Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Massagetlər şahı Tomris haqqında

09 okt 2016, 03:18   
Massagetlər şahı Tomris haqqında

Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Altun.az xəbər verir ki, onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən görkəmli tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e. ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Kir müasir Azərbaycan respublikası ərazisində, Araz çayından şimalda yerləşən Massaget çarlığına (bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər. Çünki massagetlər Orta Asiyada da yaşayırdılar) yürüşü zamanı öldürülmüşdü.

Bu rəvayətin qəhrəmanı massagetlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir. Heredot yazır: "Massagetlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar." Bəziləri onları skif tayfalarından sayır. Massagetlərin şahı ölmüş, tayfanın başına onun dul qadını Tomiris keçmişdi. Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirir. Ancaq Tomiris anlayır ki, Kir onunla evlənmək yox, bu yolla Massaget çarlığını ələ keçirmək istəyir və elə buna görə də həmin təklifi rədd edir. Belə olduqda Kir hiyləgərliklə öz istəyinə nail ola bilmədiyini görüb, massagetlərüzərinə açıq hücuma keçdi. Araz çayından keçmək üçün Kir gəmilərdən körpü düzəltmək və həmin gəmilərin üzərində qüllələr qurmaq haqda əmr verir.

Kirin qoşunu bu işlərlə məşğul olarkən Tomiris carçıları çağırıb, onların dili ilə Kirə belə bir müraciət etdi: "Ey Əhəməni hökmdarı! Öz niyyətindən geri çəkil. Axı sən irəlicədən bilə bilməzsən ki, bu körpülərin qurulması sənə xeyirdir, yoxsa ziyan? Bu işin başını burax, get öz ölkəndə şahlıq elə və bizim öz ölkəmizdə hökmranlıq etməmizə paxıllığın tutmasın. Ancaq sən əlbət ki, bu məsləhətə qulaq asmayacaq və öz bildiyin kimi hərəkət edəcək, aramızdakı sülhü pozacaqsan. Əgər sən massagetlərin üzərinə hücuma keçməyi belə çox istəyirsənsə, körpü qurulmasını dayandır. Rahatca ölkəmizə gir, biz qoşunlarımızı çaydan üç günlük məsafəyə geri çəkərik. Yox, əgər sən bizi öz torpağına buraxmaq istəyirsənsə, işini davam elətdir." Bu müraciətdən sonra Kir fars əyanlarını öz yanına çağırtdırıb, onlardan məsləhət istəyir. Hamı bir ağızdan məsləhət görür ki, Tomirisin qoşununu burada gözləmək daha məqsədəuyğundur. Müşavirədə iştirak eləyən lidiyalı Krez isə bu qərarın əleyhinə çıxır. "Mənə belə gəlir ki, biz gərək çayı keçərək, ölkənin içərilərinə doğru irəliləyək. Onlar geri çəkildikcə biz irəliləyək. Mən bilən fars həyat tərzinin gözəllikləri və bizim aldığımız böyük həzz və ləzzətlər massagetlərə məlum deyil. Buna görə də mən düşünürəm ki, biz gərək öz düşərgəmizdə onlar üçün qonaqlıq düzəldək, çoxlu qoyun kəsək, masaların üstünə şərab və cürbəcür yeməklər düzək. Bütün bunlardan sonra az miqdarda qoşunu orda saxlayıb, qalanları ilə çaya tərəf geri çəkilək. Əgər mən öz düşüncəmdə yanılmıramsa, düşmən bu tələyə düşərək, özünü nemətlərimizin üstünə atacaq və bizim böyük hünərlər göstərməmiz üçün şərait yaranacaqdır."

