Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Nostradamusdan heyrətamiz öncəgörmələr

16 yan 2017, 14:30   
Nostradamusdan heyrətamiz öncəgörmələr

Nostradamus təxəllüslü, ailəsi katolikliyi qəbul etmiş yəhudi Mişel de Notrdamın suya baxaraq söylədiyi öncəgörmələrin əksəriyyətinin bu gün də doğru çıxması hələ də ciddi müzakirə mövzularındandır. Xüsusən də Nostradamusun dünya ağalığına can atan imperatorlar, diktatorlar barəsindəki öncəgörmələrinin həqiqətə oxşarlığı xüsusi maraq doğurur. Altun.az XVI əsr öncəgörücüsünün ötən əsrin diktatorları barədə söylədiyi ehtimal olunan bəzi fikirlərini təqdim edir.
İlk öncə qeyd edək ki, katolikliyi qəbul etmiş yəhudinin fransız imperatoru Napoleon Bonapartla bağlı öncəgörmələri də bir sıra məqamları ilə doğru çıxdı. Təkcə onu demək kifayətdir ki, Nostradamus balacaboylu imperator Napoleonu "Bəstəboy", onun işğallarını isə sonu bədbəxtlik olan böyük qarət, talan adlandırmışdı. O, habelə Fransa respublikasının banisi, II Dünya Müharibəsində ölkəsinin istiqlaliyyəti, alman faşizmindən xilası uğrunda inadla mübarizə aparmış general Şarl De Qollun bir neçə dəfə hakimiyyətə gələcəyini böyük uzaqgörənliklə demişdi. Söylədikləri doğru çıxdı. Şarl De Qoll müharibədən sonra Fransada bir neçə dəfə hakimiyyətə gəldi.
"Şərq səltənəti"- yeni Babilistan, mənəviyyatsızlıq...
Yeni fəlsəfə despotizminin ortaya çıxacağını, milyonlarla insanın absurd ideyalar uğrunda mübarizənin qurbanı olacağını proqnozlaşdıran Mişel Nostradamus II Henriyə yazdığı məktubunda oktyabrda böyük inqilabi partlayışın olacağını, həmin hadisənin bu günə qədər baş verən çevrilişlərin ən dəhşətlisi kimi yadda qalacağını bildirmişdi. O, öncəgörmələrində böyük zəlzələ nəticəsində yeni Babilistanın (SSRİ-nin - müəl) yaranacağını, bütün bunların isə tükürpədən mənəviyyatsızlığa, fahişəliyə səbəb olacağını yazırdı. Nostradamusun proqnozlarına görə, bu cür mənəviyyatsızlıq, iyrənc fahişəlik 73 il 7 ay davam edəcək. 1917-ci il oktyabrın 25-də hakimiyyətə bolşeviklərin gəlməsi sonradan, doğrudan da, yeni "Babil"in - SSRİ-nin yaranmasına səbəb oldu. Bu, 73 ildən bir qədər artıq davam etdi. Nostradamusun söylədiyi mənəviyyatsızlıq SSRİ-də Allahın təkzib edilməsi ilə müşayiət edilən ateizmdə özünü açıq-aydın göstərirdi.
"Mən çarın devrilməsini görürəm" deyən Nostradamus həm qırmızıların, həm də ağların xalqa yalan danışaraq, insanları öz tərəflərinə çəkmək istəyəcəklərini bildirir, fikirlərini "əvvəlkindən də pis dövlət yaranacaq" öncəgörməsi ilə qüvvətləndirirdi. Çar II Nikolayın devrilməsi, doğrudan da, əvvəlki dövlətdən də pis dövlətin – SSRİ-nin yaranması Mişel Nostradamusun haqlı olduğunu sübut etdi.
