, siyasi həyatının önəmli fiqurlarından olan Molla Pənah Vaqif haqqında bu cür ittiham ictimaiyyətdə heç də birmənalı qarşılanmayıb.
Şübhəsiz ki, dövrün tarixi hadisələrinə ən yaxşı qiyməti həmin dövrü araşdırmış tarixçilər verə bilər. Lakin istənilən halda məktəblərdə “Vaqif” əsərinə siyasi yox, ədəbi prizmadan yanaşaraq tədris olunur.
“Vaqif Qarabağı sata bilməzdi”
S.Cəlaloğlunun fikirlərinə münasibət bildirən millət vəkili, əməkdar jurnalist Aqil Abbas Publika.az-a açıqlamasında Vaqifin Qarabağı satması iddiasının qəbuledilməz olduğunu bildirib:

“Sərdar Cəlaloğlu son zamanlar dinə yönəlib. Hər kəsin hadisələrə baxışı var. O, məsələyə tarixçi kimi baxarsa, haqlı olduğu ortaya çıxa bilər. İstəsəz, “Vaqif” dramını əzbər deyim. Hamı hamını sevə bilməz. Sərdar Cəlaloğlunu siyasətçi kimi qəbul edirəm. Lakin bir çox insanlar tarixi hadisələri dəqiq bilmirlər. Vaqif Qarabağı sata bilməzdi. Çünki əvvəla Vaiqfin o hüququ yox idi. Vaqifin vəzifəsi Qarabağın xarici işlər nazirinin müavini idi. O vaxt görüşlərdən birində Vaqif nazir Əbülfət ağanı əvəzləyib. Hədiyyə məsələsinə gəlincə, dövlət nümayəndəsinə hədiyyə verilməsi normaldır. Çünki Vaqif həm də şair idi".
A.Abbas məsələnin Qacarla bağlı məqamlarını isə belə şərh edib:
“Bəli, Qacar Azərbaycanı birləşdirmək istəyirdi. Azərbaycandakı bütün xanlar Qacarın nökərləri idilər. Nadir şahdan sonra İran başlı başına qalmışdı. Qacar gəlib vəziyyəti toparladı. Qacarın önündə xanlar heç kim idi. Mən “Dolu” romanı yazmışam, yüzlərlə arxiv sənədinə baxmışam. Vaxtilə Əbülfəz Elçibəyin köməyi ilə fars və ərəb dillərindən də mənə arxivlərdən tərcümələr olundu, verildi. Qacarın, İbrahim xanın, Pənah xanın məktublarını olduğu kimi tərcümə edib çap etmişəm. Orda tarixi məqamlara baxa bilərsiz”.
“Bu kin küdurət hardandır, ay Sərdar Cəlaloğlu?”

Sərdar Cəlaloğlunun Səməd Vurğunla bağlı fikirlərinə qarşı ən sərt reaksiyanı “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı verib. O qeyd edib ki, şair dövrün rejiminə görə müəyyən istiqamətdə əsərlər yazmış ola bilər. Lakin, S.Vurğun Azərbaycan ədəbi dilini formalaşdıran şairdir:
“Sərdar Cəlaloğlu bir neçə ildir ki, Azərbaycan sovet ədəbiyyatının yaradıcılarından olan böyük klassiklərə qarşı mübarizə aparır. O bilməlidir ki, hər bir şair öz dövrünün yetirməsidir. AXC devriləndə Səməd Vurğunun cəmi 14 yaşı olub. Buna görə də o, başqa ideyalarla böyüyüb. İstər Səməd Vurğunun, istər Əhməd Cavadın, istər Seyid Hüsyenin, istər Mikayıl Müşfiqin sovet ideologiyasını təbliğ edən əsərləri var. Lakin onlar heç vaxt məktəblərdə tədris olunmur. Səməd Azərbaycanın sovet dönəminin ən möhtəşəm şairidir. Onun bədiiyyatı müstəqillik dönəmində də ölməzdir. Gec və keyfiyyət baxımından onun əsərlərinə çata biləcək əsərlər çox nadirdir. Sərdar Cəlaloğlu nəyə görə belə danışır, anlamıram. Onda belə çıxır XX əsrdə marksizmə, leninizmə xidmət edən əsərləri olan bütün sənətkarları baltalamaq lazımdır?! Biz 70 il Sovet dövlətini tərkibində olmuşuq və həmin dövrün üstündən xətt çəkə bilmərik. Səməd Vurğunun üzərinə bu qədər getmək nəyə lazımdır? O, Azərbaycanın ədəbi dilini, ədəbi zövqünü formalaşdırıb. Sənin doğma dilini formalaşdıran bir insana qarşı bu kin-küdurət hardandır, ay Sərdar Cəlaloğlu?! Özü intellektual adamdır, siyasi çəkisi var, mütaliəli şəxsdir. Ancaq bu cür insanları anlaya bilmirəm.
“Məgər türklər bu qədər gerizəkalıdır ki...”
Baş redaktor S.Cəlaloğlunun əksinə “Vaqif” dramını Azərbaycan ədəbiyyatının ən gözəl əsərlərindən biri kimi qiymətləndirib:
“Səməd Vurğun yalnız Qazaxa məxsus deyil, Azərbaycana məxsusdur, türk dünyasına məxsusdur. Hanı bəs ziyalılarımız? Niyə qalxıb şairimizi müdafiə etmir? Hanı doktorluq dissertasiyasını müdafiə edənlər?! Hələ 80-ci illərdə Türkiyədə Səməd Vurğuna məxsus əsərlər olan “Azərbaycan, Azərbaycan” kitabı çap edilib. Məgər türklər bu qədər gerizəkalıdır ki, onu çap edirdi? Gedib balaca uşağı dindirsən, Səməd Vurğunun şeirini əzbər deyəcək. Bunlar niyə həzm edə bilmirlər Səmədi, anlamıram.
“Vaqif” dramı Azərbaycan ədəbiyyatının ən gözəl əsərlərindən biridir. Vaqif də öz dövrünün müdrik, zəki, Qarabağda maarif və mədəniyyətin inkişafı üçün çalışmış bir insandır. İndi şübhə yaranır. Müəyyən qruplar var ki, bilərəkdən dahi sənətkarlarımıza qara yaxırlar. Biz özümüzlə mübarizə aparmamalıyıq. Getsinlər Səməd Vurğun kimi dili rəvan, ifadələri zəngin, 2-3 dəfə şeiri söylənən kimi əzbər yadda qalan şair qoysunlar ortaya, ondan sonra bu mübahisəni aparsınlar”.
""Vaqif" öz möhtəşəmliyini bu günə qədər qoruyur"
Millət vəkili Fazil Mustafa da məsələ ilə bağlı fikirlərini bildirib. O, “Vaqif”ə siyasi yox, bədii əsər kimi yanaşmaq lazımdır və onun məktəblərdəki tədrisi vacibdir:

“Qarabağ o vaxt yarım müstəqil bir xanlıq idi və daha çox Qacarların təsiri altında idi. Bəziləri Qacarları türk kimi təqdim edərək bunu mütərəqqi bir tarix kimi göstərməyə çalışır. Amma bu bir qədər qaranlıq tarixdir. Bədii keyfiyyətinə görə “Vaqif” yüksək səviyyəli əsəsrdir. Burada tarixi inandırıcılıq vacib deyil. Çünki bu bədii təxəyyülün məhsuludur. Burada Vaqif obrazının tanıdılmasından söhbət gedir. İstər Qacar xan, istər İbrahim xan, əsərdə hər ikisinə müəyyən qədər mənfi haqsız yanaşmalar var. “Vaqif”ə siyasi motivlərdən çox bədii əsər kimi baxmaq lazımdır. Çünki bu dövrdə İbrahim xanın izlədiyi siyasət daha realist idi. İran mühiti ilə eyni yolda ola bilməyəcəyini başa düşdü. Məhz bu gün müstəqil Azərbaycan dövlətinin varlığı həmin seçimlə də bağlıdır. Bunu Rusiya işğalına haqq qazandırmaq kimi qəbul etməyin. Sadəcə, o dövrdə "Azərbaycanın kimin təsir dairəsində qalması daha faydalı olar" görüşü vacib idi. Hər halda Rusiyanın təsir dairəsində qalmaq İranın təsir dairəsində qalmaqdan daha üstün idi. Onun da nəticəsində babalarımız müstəqil dövlət qura bildilər. İran sistemindən Rusiya vasitəsilə xilas olan Azərbaycanı müstəqil dövlətə çevirə bildilər. Düzdür, bəlkə də Güney Azərbaycanın içində olduğu sistemdə yer alsaydılar, daha böyük ərazi və əhaliyə sahib dövlətə çevriləcəkdik. Amma bir tərəfdən də dini cəhalətin, xurafatın, mövhumatın içində məhv olmuş Güney Azərbaycan toplumunun bu günkü acınacaqlı durumunu görməyəcəkdik. Yaxşı-pis bu gün ədəbiyyat, sənət, fəlsəfə, hüquq, dövlət sistemi qurmuş bir Quzey Azərbaycan var. Buna görə məhz İbrahim xanın vaxtilə etdiyi oriyentasiya ilə bağlı qərara minnətdar olmalıyıq. Məsələyə ədəbi romantizm yox, siyasi realizmlə yanaşanda əsərin tarixi təhriflərlə dolu olduğunu qəbul edirəm. Amma əsərin bədii məzmununun tarixi həqiqətlərlə əks etdirilməsi məcburiyyəti yoxdur. “Vaqif” öz möhtəşəmliyini bu günə qədər qoruyur və aktuallığını itimir.
“Qacar Azərbaycanda Qori seminariyası yox, mollaxana açacaqdı”
Deputat Qacarla bağlı məqamı şərh edərkən deyib ki, Qacarın Azərbaycanı birləşdirməməsi mədəni-maarif baxımından Azərbaycanın xeyrinə oldu:
“Qacarın birləşdirdiyi Azərbaycanın nə mənası olacaqdı? Onun birləşdirdiyi Azərbaycanla bu günkü Azərbaycan eyni ola bilməzdi. O, Qori seminariyası yox, mollaxana açacaqdı. Çünki mütərəqqi dəyərlərimiz eyni deyil. Orada modern dünyaya baxışı olan insan təbəqəsi formalaşdırmadan necə birləşə bilərik? Biz ərazi olaraq bütöv Azərbaycana baxmamlıyıq. Düşüncə, təfəkkür, milli ideya olaraq baxmalıyıq. Ərazi ikinci dərəcəli məsələ kimi qarşımızda durur. Ərazinin yükünü daşıyacaq insan toplumu yoxdursa, o ərazi nəyə yarayır? Qarabağ kimi cənnət bir ərazini qoruyacaq millət vaxtında formalaşmadısa, bu gün də ona hələ hazır deyiliksə, Qacar zehniyyəti Azərbaycan üçün faydalı zehniyyət deyil. Qori seminariyasını açan zehniyyət Azərbaycan üçün faydalıdır. mollaxana açılacaqdısa, elə bu gün də mollaxana var, gedin orda Qacarları xatırlayın”.