Beləliklə, məşvərətçilərin fikirləri haçalanır. Kir özünün əvvəlki fikrindən daşınaraq, Krezin təklifinə tərəfdar çıxır. Şah Tomirisə xəbər göndərir ki, biz sənin ölkənə keçmək istəyirik, geri çəkil. Tomiris də sözünə əməl edərək qoşununu geri çəkir. Belə olduqda Kir Krezi öz varisinə – oğlu Kambizə həvalə edir. Hökmdar oğlundan israrla xahiş edir ki, Krezə hörmət göstərilsin və (əgər massaketlər üzərinə hücum baş tutmasa) onu himayə etsin. Beləliklə, Kir Kambiziİrana göndərib, özü qoşunla birgə çayı keçir. Bir günün içində Arazı keçən Kir Krezin təklifinə əməl edir. Düşərgəsində ən zəif dəstəsini qoyaraq, özü güclü qoşunları ilə geri çəkilir. Massaget hissələri düşərgəyə hücum çəkib, zəif farslara qələbə çalır. Krezin dediyi kimi, qələbəni qeyd etmək də yaddan çıxmır. Yeyib-içdikdən sonra massagetləri yuxu tutur. Beləliklə, onlar yuxuda ikən farsların hücumuna məruz qalır, bir çoxları ölür, bir çoxları isə əsir düşürlər. Massagetlərin sərkərdəsi, Tomirisin oğlu Sparqapis də əsir düşənlərin içərisində idi.

Tomiris qoşununun və oğlunun aqibətindən xəbər tutan kimi Kirin yanına çapar göndərir. Çapar deyir: "Qaniçən Kir! Öz hünərinlə öyünmə! Şərab başa vuranda siz farslar bu üzüm suyundan məst olur və ləyaqətsiz sözlər danışarsınız. Bax, elə həmin zəhrimarla da siz mənim oğlumun qoşununa qalib gəlibsiz. Əgər hiylə ilə qələbə çalmasaydınız, şərəfli döyüşdə silah gücünə heç nə eləyə bilməzdiniz. İndi gəl massagetlərin üçüncü hərbi hissəsini yenəndən sonra xoşluqla mənim məsləhətimə qulaq as: oğlumu qaytar və necə gəlmisənsə, eləcə də sağ-salamat çıx get. Əgər bunu etməsən, and olsun bütün massagetlərin pənahı olan Günəş allahına ki, mən doğrudan da səni qan gölündə boğaram."

Kir isə bu sözlərə əhəmiyyət vermədi. Tomirisin oğlu Sparqapis şərabın dumanı başından çəkilən kimi hansı vəziyyətə düşdüyünü anlayır və Kirdən əllərini açdırmasını xahiş edir. Əlləri açılan kimi şahzadə özünü öldürür.

Tomiris Kirin məsləhətə qulaq asmadığını bilən kimi öz qoşunu ilə farslar üzərinə hücuma keçir. Bu, türk tayfalarının döşmənə qarşı keçirdiyi ən böyük və ən qanlı döyüş idi. Döyüşün gedişi haqda məlum olanlar bunlardır: əvvəlcə düşmən qoşunları üz-üzə duraraq, uzaqdan bir-birini oxa tutdular. Sonra nizə və xəncərlə əlbəyaxa döyüşə keçdilər. Döyüş uzanır, heç kim geri çəkilmək istəmirdi. Nəhayət, massaketlər qələbə çaldılar. Az qala farsların hamısı döyüş meydanında həlak oldu. Kirin özü də öldürüldü. Onun 29 illik hakimiyyətinə son qoyuldu. Tomiris şərab badəsini insan qanı ilə dolduraraq, Kirin cəsədini tapmağı əmr etdi. Onun başını badənin içinə soxaraq belə söylədi: "Mən sağ qalsam da, sən məni məhv etdin. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdəcəyəm. İndi nə qədər istəyirsən, iç bu insan qanından."

Tomris xatunun rəhbərlik etdiyi Massaget çarlığı isə onun adı bizə bəlli olmayan əri tərəfindən təxminən Əhəmənilər dövləti ilə eyni dövrdəDərbənddən Şirvana qədər olan Azərbaycan torpaqlarında yaradılmışdı.Belə ki,massagetlər əvvəlcə Midiya dövlətinə tabe edilər.Lakin farsƏhəmənilər türk madayların hakimiyyətini zəbt etdikdən sonra mərd massagetlər onlara tabe olmayaraq özlərinin müstəqil bəyliklərini qurmuşdular.Mərkəzləşdirilmiş Qafqaz Albaniyası yaradıldığı zaman isə massagetlər Qafqaz albanlarına tabe olmuşdular.