Kilsələr, məscidlər, dini ibadətgahlar məhv edilir, dindarlar təhqir olunur, varlı insanlar güllələnir, onların ailə üzvləri sürgün edilir, var-dövlətləri isə əllərindən alınırdı. SSRİ rəhbərliyinin hərbiləşdirilmiş sistemi, özünəməxsus iqtisadi siyasəti vəziyyəti kökündən dəyişdirdi. İqtisadi sahədə baş verən dəyişikliklər milyonlarla insanın acından məhv edilməsinə, onların əmlaklarının əllərindən alınmasına səbəb oldu. Nostradamusun mənəviyyatsızlıq adlandırdığı sistem təkcə Allahın təkzib olunması ilə yekunlaşmırdı. 30-cu illərin ikinci yarısından başlayaraq on milyonlarla insan "xalq düşməni" damğasıyla məhv edildi, sürgün olundu, var-dövlətləri müsadirə olundu. Lakin bu da kifayət etmirdi. Mərkəzi Komitənin Nostradamusun "o dünyada onun yeri ancaq cəhənnəmdir" öncəgörməsi ilə lənətlədiyi baş katibi İosif Stalinə ünvanlanan donosların sayı 4 milyondan artıq idi. İnsanlar özlərini partiyaya və dövlətə sadiq göstərmək üçün satqınlıq, çuğulluq edir, bir-birlərinə böhtan atır, tutdururdular. Baş verənlər, doğrudan da, əsl mənəviyyatsızlıq idi.
Sonralar başqa ölkələri işğal edən "şər imperiyası" bir sıra müstəqil dövlətlərə də zor gücüylə öz şərtlərini diktə edir, onlara kommunizm ideyalarını ixrac edirdi. Avropada və Asiyada SSRİ-nin "xeyir-dua"sı ilə sosialist dövlətlərinin qurulması milyonlarla günahsız insanın məhvinə səbəb oldu.
Stalin haqqındakı proqnozlar tam dəqiqliyi ilə
Onun "müəmmalı, vəhşi və qarlı ölkənin üçüncü hökmdarı qorxulu olacaq. Bu hökmdar ancaq öz əqidədaşlarını qətlə yetirəcək" proqnozlarının İosif Vissarionoviç Stalin haqqında söylədiyi ehtimal olunur. Axı qarlı ölkə sayılan Rusiyanın – keçmiş SSRİ imperiyasının əsas dövlətinin hakimiyyət sükanı arxasına əyləşmiş Stalin də partiyadaşlarını bir-bir məhv edirdi.
"Dünyanı öz islahatlarının miqyası ilə valeh edən qüdrətli hökmdar"ın – Lenin öləcəyini deyən Nostradamus Vladimir Ulyanovu əvəz edəcək şəxsin – İosif Stalinin ənənələrə və normalara düşmən kəsiləcəyini iddia edirdi. Məgər Stalin də bu cür, ənənələrə və normalara dönük çıxan qəddar hökmdar deyildimi?
O, yeganə adam idi ki, 1923-cü ilən etibarən partiyanın bütün qurultaylarında hökumətin tərkibində təmsil olunmuşdu.
Stalinin mübarizə apardığı adamlardan biri də Lenin idi. O, ömrünün son günlərini yaşayan rəhbərin partiyanın növbəti qurultayının iştirakçılarına ünvanladığı "Qurultaya məktub" adlı vəsiyyətnaməsinin partiya rəhbərliyinin əlinə keçməməsi üçün əlindən gələni edirdi. İosif Cuqaşvilinin rəqiblərinin sıraları gündən-günə genişlənirdi.
Hələ bolşeviklərin gizli fəaliyyətləri dövründə solçuların ən fəal üzvlərindən olan R.Abesadze "Koba"nın əmri ilə məhv edildi.
Lev Kamenevin təklifi ilə Stalin Rusiya Kommunist Partiyasının baş katibi seçilmişdi. Onun vəzifəyə namizədliyini Kamenev irəli sürmüşdü. Bundan 12 il sonra o, Stalinin göstərişi ilə əvvəlcə 5, sonra 10 il azadlıqdan məhrum edildi, daha sonra isə güllələndi. Bolşeviklərə sədaqəti ilə seçilən, 1908-ci ildə çar hökumətinin həbsə atdığı Qriqori Zinovyev də Stalinin cinayətlərinin qurbanlarından birinə çevrildi. İosif Cuqaşvili "günahlarını boynuna al, səni əfv etdirməyə söz verirəm", – deyərək onu aldatdı. Stalinin əsl məqsədi Qriqori Zinovyevin guya partiyaya və sovet xalqına düşmən olduğunu sübut etmək, onun etiraflarını əldə etdikdən sonra məqsədinə çatmaq – partiyadaşını məhv etmək idi. Qırmızı Ordunun əsas qurucularından olan Leyba Davidoviç Bronşteyn – intellektual bolşevik Lev Trotski rəhbərin düşmənləri sırasında birinci idi. Lenin ölümündən bir neçə il sonra Stalin bu bolşeviki SSRİ-dən didərgin saldı. Lev Trotski 1940-cı ilin avqustunda SSRİ rəhbərinin göstərişi ilə Meksikada qətlə yetirildi.
Nikolay İvanoviç Buxarin də dəmir caynaqlı Kobanın pəncəsinə keçdi. Stalin daxili işlər komissarına göstəriş verərək, Buxarinə qarşı ittihamlar irəli sürməyi tapşırdı. Aclıq elan edən Nikolay İvanoviçə partiya rəhbərliyinə qarşı guya sui-qəsd planı hazırlaması ittihamlarını irəli sürdülər. O, güllələndi.
SSRİ diktatoru ömrünün son aylarında özünün gənclik dostu, imperiyanın xarici işlər naziri, hamının "Stalinin kölgəsi" adlandırdığı Vyaçeslav Molotova da düşməni kimi baxırdı. Bundan bir neçə il əvvəl isə dostunun və partiyadaşının arvadını həbs etdirmişdi. Uzun illər Stalinin mühafizəsinin rəhbəri olmuş Nikolay Vlasik də 1952-ci ildə "qara siyahı"ya düşdü. Bütün bunlar Mişel Nostradamusun "bu adam öz məsləkdaşlarını öldürür. O dünyada onun yeri ancaq cəhənnəmdir" öncəgörməsinin necə həqiqət olduğunu sübut edir.
Düzdür, bu şəxslərin bir çoxu ötən əsrin 80-ci illərinin sonlarında bəraət aldılar. Çox gec də olsa, onların təqsirsizlikləri aşkar olundu. Və Stalinin cinayətləri üzə çıxdı.
Hister-Hitler, sonu bilinməyən şeytan, güclü dəli...
Suya baxaraq gələcək haqqında fal açan Nostradamus öncəgörmələrində Qərbi Avropanın dərinliklərində, kasıb ailədə dünyaya gələn uşağın böyüyəndən sonra bir çox xalqları özünə tabe edəcəyini yazmışdı. 1889-cu il, aprelin 20-də Braunau şəhərinin Ransxofen kəndində dünyaya göz açan Adolf Şiklqruberin bir sıra əlamətləri, həyatı – dilənçi kökündə Vyana küçələrində gəzməsi və sonrakı karyerası Nostradamusun öncəgörmələri ilə üst-üstə düşürdü. Nostradamus Almaniyada Histerin - əslində isə Hitlerin 11 il hakimiyyətdə olacağını demişdi. 2 avqust 1934-cü ildən 30 aprel 1945-ci ilə qədər hakimiyyətdə olan Hitlerin 11 illik hakimiyyəti Nostradamusun öncəgörmələrində sözü keçən hökmdarın hakimiyyət müddətiylə eyniyyət təşkil etmirmi? Üstəlik, Mişel adlı qədim falçı hələ 400 il əvvəl Histerin (Hitlerin) çoxlu qanlar tökəcəyini yazırdı. Nostradamusun &Bu iradəcə güclü adamın dili dəlidən daha qorxulu olacaq", – deyə xarakterizə etdiyi Hitlerin Almaniyada həyata keçirdiyi "yeni qaydalar" yüz minlərlə yəhudinin, kommunistin, qaraçının, homoseksualın, habelə nasist partiyasına maraq göstərməyən günahsız insanların, ziyalıların, alimlərin məhvinə səbəb oldu. Berlin və digər şəhərlərdə siyasi mübarizə aparan 32 partiyanın fəaliyyəti qadağan olundu, mətbu orqanların nəşri yasaq edildi. Bununla belə, Nostradamusun Hister adlandırdığı hökmdarın iddiaları ildən-ilə daha da böyüyür, o, yeni-yeni iştahlarda bulunurdu.
"Acgöz yırtıcılar çayları keçəcəklər", – deyən falçı Mişel bu öncəgörmələrində də yanılmamışdı. Əksinə, bir sıra istisnalar nəzərə alınmaqla çox doğru proqnozlar irəli sürmüşdü. Hitler hakimiyyətinin 5-ci ilində öz vətəni Avstriyanı işğal etdi. Daha sonra Çexoslovakiyanın mərkəzi küçələrində alman hərbçilərinin addım səsləri eşidildi. Norveç, Danimarka, Fransa və digər ölkələr almanların tapdağı altında idi.
Hitlerin başına nə gəldiyini Nostradamus da bilməmişdi
Nostradamus çox güman ki, "Döyüş meydanının böyük hissəsi Histerə qarşı olacaq" öncəgörməsində 1939-cu ilin 1 sentyabrı və ondan sonra baş verən hadisələri nəzərdə tuturdu. "Qısa müddətdən sonra quruda və suda dəhşətli müharibə başlayacaq. Qəribə qurğular böyük fəlakət törədəcək" proqnozlarını qələmə alan qədim falçının da dediyi kimi, döyüş meydanının böyük hissəsi "Histerə" qarşı çevrildi – Almaniyanın Dansikə, suda və quruda Polşaya hücumu ilə İngiltərə və Fransa ona qarşı müharibə elan etdilər. Hitler Almaniyasının 1941-ci ilin iyunun 22-də SSRİ-yə hücumuyla döyüş meydanının böyük hissəsi "Hister"ə qarşı çevrildi. Nostradamusun "qəribə qurğular" dedikdə tankları nəzərdə tutmasını da vurğulamaq yerinə düşür.
"Lideri dəmir qəfəsə salacaqlar, alman oğlu heç bir qanuna tabe olmayacaq" öncəgörmələrinin müəllifi olduqca dəqiqliklə almanların vətəninin "qızıl dağları" itirəcəyini, qarlar ölkəsindən – Rusiyadan insanların qisas almağa gələcəkləri barədə xəbərdarlq edirdi. Həqiqətən də, qarlı ölkənin insanları 1944-cü ildə öz dövlətlərinin sərhədlərini bərpa edərək Hitlerdən qisas almağa gəldilər. Faşistlərin orduları bir-bir məhv edildi, yaxud əsir alındı. Bu mənada Nostradamusun "Axırda ordusu da, özü də məhv olacaq" öncəgörmələrinə də hər hansı istisnayla yanaşmaq düzgün olmazdı.
Ailəsi katolikliyi qəbul etmiş yəhudi Mişel de Notrdamın suya baxaraq söylədiyi öncəgörmələrdə yazdığı "Onun (Hitlerin - müəl.) başına nə gəldiyini heç kim bilməyəcək" həqiqət dolu müəmmasını isə indi təkcə dünyanın aparıcı dövlətlərinin tarixçiləri, araşdırmaçıları deyil, araşdırma mərkəzləri, kütləvi informasiya vasitələri də çözməklə məşğuldur. Bəziləri onun 1945-ci il aprelin 30-da Berlindəki bunkerinin dəftərxanasında intihar etdiyini, orada dəfn edildiyini, sonralar Hitlerin nəşinin ruslar tərəfindən Maqdeburqdakı qarajlardan birində basdırıldığını, daxili orqanlarının isə şüşə bankalara doldurularaq Stalinin əmriylə Moskvaya gətirildiyini bildirirlər. Lakin son illər ortaya çıxan başqa versiyalarda Hitlerin Berlinin süqutundan sonra Cənubi Amerika (başqa fərziyyələr də mövcuddur - müəl.) ölkələrindən birinə qaçması, orada yaşaması və ötən əsrin 70-80-ci illərində dünyasını dəyişməsi iddia olunur. Zənnimcə, bu mənada Nostradamusun "Onun başına nə gəldiyini heç kim bilməyəcək" öncəgörməsinin bir neçə əsr sonra özünü doğrultmasını sübut etməyə lüzum yoxdur.
OXŞAR MÖVZULAR